Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
meher Soruşur Yazılma Tarixi:16.01.2014 11:20:16

salam bilmek olar 19 yanvarda xidmete gedenlerin yerleri ne vaxt bilinecek

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Sahin Soruşur Yazılma Tarixi:16.01.2014 10:27:59

Salam Esgerliye getmek ucun erizeni nece ay evvel yazilmalidi

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul vı oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadık vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
ayten Soruşur Yazılma Tarixi:16.01.2014 09:24:07

cagirisci qeydiyatda oldugu halda onun haqda melumati dediyiniz wekilde ama axtardiginiz sexs tapilmadi diye yazilir bunun ucun hara muraciet etmek lazimdi?

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
sexran aliyev Soruşur Yazılma Tarixi:16.01.2014 09:05:04

ali tahsil maktabinda oxuyan ama 4 ila bitira bilmayan talaba harbi xidmata cagirilirmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
seymur Soruşur Yazılma Tarixi:15.01.2014 08:18:46

nesirov saleh tohid oglunu hara duwduyunu elektron xidmetde yazilmir

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Seltenet Soruşur Yazılma Tarixi:15.01.2014 07:35:00

Salam. Zehmet olmasa herbi xidmete cagiris nece yasa kimidir? Men bilen 35 yasa kimidir. Duzdur ya yox? Evvelceden tesekkur edirem

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddısinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasənda ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Elmin Soruşur Yazılma Tarixi:15.01.2014 07:18:07

Salam bilmek isderdim ki,ise qebulla bagli sened verenler ne vaxt imtahana cagrilacaqlar

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların müsabiqəyə dəvət olunmaları xronoloji ardıcıllıqla (ərizələrin daxil olma ardıcıllığı) həyata keçirilir.
Araz Yaquboglu Soruşur Yazılma Tarixi:14.01.2014 15:26:30

Salam. Sayt çox əladır. Xüsusən şəhidlərlə bağlı olan bölməniz. Mən şəhidlər haqqında məlumatlarla çox maraqlanır və tədqiq də edirəm. Lazım olduqca sizə düzəlişlərlə bağlı müraciət edəcəm. Siz mənə e-mailinizi versəniz dəqiqləşdirilmiş məlumatlar göndərə bilərəm.\nMəsələn: Şəhidlər linkində Bərdə üzrə olan şəhidlərdə sizin yazdığınız "Qədirova Qulam Əsgər oğlu" ifadəsi əslində belə olmalıdır. "Qədirov Qulam Əkbər oğlu". nəzərə alsanız şad olardım.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsində "Şəhid" kimi qeydiyyatda keçən Qədirov Qulam Əkbər oğlu barədə məlumatlar dəqiqləşdirildikdən sonra Xidmətin saytında yerləşdirilmişdir.\nEyni zamanda nəzərinizə çatdırırıq ki, şəhidlər barədə məlumatlarda hər hansı texniki səhvlər aşkar edildikdə Xidmətin saytına müraciət edə bilərsiniz.
Tebriz Soruşur Yazılma Tarixi:14.01.2014 09:04:02

salam men 1994 tevelludem adim gulmaliyev tebriz gunduz oglu bilmek isdiyirem hara dusmusem??? mumkunse cavab gozluyurem.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Tebriz Soruşur Yazılma Tarixi:14.01.2014 08:56:54

salam men bilmey isdiyirem hara dusmusem? 19 yasim var

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14891