Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Royal Soruşur Yazılma Tarixi:27.06.2013 11:42:06

men Gence seher kepez rayonunda qeydiyyatdayam hansi bolgeye dusecem.xaiw edirem tez cavab yain

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Nurlan Soruşur Yazılma Tarixi:27.06.2013 10:16:22

Nurlan Bayramov Natiq oqlu 13 mart 1995 harda quluq edeceyimi bilmek isdeyirem

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Şəhriyar Soruşur Yazılma Tarixi:27.06.2013 10:15:35

Salam.Bildirmək istəyirəm ki,mənidə həmçinin iyulun 11-i hərbi xidmətə çağırıblar. Doğum tarixi: 29.09.1991 Bilmək istərdim ki, əsgəri xidmətə yollandıqda özümlə nə aparmalıyam? və birdə diplom deyilənə görə oktyabr-noyabr aylarında veriləcək, həmin vaxt valideynim diplomu götürüb natariusda təsdiq olunmuş kopyasını təhkim olunduğum səfərbərliyə verməlidir ya düşəcəyim hissəyə?

Bildiririk ki, Siz təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdiyiniz hərbi hissəyə təqdim etməlisiniz.
Anar Soruşur Yazılma Tarixi:27.06.2013 09:59:21

salam, qeydiyatda olduqmuz rayondan nece km arali duse bilerik

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar həmin qurumlarda əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.
emiraslan Soruşur Yazılma Tarixi:27.06.2013 09:16:09

Evvala salam bilmek oalrr esgerlerin hara duwmesi nece bilmek oalr vee ne vaxt cixacaq xaiw sualima cvb bildiresizde

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Asef Soruşur Yazılma Tarixi:27.06.2013 07:47:48

Salam, biz 2 qardash eyni vaxtda herbi xidmete gedeceyik bu ay, men universiteti bitirdim, o ise kolleci bitirdi, her 2mizin eyni yere dushmek shansi var ?

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün bir hərbi hissəyə göndərilirlər.
Azər Soruşur Yazılma Tarixi:27.06.2013 07:04:50

Salam.21.06.1993-cü il təvəllüdlü Məhərrəmov Zaur Rafiq oğlu Sumqayıt şəhər çağırışçısıdır. Hansı hərbi hissəyə düşdüyünü öyrənmək istərdim

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
Yashar Soruşur Yazılma Tarixi:27.06.2013 06:58:47

Salam, bilmek isterdim ki, aylede tek oqlanam, atam 1996-ci ilde vefat edib, anam ve bacimla yawayiram. hansi h/h duweceyyimeya verq edirmi bu melumat?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Hafiz Soruşur Yazılma Tarixi:27.06.2013 06:24:50

salam mene cagirish vereqesinde iyul ayinin 1-ine yazlib ama men qizilca olmuwam die hekim bildiribki 10-15 gun bayra cixa bilmersen bununla elaqedar biraz gec getsem nese problem yaranmaz?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin ( şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Hesen Soruşur Yazılma Tarixi:27.06.2013 04:13:54

Salam herbi xitmete hara duwduyumuz ayin texmini necesi bilinecek?Birdeki Naxcivan qeydiyatinda olanlar bu sehifeden oyrene bilecekler hara duwduklerine?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
Cədvəldə sətir sayı :14891