Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ZAUR Soruşur Yazılma Tarixi:27.02.2014 09:46:47

Salam men bilmek isterdim ki boyu 1.80 olan şexsler esgerliyi neçe çekir,yeni onlar uçun elave qanunlar mövcuddurmu.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim eskpertizası haqqında Əsasnamə"nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla bölünür.
eduard Soruşur Yazılma Tarixi:26.02.2014 10:38:01

salam, men xarijde oluram , bakidan 11 il bunan gabaq kocmushem bashka olkeye, menim 16 yashim olub, indi menim 27 yashim var. bashka olkenin vetendashiyam ve o olkede herbi xidmet kecmishem,bakida evimiz oldugundan propiskadan cixmamishig, indi men eshitmishemki meni polis axtarisha verib, hela hesab eliyirlerki men harbi xidmetden gacmisham, men indi neyniyim bu ishe gore, mene neja komek eliya bilersiz axtarishtan cixmag ucun?\n\nhormetle, eduard

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Elxan Abdullayev Soruşur Yazılma Tarixi:26.02.2014 10:28:16

Salam,Qarabağ müharibəsi əlillərinin siyahısı bu saytda olacaqmı? təşəkkür edirəm

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytı yeni yarandığından saytın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu baxımdan Qarabağ müharibəsi əlillərinin adlı siyahısının saytda yerləşdirilməsi məsələsi gələcəkdə nəzərə alınacaqdır.
Anar Soruşur Yazılma Tarixi:26.02.2014 08:13:39

Salam.Men ehtiyyatda olan zabitem,Xidmətin Kadrlar və Kadr Hazırlığı idarəsində müvafiq sənədləri şəxsən doldurmusam.Bilmek isterdim musabiqe ne vaxt olacaq?

Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Adem Soruşur Yazılma Tarixi:24.02.2014 10:03:30

Menim 18 yasim Martin 25 I tamam olacaq bilmek isteyirem ki ne vaxt paveskam gelecek

Bildiririk ki, 18 yaşı mart ayının 25-də tamam olmuş vətəndaşlar 2014-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.\n2014-cü ilin aprel çağırışına hazırlıq işlərinə fevral ayından etibarən başlanılmışdır və qısa müdddət ərzində Xidmətin qediyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Samir Soruşur Yazılma Tarixi:24.02.2014 07:46:59

Salam .Men bu ilin Aprel ayinda herbi xidmete getmeliyem. Ali tehsilliyem .Azerbaycan ordusunun Sulhmeramli Quvveleri sirasina qatila bileremmi . Eger qatila bileremse bunun ucun hansi sertler teleb olunur.Xahis edirem mene bu haqda melumat veresiniz. Sagolun

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür.\nSülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeçiliyində olduğu üçün, qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:23.02.2014 20:04:12

salam.Azerbaycan Respublikasi Seferberlik ve Herbi Xidmete Cagiris uzre Dovlet xidmetine qebul olunmaq isteyirem..xahis edirem mene bu barede etrafli melumat versiniz.menim qeydiyyat unvanim Mingecevir seheridir amma faktiki yasayis yerim Baki seheridir..zehmet olmasa bu barede mene melumat veresiniz.evvelceden oz derin minnetdarligimi bildirirem..

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Emin Ismayilov Soruşur Yazılma Tarixi:22.02.2014 21:58:35

Salam. Sizin Idarede iwe qebul nece aparilir ? Hara ve ne vaxt muraciet etmek olar ? qeyd edim ki, ixtisasca huquqwunasam ve herbi xidmetde olmuwam

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Mehemmed Soruşur Yazılma Tarixi:22.02.2014 21:35:27

Salam Men Seferberlik ve Herbi xidmete cagiris xidmetine Aftobus surucusu kimi bas vurmusam ve senetlerimi vermisem bilmek isderdim hacan meni melumatlandiracaqlar cox Sagolun

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı məsələnizə baxılır və bu barədə Sizə əlavə məlumat veriləcəkdir.
Murad Soruşur Yazılma Tarixi:22.02.2014 18:16:13

Salam.Bağışlayın narahat edirəm. Men Azerbaycan Respublikasi Seferberlik ve Herbi Xidmete cagris uzre dovlet xidmetine isle elaqedar olaraq sened vermisem. Bilmek isterdim isle bagli kecirecek imtahanin vaxti ve yeri haqqinda ne vaxt melumat verilecek? Isle bagli senedleri dekabr ayinda yasadiqim SHXCDX-ne teqdim etmisem. Sualimi etrafli cavab verseniz memnum olaram Tesekurler Hormetle Murad M.

Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14891