Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samir Soruşur Yazılma Tarixi:31.01.2014 16:40:42

Salam Bilmek isteyirem ki esgerliye geldiyin gun texris olunma haqqinda qanun ne vaxtdan quvveye minib? ve hansi cagiriscilara aiddi? yanvar 2014 yoxsa evvelki cagiriscilara da aiddi? tewekkurler

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlarmüddətli həqiqi hərbi xidmətə çağırılırlar və qanunla müəyyən olunmuş xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular ehtiyata buraxılırlar.
Qiyas Soruşur Yazılma Tarixi:30.01.2014 11:20:31

herbi biletin yararli olmasini yoxlamaq isteyirem

Bildiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün soyadınız, adınız, atanızın adı və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
Arzuman Soruşur Yazılma Tarixi:29.01.2014 13:04:27

Mən 16.07.2011-01.07.2012 ci illərdə MN-ə məxsus N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişəm. Xidmətim zamanı sürücü vəzifəsini daşımışam. İndi isə mənə xidmətim zamanı sürücü olduğumu təsdiq edən arayış lazımdır. Mən bu sənədi necə əldə edə bilərəm?\nƏvvəlcədən təşəkkürlər.

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və bölməyə müraciət etməyiniz tövsiyə olunur.
sahib Soruşur Yazılma Tarixi:29.01.2014 12:00:16

salam men herbi xidmetde olmamisam ve isteyirem ki konullu esgere gedib ve oradanda 6 ay muddetine kurs kecerek cavus kimi herbi xidmet gostermek isteyirem bu mumkundurmu?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və\nbölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nihad Soruşur Yazılma Tarixi:28.01.2014 11:48:44

Salam mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə işə qəbul olunmaq üçün müraciət etmişdim və mən 12.12.2013 tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin kadrlar və kadrlar hazırlığı idarəsinə çağırılmışam və sənədləri yazıb hazırlayıb vermişəm.Lakin hələ növbəti komissiyaya çağırılmamışam.növbəti komissiya nə vaxt olacağı barədə xahiş edirəm məlumat verəsiniz.Bizə dedilər ki Yanvarın evveli musahibeye çağrılacaqsız

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan anların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir.\nMüsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
mugan Soruşur Yazılma Tarixi:28.01.2014 08:02:30

salam men senetlerimi vermisem MAXE duzelmek ucun senetlerim gonderibler amma cavab yoxdu hele kime muraciat edek komeklik gorsede bilersiz elaqe telefonunuz var..

Bildiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün soyadınızı, adınızı, atanızın adını və hərbi qeydiyytada olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
Elvin Soruşur Yazılma Tarixi:28.01.2014 05:39:30

salam menim 18yawim fevralin 6si tamam olur men 1rnci dereceli skalyoz xestesyem bu esgerliyme mane olurmu ve mane olursa men ozum konulu getsem olarmi birde nevaxt mene pavska gelecek xayiw edrem cvb yazin

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.\nÇağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr, 31 mart, 30 iyun və 30 sentyabr tarixindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Ali Muradov Soruşur Yazılma Tarixi:26.01.2014 12:28:06

Salam. Meni maraqlandiran bu sualdir. Doktaranturani bitirmis genc herbi vezifeden azaddir yoxsa neche muddet qulluq eetmelidir?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.0.1 maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
İlham Soruşur Yazılma Tarixi:26.01.2014 06:06:39

ARSHXÇ Dövlət Xidmətinin rəisi cənab general-leytenant Arzu Rəhimovun yanvar ayı üçün qəbulu oldu, yoxsa üzümüzə gələn şənbə günü fevralın 1-də olacaq

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisitərəfindən vətəndaşların qəbulu hər ayın sonuncu şənbə günü həyata keçirilir. Qəbulda iştirak etmək istəyən vətəndaşlar hər ayın sonuncu həftəsinin istənilən günü şəxsiyyət vəsiqələri ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağğırış üzrə Dövlət Xidmətinin Aparatına gəlməli (Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30) və müvafiq qaydada qeydiyyatdan keçməlidirlər.
vuqar Soruşur Yazılma Tarixi:25.01.2014 19:56:13

dadasli mehman akif oglu neftcala rayonu 1996-ci il 21.01.2014 esger gedib hANSI HERBI HISSEYE DUSUB BILMEK OLAR

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14891