Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Oraxn Soruşur Yazılma Tarixi:01.01.2014 11:59:58

men nece bile bileremki DSX-in hansi bolgesine duwmuwem?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Aslan Soruşur Yazılma Tarixi:01.01.2014 11:56:48

Men herbi xidmete. 999a duwmuwem ora haradi bilen var?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
mərhəmət Soruşur Yazılma Tarixi:31.12.2013 11:12:07

Salam men yanvar ayinin 3 de heqiqi hebi xidmete cagirilmiam.harda xidmet etmeyimi oyrenmek isteyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Yasin Soruşur Yazılma Tarixi:31.12.2013 10:46:40

06 yanvar 2013-cü il tarixdə mənim 35 yaşım tamam olub.2013-cü ilin aprel ayında yəni 35 yaşım tamam olandan sonra yəni 3 ay sonra xəstəliyimlə bağlı mənə verilmiş möhlət bitib.5 gündən sonra yəni 06 yanvar 2014-cü il tarixində mənim 36 yaşım tamam olacaq.Mən ehtiyata buraxlmalı və hərbi biletim dəyişməlidir.Tələb olunan sənədlər və bu prosesin necə həyata keçirilməli olduğu barədə,habelə neçə gün ərzində mənə yeni hərbi biletin verilməli olduğu barədə sulamıma ətraflı cavab verilməsini xahiş edirəm...

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, hərbi bilet həqiqi hərbi xidmətrə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən yeganə müddətsiz sənəddir və hərbi vəzifəlilərin hərbi xidmətə münasibətini təyin edir. Hərbi bilet ciddi hesabat blankı hesab olunduğu üçün dəyişdirilmir. Hərbi vəzifəli ona məxsus hərbi bileti ehtiyatda olmağın son yaş həddinədək (50 yaş) saxlamağa borcludur.
Əlisefa Soruşur Yazılma Tarixi:31.12.2013 10:34:59

Eyvazov Adel Əlisəfa oğlu,18.12.1995,Ağdam RHK terefinden 06.01.2014tarixe çağirılıb.Hara düşəcəyin bilmek isteyirem.Xahiş edirem yazın.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Kerim Soruşur Yazılma Tarixi:31.12.2013 10:19:49

100 nomreli herbi hisse haradir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Samir Soruşur Yazılma Tarixi:31.12.2013 10:08:08

Salam deye bilersiz 950 herbi hisse harada yerlasir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:31.12.2013 10:01:32

salam.men Qasimov Orxan Neriman oglu 1992.09.15 tevelludlu 03.01.2014 tarixine cagirisciyam.Xidmetde olacagim rayonu ve herbi hissesini oyrenmek isteyirem.sizden xaiwim bu haqda meni melumatlandirasiniz

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Rəhimli Vüsal Soruşur Yazılma Tarixi:31.12.2013 08:42:22

salam mene vayinkomatda dediler genceye duwmusen ama burda yazdim berdeye duwmuwem(051)\n bu nece olur?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Mərhəmət Soruşur Yazılma Tarixi:31.12.2013 07:48:26

Salam men 1996.01.01 tarixdə anadan olmuşam.03.01.2014 Tərtər komisarlığından həqiqi hərbi xidmətə çağırılmışam.hansı herbi hissədə xidmət etməyimi öyrənmək istəyirəm.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14891