Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
RAFİQ PASAYEV Soruşur Yazılma Tarixi:11.03.2014 14:20:47

Salam.Oten gun internetde yazilmisdir ki,ehtiyatda olan zabitler ev unvanlarina mektub gonderilerek qeydiyyatda oldugu seferberlik xidmetinin bolmelerine cagirilir.Bu ne derecede dogrudur?Eger dogrudursa ne meqsedle cagirilir.Cunki men de ehtiyatda olan bas leytenantam.Sag olun.

Bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən həyata keçirilir.\nQanunun 45-ci maddəsində nəzərdə tutulmuş halalrda keçiriləcək toplanışların müddətləri və vaxtı məlum olduqdan sonra, toplanışlara cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər (ehtiyatda olan zabitlər) məlumatlandırılacaqlar.
sərxan Soruşur Yazılma Tarixi:11.03.2014 13:40:34

hara dusduyumu bilmey istirem .

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 mart 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Nail Soruşur Yazılma Tarixi:11.03.2014 13:11:46

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə qəbul olunmaq üçün hansı şərtlər var?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, müddətli həqiqi hərbi xidmət keçmiş, sağlam, bilik səviyyəsi yüksək olan vətəndaşlar təhsilinə və ixtisasına uyğun vakant vəzifələrə işə qəbul olunurlar.\nİşə qəbulla əlaqədar, barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
novruz Soruşur Yazılma Tarixi:10.03.2014 18:35:59

Salam. Men herbi xidmetden sonra xususi dövlet muhafize xidmetinde işleye bilerem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
ferid Soruşur Yazılma Tarixi:10.03.2014 13:29:15

esgerlikde hansi herbi hisseye duwmuwem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 mart 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
ISMAYIL Soruşur Yazılma Tarixi:10.03.2014 08:58:10

SALAM MEN ESGER GETMEK FIKRIM MEN AG BILETIMDE YAY KIMI MOHLET VERIBLER MEN ISTIYIREM KI APRELDE GEDB IMKAN VAR GEDIB VAYENKAMATDA YAZSA GEDE BILEREMMI APREL CAVAB GOZLEYIREM ????????????

Bildiririk ki, çağırış günü üçün 18 yaşı tamam olmuş və heç bir möhlət hüququna malik olmayan vətəndaşlar qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
zaur Soruşur Yazılma Tarixi:08.03.2014 16:50:14

qardasim aprel cagiriscisidir ancaq adini cagiris cilarsiyahisindan tapa bilmirik adi Demirov Togrul Logman oglu 1994/10/01

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elgun Soruşur Yazılma Tarixi:08.03.2014 15:31:28

2nğmrəli tibb texnikumunu bitirən gənclər qeydiiyada olduğu yerlərdə hər bilət verilirmi?

Bildiririk ki, yalnız tibb texnikumunu bitirmiş qadınlar qeydiyyatda olduqları idarə, şöbə və ya bölmələri tərəfindən hərbi biletlə təmin olunurlar.
Tərlan Soruşur Yazılma Tarixi:08.03.2014 07:29:52

Salam mən 28.02.1996 - cı ildə doğulmusam. 2013 - cü ildə məktəbi bitirib ali məktəbə imtahan verdim,lakin, imtahandan kəsildim. Bu ildə imtahan vermək istəyirəm , lakin ,əsgərlik yaşım çatdıgına görə məni əsgərə aparırlar. imtahan vermək üçün çağırışa möhlət hüququ haqda arayış lazımdır. Mənim həmin arayışı almaga hüququm çatırmı?

Bildiririk ki, 2013-cü ildə orta ümumtəhsil məktəbini bitirərək, həmin ildə də sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim etmiş, lakin heç bir təhsil müəssisəsinə qəbul olunmayan çağırışçılara, ikinci dəfə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət verilməsi mövcud qanunvericlikdə nəzərdə tutulmamışdır.
NOVRUZ Soruşur Yazılma Tarixi:08.03.2014 06:10:40

MEN APREL AYINDA ESGER GEDIREM HARA DUSDUYUMU NECE OYRENE BILEREM

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 mart 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897