Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Famil Soruşur Yazılma Tarixi:22.02.2014 12:37:26

Əvvəla salam.Mənə xəstəliklə əlaqədar olaraq 3 dəfə 3 illik möhlət veriblər. Mənim indi 32 yaşım var.2015-ci ildə yenə hərbi xidmətə çağırılmalıyam. 3 övladım varsa mən əsgər getməliyəmmi

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
anar Soruşur Yazılma Tarixi:21.02.2014 11:02:50

Salam. Mən işə qəbul olmaq üçün imtahanda iştirak etmişəm. Nəticələr nə vaxt bilinəcək.

Müsabiqənin nəticələri barədə Sizə əlavə məlumat veriləcəkdir.
Aqil Soruşur Yazılma Tarixi:21.02.2014 05:44:09

Salam.Bilmek isteyirem cinayet mesuliyyetine celb olunub hebsde olub ehtiyyata buraxilmish zabit konullu orduya qayida bilermi?

Bildiririk ki, Ordu sıralarına zabit kimi hərbi xidmətə yenidən qayıtmaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (həbsdə olmağınız barədə məlumat verilməklə) müraciət etməlisiniz.
Alizade Tofiq Soruşur Yazılma Tarixi:20.02.2014 12:39:22

Salam menim 19 yasim var telebeyem Idman Texnikomunda axirinci kursam ve mende sekere meillik var sekr deyilem amma konullu gede bileremde yeniki ozmude yaxsi hiss edirem zehmet olmasa sualmi cavablandirasiz Cox sagolun

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə, yalnız tibbi şəhadətləndirilməsi, öyrənilməsi başa çatdırılaraq hərbi xidmətə yararlı sayılmış çağırışçılar təyin olunurlar.
Orxan Soruşur Yazılma Tarixi:20.02.2014 10:33:54

Salam. Mən səhhətimdəki problemlərlə əlaqədar keçən il möhlət hüququ aldım. Magistraturaya daxil olmağımla əlaqədar təhsilimi başladım. Hal-hazırda birinci kursda oxuyuram. Mən təhsilimi davam etdirə bilərəm? Yoxsa təhsilimi yarımçıq qoyub əsgərliyə getməliyəm? Zəhmət olmasa sualımı cavablandırardınız. Təşəkkürlər.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Siz Qanunla müəyyən olunmuş hərbi xidmət müddətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz.
ZAUR Soruşur Yazılma Tarixi:19.02.2014 22:17:08

salam.Men 1996 il 04.29 tevelludem may ayinda TQDK imtahanlarinda istirak etmekcun , mene mohlet haqqinda arayisi ala bilerem??

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərinin 11-ci sinifini bitirənlər və qanunvericiliyə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olan çağırışçılar TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak edə bilərlər.
Eltun Soruşur Yazılma Tarixi:19.02.2014 16:53:53

Salam.Qulaq pərdəm deşikdir və yevstax borusunda metal yad cisim var.Əməliyyat olunsam da yad cismin çıxarılmasına nail olunmayıb.Hərbi xidmətə yararlı olub olmadığımı bilmək istərdim.Çox sağ olun.

Siz, xidmətə göndərilməzdən əvvəl qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Reshadet Soruşur Yazılma Tarixi:19.02.2014 15:01:15

Salam.Men 2008-ci ilde Tukiyenin Hacettepe universitetine Biznesin teskili ve idare edilmesi fakultesine qebul olmusam. 5 ildir orada oxuyuram ve bu il mezun olmagim lazim idi ama mezun ola bilmedim .Buna gore de universitete davam etmeyime dair aldigim senedi Lenkeranda esgerliyimin vaxtını uzatmaq ucun herbi komisarliga teqdim etdim ama buna baxmayaraq onlar menim vaxtimi uzatmaq istemirler.İndi men ne etmeliyem? 5 ildir Turkiyede oxudugum eziyetleri bosa verip esgerliye getmeliyem yoxsa Bakalavr tehsilim bitene qeder icaze almaq olur? İndiden cavabınız ucun cox saqolun

Bildiririk ki, oxuduğunuz təhsil müəssisəsindən bitirmə müddəti göstərilməklə alınmış arayışı notarial qaydada tərcümə edərək Xidmətin Lənkəran rayon şöbəsinə təqdim etdiyiniz təqdirdə, barənizdə rayon çağırış komissiyasında qanunamüvafiq qərar qəbul ediləcəkdir.
terlan Soruşur Yazılma Tarixi:19.02.2014 12:04:51

salam men sumqayit seherinde pese liseyinin 3cu kurs telebesiyem 18 yasim tamam olmus telebeler aprel ayinda getme ehtimali var.KECEN ilin 3cu kurs telebeleri aprel ayinda cagiris gelib

İlk peşə-ixtisas təhsil müəssisələrində təhsil alan çağırışçılar Azərbaycan Respublikası Təhsil Nazirinin xüsusi göstəriçinə əsasən yekun dövlət imtahanlarının aprel ayınadək keçirildiyi təqdirdə, onlar 2014-cü ilin aprel çağırışına cəlb ediləcəklər.
seymur Soruşur Yazılma Tarixi:19.02.2014 09:16:13

salam men bilem isteyremki 2dereceli skalyoz xestesi esgerliye yaraldi ya yox twk

Fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri (II mərhələ skalioz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Yərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının 66 "c" maddəsinə aiddir və "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" qərarına uyğundur.
Cədvəldə sətir sayı :14891