Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sameddin Soruşur Yazılma Tarixi:06.01.2014 12:47:19

950 nomreli herbi hisse harada yerlesir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Sameddin Soruşur Yazılma Tarixi:06.01.2014 12:39:52

men 950 nomreli herbi hissiye dusmusem . bilmek istirem sora bizi haralara bole bilerler ?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Rasim Soruşur Yazılma Tarixi:06.01.2014 10:52:24

051 sayli herbi hisse harda yerlesir?

051 saylı hərbi hissə Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissədir və Bərdə rayonunda yerləşir.
Jahangir Soruşur Yazılma Tarixi:06.01.2014 09:42:26

Salam Azerbaycan Respublikasi SEferberlik ve Herbi Xidmete Cagiris Uzre Dovlet Xidmeti ! \nEvvela yeni iliniz mubarek. Ishlerinizde ugurlar ve muveffeqiyyetler arzulayiram. \nSize bir sualim olacaq. Cavab ala bilerimse chox minnetdar olardim sizlere. \n1995 -ci il tevelludlu abutrient 2013-cu il TQDK-nin qebul imtahanlarinda yeterince bal yigmadigindan qebul ola bilmemishdir. Buna baxmayaraq bu gune qeder hele de Seferberlik ve Herbi Xidmete Cagiris uzre dovlet xidmetinden cagirish (povestka v armiyu) almamishdir. Eger abutrient 2014-cu ilde (aprel ve ya may ayiinda) planlashdirilmish TQDK qebul imtahaninda ishtirak etmek isterse senedlerin qebulu zamani her hansi bir engeller ola bilermi.\nOnceden teshekkurumu bildirirem. \n \nYours sincerely.\nJahangir Sherbet

2013-cü ildə orta ümumtəhsil məktəbini bitirib, həmin ildə də sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim etmiş, lakin heç bir təhsil müəssisəsinə qəbul olunmayan vətəndaşlara, ikinci dəfə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Ferid Soruşur Yazılma Tarixi:05.01.2014 17:38:05

salam. 999 nomreli herbi hisse harada yerlesdiyini bilmek olar?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Əli Soruşur Yazılma Tarixi:05.01.2014 17:36:19

DSX nə deməkdir?

Dövlət Sərhəd Xidməti
Vusal Soruşur Yazılma Tarixi:05.01.2014 17:12:22

Salam niye men bu elektron xidmette her şeyi duz yaziram . Amma hecne gelmir . Menim dostum gedir Xidmete adini yaziram amma yazir ki, ,,Bu adda cagirişci yoxdur,, Zehmet deyiylse bir melumat yazin.

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
İsmayıl Soruşur Yazılma Tarixi:05.01.2014 13:46:49

Salam men hardan bile bilerem ki düşdüyüm yer Milli ordudu ya Daxili qoşundu?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Əlizadə Araz Soruşur Yazılma Tarixi:05.01.2014 12:08:25

Salam men Elizade Araz 1995.02.09 tarixinde anadan olmusam. Oktyabrin 1 i cagirisim olub ama sehhetimde problem oldugu ucun aparmiyiblar. demek isteyiremki men konullu getmek isteyirem hacan aparacaqlari barede melumat verin xais edirem

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:05.01.2014 11:38:04

salam meni ayin 3 herbi xidmete caqirmiwdilar getdim ayin 7 disine qaldi birde orgendikmki qobustana gedecem indi bilmek istiyiremki qobustanda ne4e gun qalacam?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891