Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
elvin Soruşur Yazılma Tarixi:27.06.2013 16:08:59

ayin 30u bazar gunune duwur.hemin gun yerler aciqlanacaq yoxsa ayin 1ine qalacaq?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Hafiz Soruşur Yazılma Tarixi:27.06.2013 16:03:01

salam.men sulhmeremliq haqqinda melumat almaq isteyirem,hansi olkelere sulhmeramliq var,ayliq odeniwleri ne gederdi?nece gede bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Maksud Soruşur Yazılma Tarixi:27.06.2013 14:42:16

Salam. Mən,Məmmədov Maksud Rahib oğlu 1992-ci il avqust ayinin 18-i Gəncə şəhərində anadan olmuşam və Gəncə şəhəri, Nizami rayonun Hərbi Komissarlıq tərəfindən çagırışçıyam. Mən 2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olmuşam. 4-cü kurs tələbəsiyəm, lakin kredit borcundan universiteti qurtara bilmirəm. İyulun 4-nə çağırışçıyam. Xahiş edirəm cavab yazardız bilim mənə möhlət hüququ düşür, yoxsa yox. Diqqətinizə görə təşəkkülər!

Bildiririk ki, "Hərvi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Kazim Soruşur Yazılma Tarixi:27.06.2013 14:34:44

Salam. Ali təhsilliyəm, iyulda əsgər gedirəm, zabit (leytnant) olmaq üçün nə etməliyəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
tural Soruşur Yazılma Tarixi:27.06.2013 14:25:20

adim : Tural\\nSoyadim : Rəsulzadə\\natamin adi: Zahir\\ntevellud: 1992, 12 ci ay, ayin 16 si,dushduyum menteqeni bilmek isterdim ) qabaqcadan minnetdaram

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Emin Soruşur Yazılma Tarixi:27.06.2013 13:00:43

Salam men ali tehsili bitirmisem. isteyirem herbi xidmetimi zabit olaraq xidmet edim bunun ucun ne etmeliyem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:27.06.2013 12:13:28

Salam.men BDU da eyani tehsil aliram.bu il tehsilim bitib,ammaki menim akademik borcum qalib(Kesir).Mene universtetden arayish veriblerki tehsilim bitene kimi azad edilim herbiden,ammaki voenkomatda bunu qebul etmirler.Size xatirladimki madde 19 Q bendinde menim buna huququm var.

Bildiririk ki, "Hərvi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Babek Yusifli Soruşur Yazılma Tarixi:27.06.2013 12:11:16

Salam. Mən, Babək Yusifli herbi qulluq yerimi öyrənmək istəyirəm. Saytda yerləşdirilmiş axtarış funksiyasindan istifadə etdim, amma axtarış yerinə yetirilmədi. Bu səbəbdən sizi narahat edirəm. Xahiş edirəm bildirəsiniz axtariş sisteminde yanlışlıq var yoxsa necə? Mümkunsə qulluq edəcəyim yeri bilmək istərdim Əgər imkan varsa qulluq yerimi bildirərdiniz

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
rowqa Soruşur Yazılma Tarixi:27.06.2013 11:48:29

menim qardawim oktyabra esgerliye gedecek ikimiz bir herbi hisseye duse bilerik men iyulun 5 i gedecem

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün bir hərbi hissəyə göndərilirlər.
Niyaz Soruşur Yazılma Tarixi:27.06.2013 11:47:49

Salam\nSəfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində vakant yer var?

Nəzərinizə çatdırırıq ki, verdiyiniz sualın cavabı xidməti məlumat xarakteri daşıdığı üçün açıqlanmır.
Cədvəldə sətir sayı :14891