Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamran Soruşur Yazılma Tarixi:28.06.2013 07:13:42

Salam Her Vaxiniz Xeir..Caqiriwcinin Ureyinin Sol Medeciyinde De Qusuru Olduqu Halda Herbi Xidmete Yararli Sayilirmi??

Çağırışçıların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən keçirilir.
Zarifa Soruşur Yazılma Tarixi:28.06.2013 06:59:33

Salam.mən qardaşımın hərbi xidmətə hara düşdüyünü öyrənə bilmirəm.Necə edə oyrənə bilərəm on?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
turgay Soruşur Yazılma Tarixi:28.06.2013 06:21:26

bes bazar gunu is gunu olmayan gun deyeceksiz?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Polad Soruşur Yazılma Tarixi:28.06.2013 05:51:53

Alisov Qorxmaz Togrul oğlu İmisli vainkamati hansi herbi hisseye dusduyu barede bilmek istiriy.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Özal Bababəyli Nazim oğlu Soruşur Yazılma Tarixi:28.06.2013 05:11:23

hansı hərbi hissədə qulluq edəcəyimi öyrənmək istəyirəm

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Xəyal Soruşur Yazılma Tarixi:28.06.2013 05:11:06

salam men Xəyal Səfərov \\nmene iyul ayinin 1- ne cagis vereqesi veribler men sizden hara dusduyumu orgene bilerem ? nesimi Rayonu

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Rauf Soruşur Yazılma Tarixi:28.06.2013 00:02:49

Salam mən natamam ali təhsilliyəm. Texniki universitetin radiotexnika rabitə fakultəsini bitirmişəm. Əsgərliyimi leytinant kimi çəkmək istəyirəm. Bu mümkündümü? Əgər mümkündüsə şərtlərini, nə etməli olduğumu və zabit olmaq üçün oxusam həmin 3 aylıq təhsilimin ixtisasıma uyğunluğu olacaqmı? İndidən təşəkkür...

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
orxan Soruşur Yazılma Tarixi:27.06.2013 22:29:44

iyul ayinin 3 ne herbi xidmete cagirilmisam.qanun cercivesinde hansi yolnan xidmete 10-15 gun gec gede bilerem?

Bildiririk ki, Siz çağırış vərəqəsində göstərilən tarixdə Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmalısınız və həmin tarixdə də tayin olunduğunuz hərbi hissəyə göndərilməlisiniz.
Bagir Soruşur Yazılma Tarixi:27.06.2013 22:10:16

Salam men azerbaycan texnoloqoya universtitetini bitirmishem ixtisasim dizaynerdi men ttm me qebul ola bilerem?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Tural Soruşur Yazılma Tarixi:27.06.2013 21:44:50

salam meni iyunun 3une cagiriblar..lakin bizim diplom isimiz ayin 5i bitir..bu nece olacaq?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və yta bölməyə müraciət emtəyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :14891