Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
rafael Soruşur Yazılma Tarixi:17.01.2014 13:02:55

salam.menim qardasim DSXne dusub.hansi rayonlara dusmeyi gozlenilir?ehtimal haradir?zehmet olmasa etrafli cavab yazin ,cox xahis edirem.cox narahatiq.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Ramiz Soruşur Yazılma Tarixi:17.01.2014 12:46:34

Menim 34 yashim var ve xaricde yashiyiram. Azerbaycana gayidmag fikrindeyem. Meni herbi xidmete gonderecekler mi?

Azərbaycan Respublikasl Konstitusiyasının 76-cı maddəsinin 1 hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur.\n"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmlş vı sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericliyiə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidirlər.
Şamxal Soruşur Yazılma Tarixi:17.01.2014 12:34:15

Salam mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə işə qəbul olunmaq üçün müraciət etmişdim və mən 28.10.2013 tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin kadrlar və kadrlar hazırlığı idarəsinə çağırılmışam və sənədləri yazıb hazırlayıb vermişəm.Lakin hələ növbəti komissiyaya çağırılmamışam.növbəti komissiya nə vaxt olacağı barədə xahiş edirəm məlumat verəsiniz.

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir.\nMüsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Səxavət Soruşur Yazılma Tarixi:17.01.2014 11:29:00

16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi almaq üçün o cümlədən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş təhkim olunma haqqında şəhadətnamə tələb olunur. \nBu şəhadətnaməni hansı sənədlər əsasında almaq olar ?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6.4-cü bəndinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:\n1. Doğum haqqında şəhadətnamənin sürəti\n2. Ailə tərkibi haqqında arayış\n3. Təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün)\n4. Təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və iş yerindən arayış\n5. Tərcümüyi-hal\n6. 6 ədəd şəkil 3x4 ölçüdə
Eldar Soruşur Yazılma Tarixi:17.01.2014 07:07:51

II dərəcəli varikasel diaqnozu ilə hərbi çağırışa möhlət verilir və ya xidmətə qetməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən I-II dərəcəli varikosele hərbi xidmətkeçməyə mane olmur.
Əliyev Möhkəm Soruşur Yazılma Tarixi:17.01.2014 07:02:41

salam bilmək istəyirəm prezdentin sərəncamıyla 30 avqust 2013 ci il sentiyabrın 1 den maşlar 10 faiz artmafi barədə sərəncam olmuşdu bu sərəncam təqaüddə olanlara aid deyil.agər aiddirsə nə vaxt veriləcək .avvəlcədən təşəkkür edirəm

Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2013-cü il tarixli 3111 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının da aylıq (tarif) maaşları orta hesabla 10 faiz artırılmışdır.\nBildiririk ki, Nazirlər Kabinetinin 2013-cü il 30 dekabr tarixli 365 nömrəli qərarı ilə keçmiş Azərbaycan Respublikası Hərbi Komissarlığından Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, əmək pensiyası alan hərbi qulluçuların əmək pensiyalarının təsdiq olunmuş yeni ştat vahidlərinə müvafiq vəzifə maaşlarına uyğunlaşdırılaraq hesablanması üçün DSMF-nun hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərlə iş Departamentinə göndərilmişdir.
Tebriz Soruşur Yazılma Tarixi:17.01.2014 06:28:56

Men bilek isdiyirem hara dusmusem? 1994 il ay06.gun06. Gulmaliyev Tebriz Gunduz oglu cagiris xetaide lacin vayonkamatinnandi cavab gozluyurem.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Ceyhun Soruşur Yazılma Tarixi:16.01.2014 12:54:27

Mən Rusiya Federasiyasında təhsil alıram AR vətəndaşıyam Diplomum Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanıdıqdan sonra mənim hərbi xidmət müddətim neçə ay olacaq ?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
taleh Soruşur Yazılma Tarixi:16.01.2014 11:27:05

yerler ne vaxt bilinecek

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
meher Soruşur Yazılma Tarixi:16.01.2014 11:22:48

yerlerin bolunmesi nece gun cekir vaxti

Qeyd etdiyiniz məsələ il əbağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891