Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Niyaz Soruşur Yazılma Tarixi:28.06.2013 17:23:12

Salam.Mən sülhməramlı qoşunlarda xidmət etmək istəyirəm.bunun üçün mən nə etməliyəm?voyenkomatda ərizə şəkilində sənəd təqdim edilməlidir?və yaxud onların öz hərbi qeydiyyat məntəqəsi mövcuudur?öncədən təşəkkür edirəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Rustam Soruşur Yazılma Tarixi:28.06.2013 17:21:05

Salam.men bu ay su çiçəyi (elmi adını bilmirem) olmuşam.çağırış ayın 3ünə gəlib.həkim 21 gün diaqnoz qoyubdur,ancaq həmin vaxta kimi diaqnozumun vaxtı bitmir.Mən harasa müraciət etməliyəmmi,yoxsa diaqnoz nəvaxt qutarsa onda getməliyəm hərbi komissarliğa?

Siz, xidmətə göndərilməzdən əvvəl qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin ((şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz əmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayob çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
sehriyar Soruşur Yazılma Tarixi:28.06.2013 17:08:44

bilmek isteyirem,men fuzulidenem ama xetaiden caqirdilar indi men gedende hardan gedecem..tesekurler

Füzuli rayon qeydiyyatında olan vətəndaşların bir qisminin Bakı şəhəri və atraf rayonlarda müvəqqəti məskunlaşması ilə əlaqədar olaraq, həmin vətəndaşların çağırış komissiyasına gəlmələrinin rahatlığının təmin edilməsi məqsədi ilə Xidmətin Xətai rayon idarəsində nümayəndəlik fəaliyyət göstərir.
elcin Soruşur Yazılma Tarixi:28.06.2013 17:04:51

oglum mustafayev elgun elcin oglunun harada xidmat edacayi haqda malumat bilmak istardim .seki rayonu kicik dahna kand sakini.1995 ci il tavaludlu.cagris varaqasi ila 02.07.2013 cu il tarixda xidmata yola dusur .avvalcadan tasakur

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Alim Soruşur Yazılma Tarixi:28.06.2013 16:50:50

Salam..Men bu gun Vayonkomata getmisdim, dediler ki, bu gun axsam yada sabax mutleq cavablar cixacaq.Bu doqrudurmu...???Zehmet deyilse sualimi cavablandirarduz!!! Evvelceden tesekkur edirem...!

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
emin elizade Soruşur Yazılma Tarixi:28.06.2013 16:18:22

Əliyev Fərhad Nazim Cəlilabad aryon HK-dan hərbi xidmətə caxirilib. hansi hərbi hissəyə düşməsini bilmək istərdim

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Togrul Soruşur Yazılma Tarixi:28.06.2013 16:14:07

Salam, menim atam muharibe veteranidir,25 il xidmet edib, ordu siralarindan xidmet muddeti basa catdigina gore texris olunub. Men tek ovladam,aileliyem ve bilmek isterdim ki, butun bunlari nezere alib,mene her hansi guzest olunacaqmi? Xahis edirem sualima cavab verin.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Togrul Soruşur Yazılma Tarixi:28.06.2013 15:45:20

Sizin saytda nevaxt bilinecek hara dusduyumuz?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
elay Soruşur Yazılma Tarixi:28.06.2013 15:15:39

Ayin 30u iw gunu deyil.Yerler ayin 1i cixacaq yoxa 30u?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Sevinc Soruşur Yazılma Tarixi:28.06.2013 15:10:51

Mən sehid ailesiyem----mənim oglumu döyus bölgesinə sala bilərlər?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Cədvəldə sətir sayı :14891