Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Soruşur Yazılma Tarixi:07.01.2014 19:32:52

Men bilmek isterdim ki, azerbaycanda bele bir,qanun var ki, qolunda kesik olanlari heqiqetenmi esgerliye aparmirlar? ve olalari neycun mewdaga delixanasina gonderirler bu ne derecede duzgundur . xaiw edirem sualima cavab yazasiniz

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmışçağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqlatibbi müayinə olunurlar.
emin Soruşur Yazılma Tarixi:07.01.2014 15:05:11

menim qardasim mahir novruzov tahir olglu 1994 martin 9 hara dusub oyremek olar

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
esqin Soruşur Yazılma Tarixi:07.01.2014 11:38:12

salam. men bilmek isteyirdim ki menim mohlet huququm yanvarin 25 gunu bitir. ama men 25 den qabaq teyin olundugum yere getmek isteyirem.. bu mumkundurmu? birde ki meni aprele saxlaya bilerlermi?

Bildiririk ki, müəyyən vaxtadək çağırışa möhlət verilmiş şəxslər barəsində möhlət hüququ bitdiyi gündən sonra rayon çağırış komissiyasında yenidən qərar qəbul olunur.
Eşqin Soruşur Yazılma Tarixi:07.01.2014 11:35:17

salam.men ali tehsiilli muellimem. men bilmek isteyerdim ki men iwlediyim iw yerinden herbi qanunun 50.1 maddesine esasen sosial muavinet ala bilremmi??

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının 23 dekabr 20101-ci il tarixli 274-IVQ nömrəli Qanununun50.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir.
Elvin Soruşur Yazılma Tarixi:06.01.2014 21:15:21

051 haradi?

051 saylı hərbi hissə Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissədir və Bərdə rayonunda yerləşir.
Amin Soruşur Yazılma Tarixi:06.01.2014 21:14:49

Salam.men silahli quvvelerden xidmet muddetim basa catdigina gore ehtiyyata buraxilmisam.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabit siralarinda xidmetimi davam etdirmek isdeyirem nece muraciet ede bilerem?zehmet olmasa mene etrafli izah, erize formasi barede mail yazasiz.evvelceden tesekkur edirem.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmaq üçün Xidmətin saytının "Elektron Xidmətlər" bölümündən istifadə edə bilərsiniz.
esgerli elsen Soruşur Yazılma Tarixi:06.01.2014 20:39:27

men 1995-ci ilde dogulmusam.fuzuli rayonunda qeydiyyatdan kecib, herbi xidmete cagirilmisam.bilmek isterdim ki,hansi bolgede herbi hisseye dusmusem?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
kenan Soruşur Yazılma Tarixi:06.01.2014 20:24:58

212 sayli herbi hisse beyleqan rayonunun hansi kendinde yerlesir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
orxan Soruşur Yazılma Tarixi:06.01.2014 17:32:19

men orxan gondolov 1995, 23 avgust. anadan olmusam. bilmek isteyirem hara dusmusem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Bağırov Vüsət Soruşur Yazılma Tarixi:06.01.2014 16:47:32

Mən 1997-ci ildə Bakı şəhərində anadan olmuşam,9-cu sinifdə oxuyuram.16 yaşım tamam olub.Şəxsiyyət vəsiqəsi almaq üçün hərbi komissarlıqdan arayış tələb olunur.Mən bu arayışı almaq üçün hərbi komissarlığa hər-hansı bir sənəd təqdim etməliyəm ya yox?Öncədən təşəkkürümü bildirirəm.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6.4 bəndinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər: \n 1. doğum haqqında şəhadətnamənin surəti\n 2. ailə tarkibi haqqında arayış\n 3. Təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün)\n 4. Təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və iş yerindən arayış\n 5. Tərcümeyi-hal\n 6. 6 ədəd şəkil 3x4 ölçüdə.
Cədvəldə sətir sayı :14891