Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ilham Soruşur Yazılma Tarixi:10.02.2014 22:05:21

Salam,mən 2009-cu il apreldə tər-tər rayon N-saylı hərbi hissədə xidmətə başlamış və 2010-cu il oktyabr ayında xidmətimi başa vurmuşam, və hall hazırda könüllü olaraq milli orduda gizir kimi xidmət etmək istəyirəm, 23 yaşım var 1990 təvəllüfəm, bilmək istəyərdim bununla bağlı hansı sənədlər lazəmdı və hara müraciyat etməliyəm? və onuda bilmək istəyərdim ki mənim qolumda döymələr var hədda hərbi xidmətdə olduğum zamanda var idi yəni 16 yaşımnan o döymələr var, bunun mənim milli orduya daxil olmağıma bir maniyəciliyi olacağmı yoxsa yox ? xaiş edirem komek eliyesiz. Təşəkkürlər

Bildiririk ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq istəyinizlə bağlı aidiyyəti üzrə Müdafiə Nazirliyinə (qolunuzda döymələrin olmasını bildirməklə) müraciət etməlisiniz.
Taleh Soruşur Yazılma Tarixi:10.02.2014 11:18:15

Salam.Menim qardawim iyul ayinda herbi xidmetini bawa vurur. Ve iyunun evveli menim toyumdur.qardawimin da artiq 6 ayi tamam olub.bu halda mumkundu menim qardawim iyun ayinda,yeni teqribi herbi xidmetini bawa vurmamisdan 1 ay evvel toya gore bi nece gunluk mezuniyete cixsin.Qeyd edim ki qardawim Naxcivanda serhed qowunlarinda xidmet gosterir

Qeyd etdiyiniz məsələ ilə bağlı qardaşınızın xidmət keçdiyi hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Bextiyar Veliyev Soruşur Yazılma Tarixi:10.02.2014 08:14:38

Salam men herbi ucotdan cixarilma ile herbi xidmete yararsizam indi ise xidmete qayitmaq isteyirem ne ede bilerem bas letinant xahis edirem mene komeklik edesiz

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmiş şəxslərin hərbi xidmət keçməsi (hərbi xidmətə qayıtması) nəzərdə tutulmamışdır.
Adem Soruşur Yazılma Tarixi:09.02.2014 22:19:41

Aprel cagrisinin paveskalari ne vaxt gelecek

2014-cü ilin aprel çağırışına hazırlıq işlərinə 06.02.2014-cü il tarixdən etibarən başlanılmışdır.
Fuad Tagizade Soruşur Yazılma Tarixi:09.02.2014 16:52:29

Salam. Men hal hazirda 3 nomreli Baki Peshe liseyinin telebesiyem, sonuncu kursda oxuyuram. 19 yashim var, lisseyi bitirib ali tehsil almaq isteyirem. Bilmek isterdimki, universitet imtahanlari ucun men mohlet verilebiler? Ilk onceden cox saqolun. Fuad Tagizade.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Namiq Soruşur Yazılma Tarixi:09.02.2014 12:53:26

Salam.Mən yanvarin 30-da tibbi komisiyadan keçmişəm.Herbiye yararli və ya yararsiz olduğumu bilmək istəyirəm.

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
elvin Soruşur Yazılma Tarixi:08.02.2014 12:41:19

salam men 1rnce dereceli skalyoz xestesiyem fevralin 6si 18yawim tamam oldu men esger getmek isteyrem bu skalyoz menim esgerlyme mane olmurki men ozum getmek istrem eger mane olursa konlu gede bileremi ve mene pavska nevaxt gelecek twk

1. Növbəti həqiqi hərbi xidmətə çağırış 2014-cü ilin aprel ayının 1-dən 30-dək keçiriləcəkdir.\n2. Onurğanın əyrilikləri (I-ci mərhələ skolioz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarilxi 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cəsvəli"nin I qrafasının 66 "ç" maddəsinə aiddir və "Hərbi xidmətə yararlıdır A-3" qərarına uyğundur.
tural muradov Soruşur Yazılma Tarixi:07.02.2014 19:05:46

salam men 2012 ci ilde herbi xidmeti bitirmisem 9 illik orta mektebi bitirmisem herbi bilette 9 illik yazir indi 10 sinife tezeden gedirem herbi bileti deyiwmeliyem???birde menim gozlerim cox zeifdi bulanniq gorurem her seyi iwe qebul ola bilerem?

Bildiririk ki, hərbi bilet sahibi onun xidmətə münasibətinə təsir edə biləcək dəyişikliklər (soyadının, adının, atasının adının dəyişdirilməsi, təhsilinə, sağlamlığına, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doöum tarixi və yeri haqqında dəyişikliklər edilməsi və s.) baş verdikdə həmin hərbi biletin "Xüsusi qeydlər" bölməsində müvafiq qeydlər aparılır v hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarəsi (şöbəsi, bölməsi) tərəfindən təsdiq edilir.\nEyni zamanda bildiririk ki, görmə qabiliyyətinizin zəif olması ilə əlaqədar işə qəbulla bağlı məsələyə baxılması, işə düzəlmək istədiyiniz dövlət orqanının səlahiyyətlərinə aiddir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməlisiniz.
Qurban Soruşur Yazılma Tarixi:05.02.2014 21:07:09

Salam xoş gördük mən 28 aprel anadan olmuşam 1996 cı il məni aprelin 30 u herbi xidmete apararlarmı ?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasənda ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Hemid Soruşur Yazılma Tarixi:05.02.2014 14:45:57

salam men Qubadli rayonunda ucotdayam bu il 2014cu il iyul cagirisinda herbi xidmete yola dusecem,men mecbur kockun olaraq herbi xidmetimi on cebhede dusmenle uzbe uz qulluq etmek isteyirem buna gore men kime muraciet ede bilerem. on cebhede xidmet etmeyi birinci olaraq men etmeliyem ve bunu cox isteyirem bir Qubadli sakini kimi.coz saxolun

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Cədvəldə sətir sayı :14891