Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Araz Soruşur Yazılma Tarixi:02.01.2014 11:15:05

Salam. Mən, Araz Əlizadə 1995.02.09 tarixində anasan olmuşam. Oktabrda hərbi xidmətə aparmalıydılar, Ama hələdə aparmıyıblar, haçan aparacaqları barədə məlumat var?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
anar Soruşur Yazılma Tarixi:02.01.2014 09:53:01

salam men edliyye nazirliyine dusmusem bilmek olar daha sonra bolgelere bolunme ehtimali var?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Ramal Soruşur Yazılma Tarixi:02.01.2014 09:51:26

051 saylı hərbi hissə Bərdənin hansı hissəsində yerləşir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Xamis Soruşur Yazılma Tarixi:02.01.2014 08:36:25

999 Cast haradı?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
SADİQ Soruşur Yazılma Tarixi:02.01.2014 08:22:00

SALAM 193 SAYLİ HƏRBİ HİSSƏ HARADA YERLƏSİR?

193 saylı hərbi hissə Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissədir və Şəkmir rayonunda yerləşir.
Seymur Soruşur Yazılma Tarixi:02.01.2014 08:11:28

mənim qardaşım yanvar ayın 7-si həqiqi hərbi xidmətə çağırılıb amma eloktron ünvanda adını soyadını dəqiq qeyd etsəm də heç bir məlumat cıxmır.\nBu necə olur?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
MIRDAMET Soruşur Yazılma Tarixi:02.01.2014 07:56:37

SALAM BU GUN YANVARIN 1DI ELEKTRON XIDMETDEN HARADA XIDMET EDECEYIMI NECE BILIM? HELEDE MELUMAT YOXDU

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Sahil Soruşur Yazılma Tarixi:01.01.2014 16:51:19

salam menim atam meni 6 ayliqimda atib anamda 10 yawinda hec biri buranain vetandawi deytl men nenm babamla yawayiram bir xeste dayim var birde xalam evde menen bawka hec kim iwlemir meni herbi xidmete gedece ya yox ... valdeynleimlede elaqem yoxdu hec ... xaiw sualima cvb yazardiz

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1 maddəsinə əsasən başqa övladı olmayan 1 qrup əlil atası və ya anası olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Teymur Soruşur Yazılma Tarixi:01.01.2014 14:36:46

Salam menim 24 yawim var 2013 cilde Texniki unversitetin Fovqelade hallar heyat ve heyat faliyetinin tehlukesisliyi muhendisliyi ixtisasin bitirmiwem 6 yanvarda herbi xidmete gedirem 193 ci harbi hisseye duwmuwem men orda leytinatliq kursuna geden bileremi? Bu mumkunduse bu kurslar ne vaxtdan bawlayir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmət keçəcəyiniz hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:01.01.2014 13:40:18

xidmete ne vaxt baslamali ve ne vaxt ayin 3 de cagiriw var bayram oldugu ucun subheliyik

2014-cü ilin yanvar çağırışı 07 yanvar tarixdən başlayaraq həyata keçirilir.
Cədvəldə sətir sayı :14891