Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Eşqin Soruşur Yazılma Tarixi:18.02.2014 21:21:54

Salam. Men universitet telebesiyem, evliyem, 2 övladım var? 2 uşağı olana ve yaxud uşağın 3 yaşı tamam olana qeder herbi xidmete möhlet verilir? Bele bir qanun varmı?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, 3 və daha çox uşağı olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.
Vüsal Soruşur Yazılma Tarixi:18.02.2014 10:21:45

Salam mən təxminən 1 il bundan öncə işə qəbul ilə bağlı Cənab general Arzu Rəhimovun qəbulunda oldum və onun tərəfindən müsbət rəy aldım. Lazım olan sənədləri sizin idarəyə təqdim etdim. Lakin bəzi üzürlü səbəblərdən tibbi komissyadan keçməyim barədə arayışları sizin idarəyə təqdim edə bilmədiyim üçün işə qəbul prosesim yarımçıq qaldı.Bilmək istərdim Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yenidən işə qəbul üçün nə etməliyəm? Xahiş edirəm cavablandırardınız. Əvvəlcədən təşəkkürlər.

Bildiririk ki, tibbi müayinədən tam keçmədiyinə görə Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Şağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı ərizənizin baxılmasına xitam verilmişdir.
Saleh Soruşur Yazılma Tarixi:18.02.2014 09:56:30

Salam. menim qardashim yanvar ayinda herbi xidmete chagirilib. psixoloji problemleri ashkar olundugu uchun geri qaytarilib. herbi komissarliq psixoloji yoxlanisha gonderib ve bashinda travma ashkar olunub. hekimlerin dediyine gore ciddi eseb problemi var ve herbi xidmete yararsizdir. biz de oturub gozleyirik. xahish edirem yararli ve yararsiz olmani ne qeder muddete arashdirirldigini ve eger yararsizdirsa herbi bileti ne vaxt ala bilerik. eger yararlidirsa andichmeye qeder yeniden esgerliye qayida bilermi. teshekkur.

1. Qardaşınızın həqiqi hərbi xidmətə yararlı olub olmaması dövlət səhiyyə müəssisəsi tərəfindən "Sağlamlıq vəziyyətinin müayinəedilməsi aktı" təqdim edildikdən sonra müəyyən ediləcəkdir.\n2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin hərbi-həkim komissiyasının qərarı Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edildikdən sonra qardaşınız hərbi qeydiyyat sənədi ilə təmin ediləcəkdir.\n3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Həqiqi hərbi xidmətə yararlı hesab edildiyi halda qardaşınız aprel çağırışına cəlb ediləcəkdir.
togrul Soruşur Yazılma Tarixi:17.02.2014 19:18:37

salam, men 11de oxuyuram, qebul imtahaninda istirak etmek ucun sened verecem, aprelde 18 yasim tamam olur, imtahanacan meni herbi xidmete caqirmamalari ucun herbi komissarliqa hansi senedi teqdim etmeliyem? saq olun

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərinin 11-ci sinifini bitirən çağırışçılar elektron ərizənin kserosürətini Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etməklə, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak edə bilərlər.
Namiq Soruşur Yazılma Tarixi:17.02.2014 17:29:56

Salam.Menim tevellüdüm 29.02.1996.Men 2014 yanvarin 30-da hospital siti-də herbi tibbi komisiyadan kecmişəm.Yararli və ya yararsiz olduğumu öyrənə bilmirəm.Xahiş edirəm ki kömək edəsiniz.

Suallarınızın cavablandırılması üçün qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinə (şöbəsinə, bölməsinə) müraciət edə bilərsiniz.
Rza Soruşur Yazılma Tarixi:17.02.2014 17:20:55

Salam.aprelde yawim tamam olur herbi xidmete yawim duwur amma martda sened qebuludu kesilmisem yeniden is vermek isdeyrem martda sened versem aprelde esger apara bilerler?mene etrafli melumat verediz zehmet olmasa.cox sag olun

Bildiririk ki, 2013-cü ildə orta ümumtəhsil məktəbini bitirərək, sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim etmiş, lakin heç bir ali təhsil müəssisəsinə qəbul olmayan çağırışçılara , ikinci dəfə ali və orta ixtisas təhsil müəssisələrində sənəd qəbulunda iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət verilməsi mövcud qanunvericlikdə nəzərdə tutulmamışdır.
Sebuhi Soruşur Yazılma Tarixi:17.02.2014 12:38:07

Evvela salam.uzr isteyirem men oyrenmek isterdimki meni musabiqeye devet edibler ancaq orada movzu nedi neden imtaham olacaq onu bilmek isterdim.size zehmet mene yardimci olardiniz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmaq üçün ərizə ilə müraciət etmiş vətəndaşlar müsabiqədə iştirak edərkən onların ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
elvin Soruşur Yazılma Tarixi:17.02.2014 11:52:21

salam men xasiyev elvin elvin seymur oglu bu alakol uwaqlari kamsiyaya cagriblar ama meni yox xayiw edremki meni niye cagrmlar melumat veresiz yaxwi eger fevral aynan bawlanibsa meni niye cagrmilar kamisyaya hec melumat zada bildrw zada vermler ag biletim var fevralin 6si 18yawim bitib tovuz rayonun duz qiriqli kendinenem ama heleki meni yoxlamaqa zada cagrmlar

2014-cü ilin aprel çağırışına hazırlıq işlərinin başlanması nəzərə alaraq, qısa müddət ərzində Xidmətin Tovuz rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Araz Soruşur Yazılma Tarixi:17.02.2014 11:41:46

Dövlət Xidməti ordu üçün müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına başlayacaq ne vaxt olacaq

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mütəmadi olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığı təşkil edir və keçirir.
araz_qasimov Soruşur Yazılma Tarixi:17.02.2014 09:31:14

SALAM MEN BİLMEK İSDEYİREM NÖVBƏTİ YENİ KOMİSSİYADA NECE OLACAQ

Sualınız aydın olmadığı üçün cavablandırılması mümkün deyil.
Cədvəldə sətir sayı :14891