Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
KENAN Soruşur Yazılma Tarixi:28.06.2013 21:42:11

SALAM MEN HARA DUSDUYUME BAXMAQ UCUN Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının \\\\\\"Hərbi Xidmət\\\\\\" bölümüne girdim ve orda hansi rayonda ucotdasansa o rayonun adini istedi men Naxcivan ucotundayam ama orda regionumun adi yoxdu axi? nece baxa bilerem?

Naxçıvan MR-da qeydiyyatda olan çağırış yaşlı vətəndaşlar həqiqi hərbi xidmət keçmək üçün Naxçıvan MR-nın ərazisində yerləşən hərbi hissələrə təyin olunurlar.
Vusal Soruşur Yazılma Tarixi:28.06.2013 21:24:47

Salam.menim tevellüdüm 1991.08.25 dir. ali tehsilliyəm. mene heqiqi herbi xidmete cagiris vereqesinde ayin 2 sine cagiris gelib.men TTM de kurs kecib herbi xidmete zabit kimi getmek isteyirem.ama bu barede herbi kamissarliğa bildirmemisem.xahis edirem bu barede meni melumatlandirasiniz men ne etmeliyem???

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Ismet Soruşur Yazılma Tarixi:28.06.2013 20:44:04

hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yerinin bildirisi ne vaxt bilinecek?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Cabir Soruşur Yazılma Tarixi:28.06.2013 19:58:46

Ayın 30-u saat neçədə bilinəcək kim hara düşüb ?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
şahmar Soruşur Yazılma Tarixi:28.06.2013 19:11:34

men azerbaycan dovlet deniz akademyasin bitirmisem.menim HDQ na dusmek ehtimalim var?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
psixoloq Soruşur Yazılma Tarixi:28.06.2013 19:09:12

Salam. Men psixologiya ixtisasi uzre universiteti bitirmisem.bilmek isderdim ki,herbi hissede (esger Oldugum muddetde) psixoloq kimi fealiyyet gostere bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
şahmar Soruşur Yazılma Tarixi:28.06.2013 19:01:32

salam,men 1992-03-16 tevelludlu cağrışçıyamçharada xidmet edeceyem?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
fexreddin Soruşur Yazılma Tarixi:28.06.2013 18:13:44

hara duwmuwem

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Elşad Soruşur Yazılma Tarixi:28.06.2013 18:04:33

Şəkərov Elşad Turab oğlu hərbi xidməti harada keçəcək?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Nicat Soruşur Yazılma Tarixi:28.06.2013 17:35:35

Salam Her Vaxtiniz Hexiyir..Caqiriwcinin Ureyinin Sol Medeciyinde Qusur Olduqu Halda Herbi Xidmete Yararli Sayilir?

Çağırışçıların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən keçirilir.
Cədvəldə sətir sayı :14891