Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:20.01.2014 08:40:41

Salam.Men bilmek isteyirem ki,hara dusmusem? melumatlari duzgun yaziram amma yene hec ne tapilmir.Mumkunse komek edin,tesekkurler.\nQuliyev Orxan Xanoğlan 27.11.1995 Lenkeran

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
elcin Soruşur Yazılma Tarixi:20.01.2014 07:46:01

salam men yanvarin 11 de komisiyadan kecmisem yanvarin 20 ne cagiris vesiqesi verilib hele hara dusduyum bilinmir ne vaxt oyrene bilerem hara dusduyumu?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Ceyhun Soruşur Yazılma Tarixi:19.01.2014 20:05:39

14.02.1996 il teveluduyem.mene cagiriw vereqesi ne vaxt gelir?kim bilirse deqiq ayin tarixini yazsin xahish edirem.birdeki ayin necesi yoxlaniwa cagirirlar

Bildiririk ki, 18 yaşı fevral ayının 14-də tamam olmuş vətəndaşlar 2014-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.\nXidmətin yerli idarə, şöbə və ya bölmələri tərəfindən 2014-cü ilin aprel çağırışına hazırlıq işlərinə fevral ayından etibarən başlanacaqdır.
ORXAN Soruşur Yazılma Tarixi:19.01.2014 16:43:11

men mingecevir vayonkamatindan eskere gedirem 20.01.2014 hansi herbi hisseye dusmusem onu bilmek isteyirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Mingəçevir şəhər şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:19.01.2014 11:27:24

salam mənim 18 yaşım damam olub ama hələdə har düşdüyüm barədə bir cavab verilmir bilməy olar niyə

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
qurban Soruşur Yazılma Tarixi:18.01.2014 20:23:16

salam bronxial astama olan xəstə hərbi xidmətə aparılır....xidmete yararldımı

Bronxial astma xəstəliyinin dərəcəsindən, yaratdığı fəsadlardan, tənəffüs orqanlarının funksiyalarının pozulmasından, tutmalararası müddətdən asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 52-ci maddəsinin tələblərinə əsasən şəhadətləndirilirlər.
Səbuhi Soruşur Yazılma Tarixi:18.01.2014 15:19:28

Salam.bilmək istərdim hekim renqoloqun qerarına göre onurğa sutununda əyilmə gedə çağrışçı hərbi xidmətə yararlıdır? yararlı deyilsə harada həkim komissyasından bir daha keçə bilər. həmin çağrışçı Gədəbəy komisarlığından çağrılıb.

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
rafael Soruşur Yazılma Tarixi:18.01.2014 14:48:19

tewekkur edirem cavabiniz ucun.bir sual da verim DOVLET SERHED XIDMETI Baki seherinde de var,ya yalniz bolgelerdedi?

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına müraciət etməyiniz tövsiyə olunur.
meher Soruşur Yazılma Tarixi:18.01.2014 08:13:43

Salam.Mene ayin 19 a cagiris vereqesi gelib.Amma hara dusduyum hele de bilinmir.Ola bilermiki sabah geden gunu bilinsin hara dusduyum? saat 9 a yola dusme vaxti yazilib

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nergiz Soruşur Yazılma Tarixi:18.01.2014 06:18:23

Salam! Ise qebulla elaqedar sened qebulu olub sizde? eger olmayibsa ne vaxt olacaq?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinə işə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897