Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ilham Soruşur Yazılma Tarixi:12.02.2014 14:43:17

Salam mən könüllü olaraq gizirliyi oxuyub milli orduda cəbhə bölgəsində xitmət etmək istəyirəm bununla bağlı hara müraciyat edə bilərəm ? hərbi komisarlığ artıq bu işlərə baxmır sistemin yenilənməsi səbəbdən. Xahiş edirəm ki mənə yol məlumat verəsiz.

Bildiririk ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq istəyinizlə bağlı aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
elnur Soruşur Yazılma Tarixi:12.02.2014 14:37:47

salam menim iyun ayinda 18 yasim tamam olur gorme qabilliyetim cox zeifdi acki taxiram herseyi bulaniq gorurem yararliyam ya yox?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Anar Soruşur Yazılma Tarixi:11.02.2014 16:55:21

Salam xahis edirəm mənim sualıma cavab verəsiniz.Əvvəlcədən Minntedaram.Mən sizin xidmətə işlə bağlı müraciət etmək istəyirəm.(zabit kimi)Butun sənədlərimi elektron poct vasitəsilə göndərə bilərəmmi?Ərizəni və tərcümeyi halı da burdan göndərə bilərəmmi?

Hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş, ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. \nYuxarıda göstərilən kateqoriyadan olan zabitsinizsə, anket materiallarınız və şəxsi sənədləriniz əsasında barənizdə qərar qəbul ediləcəkdir.\nBarənizdə müsbət qərar qəbul edildiyi təqdirdə, Xidmətin Kadrlar və Kadr Hazırlığı idarəsində müvafiq sənədləri şəxsən doldurduqdan sonra, müsabiqəyə dəvət olunacaqsınız.
Nizam Soruşur Yazılma Tarixi:11.02.2014 14:15:21

Salam. Mən ehdiyatda olan Gizirəm. saglamlığımla əlaqədər ordudan Xəsdəliklər cədvəlinin 3 cü qrafiqasının 2b madəsinə əsasən təxris olumuşam. 2010 cu ilin sentiyabr ayında təxris olumuşam . hazirda ozümü sağlam hesab edirəm . yenidən ordu sıralarına qayida bilərəm

Bildiririk ki, Ordu sıralarında yenidən gizir kimi hərbi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Rufet Soruşur Yazılma Tarixi:11.02.2014 13:56:38

Salam menim20 yasim var kollecde axirinci kursda oxuyuram . Indi senedlerii artiq xususi teyinatli ali mektebe vermisem . Mohlet huququm ise bu ilin iyun ayinda bitir. Mene maraqlidi ki herbi xidmet mene imtahanda istirakima imkan verecek??

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Sadiq Soruşur Yazılma Tarixi:11.02.2014 12:12:57

Eskerliyin bir illik olma ehtimali var?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır.
Alim Soruşur Yazılma Tarixi:11.02.2014 12:08:09

Eskerlik ne vaxt 1illik ola biler.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır.
Hesenov Elmir Soruşur Yazılma Tarixi:11.02.2014 12:02:44

Eskerlik 1 illik ne vaxt olacaq.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır.
Novruzqulu Soruşur Yazılma Tarixi:11.02.2014 11:43:19

Salam..Bağışlayın narahat edirəm. Mən 1994 Təvəllüdəm. Hal hazırda Türkiyədə təhsil alıram. Gözümdə olan qüsura görə hərbi xidmətə yararsız sayılıram (sol gözüm görmür). Amma mən gələcəkdə Təhsilimi magist təhsilimidə başa vurub Bakıya qayıdacam. Özəl və ya dövlət sektorunda çalışacam inşallah. Amma artıq görürəmki Bu Hərbi bilet məsələsi mənim gələcək karyera həyatımda mənə maniyeçilik törədir. Və Mən Təhsilimdən sonra könüllü sürətdə 1 il hərbi xidmətdə olub siravi normal Hərbi biletimi ala bilərəm? Təşəkkürlər sizə..

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabnetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin sağlamllq vəsiyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Yalnız tibbi müayinə zamanı "hərbi xidmətə yararlı" sayılmış vətəndaşlar hərbi xidmətə göndərilirlər.
Tahir Soruşur Yazılma Tarixi:11.02.2014 11:00:17

Salam.Oglum Azerbaycanda uniberstetde oxuyurdu.2013ci il Turkiyede Istanbul Devlet universtetine qebul olundugu ucun Azerbaycandaki Devlet universtetinden oz erizesiyle cixdi.Hal hazirda Isatnbul Devlet universtetinde oxuyur.Herbi Komisarlik Istanbul Devlet universtetinde opxudugu haqqda verdiyi telebe arayisinin Vayinkamat qebul etmir.Qanunnan oglum esger getmelidir yoxsa tehsilin Turkiyede davam etduirmelidir.xahis ediremki mene melumat verersiz.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə (bakalavr pilləsini bitirənədək) möhlət verilir.\nHəmin Qanunun 21.2 maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində xaric olunduğu təhsil müəssisəsinə bərpa olunmadıqda, çağırışa möhlət hüququnu itirirlər.
Cədvəldə sətir sayı :14891