Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zaur Soruşur Yazılma Tarixi:05.03.2014 05:34:12

Salam qardasim 1 ay bundan once bicaqlanib ve neticede sag boyrek ustu vezi goturulub bu onun eskerliyine mane ola bilermi? cox sagolun

Qardaşınız qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
zaur Soruşur Yazılma Tarixi:05.03.2014 05:18:50

qardasim aprel cagiriscisidir ancaq adini cagiriscilarin siyahisindan tapa bilmirik.Demirov Togrul Logman oglu 1994.10.01

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 mart 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
novruz Soruşur Yazılma Tarixi:04.03.2014 20:30:28

Salam.Men baki şeherinde qeydiyatdayam .Men xususi dovlet muhavize xidmetine herbi xidmet ede bilerem

Bildiririk ki, çağırışçılar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr arasında xüsusi kompyuter proqramı vasitəsilə bölünürlər.
Meherrem Soruşur Yazılma Tarixi:04.03.2014 18:14:16

salam. men bu aprelde xidmete getmeliyem. amma esitmisemki aprel prizivi legv eilib. xais edirem mene deqiq melumati deyesiniz. Men 1995-ci ilin may ayinnanam. Peshe mektebinde oxuyurdum. bu il son kursdayam. men bu aprelde xidmete gedecem ya yox?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1 madəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, 35 yaşınadək sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.\nƏlavə olaraq bildiririk ki, Təhsil Nazirinin xüsusi göstərişinə əsasən İlk peşə-ixtisas təhsil müəssisələrində təhsil alan çağırışçıların dövlət imtahanları aprel ayınadək yekunlaşarsa, onlar 2014-cü ili iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəklər.
Hüseyn Soruşur Yazılma Tarixi:04.03.2014 17:39:41

Salam bilmək istərdim ki revmatizm və vitiliqo xəstəliyinin daşıyıcısı çağırışa yararlıdırmı?

Xəstəliklər dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.
Seymur Soruşur Yazılma Tarixi:04.03.2014 16:41:11

2012 oktyabr cagriscilarinin texris olmasi barede Prezidentin serancami olub yoxsa hele olmayib.birde ki,kim ne vaxt gelib o vaxt texris olacaq yoxsa aprel ayinin 1.i ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş hərbi qulluqçuların aprel ayının 1-dən 30-dək ordu sıralarından tərxis olunmaları barədə 04.03.2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti müvafiq sərəncam vermişdir.
terlan Soruşur Yazılma Tarixi:04.03.2014 14:35:57

men inustuta hazirlasiram .yasim 28.02.1996 da bitibdir. vayonkomat deyirki sen aprel ayinda esgere getmelisen amma bezi xesteliklere gore meni xestaxanaya gonderdiler orda xeste cixdim ona gore meni tezelden may veyaxud iyun aylarinda qospitala gondermelidirler. men bu zaman muddetinde imtahahan vaxtina dusurem amma bu vaxti mene imtahan vermek ucun mohlet haqda arayisi vermirler deyirlerki nazirlikden icaze yoxdur ki arayisi sene verek. indi mende inistuta hazirlasdigim ucun eziyyetim bosa cixir sizce bu neqeder dogrudur ? onu da qeyd edim ki men mektebi 2013 cu ilde qurtarmisam.

Bildiririk ki, 2013-cü ildə orta ümumtəhsil məktəbini bitirərək, həmin ildə sənədlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edən, lakin heç bir təhsil müəssisəsinə qəbul olunmayan çağırışçılara, ikinci dəfə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Mübariz Soruşur Yazılma Tarixi:04.03.2014 08:47:24

Salam 2010-cu ildə hərbi xidməti bitirmişəm.25 yasim var ali təhsilliyəm.Silahlı Qüvvələrimizdə zabit kimi xidmət edə bilərəmmi

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.\n Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz haıda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Eli Soruşur Yazılma Tarixi:04.03.2014 04:12:53

apirelde texris olan mutdetli herbi qulugcular ayin necesi biraxilacag

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş hərbi xidmət müddətlərini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qullquçuları, hər il yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında ordu sıralarından tərxis olunurlar.
Eli Soruşur Yazılma Tarixi:03.03.2014 17:04:58

Salam men evin tek usaqiyam esidiyime gore tek usaqlillar on cebhede deyil arxa cebhede herbi xidmet gosterir ? xahis edirem sualima cavab yazasiniz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14891