Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ilqar Soruşur Yazılma Tarixi:05.02.2014 10:25:48

salam men bilmek isteyirem kii herbi xitmetin imtahani ne vaxtdi

Həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müaciət etmiş vətəndaşlar, onların müraciətlərinin qeydiyyata alındığı gündən xronoloji ardıcıllıqla müsabiqəyə dəvət olunduqlarına və bu prosesin müraciət edənlərin sayından asılı olduğuna görə, əvvəlcədən konkret vaxt təyin edilmir.\nMüsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Babek Soruşur Yazılma Tarixi:05.02.2014 09:15:14

Salam men bilmek istiyirdimki bu il aprelde esger gedenler hara dusmeleri barede ne vaxt melumat elde elirler?elektron xidmetv vasitesi ile

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı şəxsi məlumatları daxil etməklə, 30 mart 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə biləcəksiniz.
farid Soruşur Yazılma Tarixi:04.02.2014 11:40:46

Добрый день! К сожалению Азербайджанский язык я чуть подзабыл(русскоязычный)! Мой вопрос!!! меня призывают в армию но в связи с тем что я в детстве ломал(упал и сломал) правую руку и она у меня срослась не правильно я не могу физически работать!на рентгене это видно!я еле открываю и закрываю свою руку! каждое движение причиняет мне боль! а мне говорят ничего пройдет! куда мне жаловаться? что значит пройдет!!! если эта рука у меня срослась не правильно! куда мне жалобу писать?помогите! какой толк если меня заберут и я ничего не смогу сделать этой рукой(повторюсь физические упражнения причиняют мне боль)!

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hansı yerli idarə, şöbə və ya bölməsində hərbi qeydiyyatda olduğunuz barədə məlumat verilməsi vacibdir.
Araz Soruşur Yazılma Tarixi:04.02.2014 10:35:23

salam men bilmek isdeyirem ki, sıradankənar həqiqi hərbi xidmət yararlı ne demekdi? cox saqolun

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçularhəmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifəlilərə təyin edilirlər.
Nərman Soruşur Yazılma Tarixi:04.02.2014 09:36:16

hərbi biletdə gostərilən Ic-65c maddə nə deməkdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 65c maddəsinin I qrafasına "İri oynaqların, sümüklərin və qığırdaqların cərrahi xəstəlikləri və zədələnmələri, osteopatiya və xondropatiyalar" aiddrir.
Emin Soruşur Yazılma Tarixi:03.02.2014 14:56:32

salam men idmanciyam boyum 171 cekim 73 kq di qariwiq doyuw novleri uzre beynelxalq turnirlerin azerbaycan cempionati ve azerbaycan kubokunun qalibiyem avrasiya ve dunya cempionatinin burunc mukafatcisiyam isterdim muddetden artiq xidmetde qulluq edim bilmek isterdim boyuma gore mudafie nazirliyinin xususi teyinatli destesine qebul ola bileremmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);\n Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, Müdafiə Nazirliyinin xüsusi təyinatlı hərbi hissəsində hərbi xidmət keçmək istəyiniz barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
aqshin Soruşur Yazılma Tarixi:03.02.2014 12:44:20

Mən 23 aprel 1996-cı ildə anadan olmuşam. Bilmək istərdim mən aprel ayında hərbi xidmətə çağrılacağam, yoxsa iyul ayında hərbi xidmətə getməliyəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Sahib Soruşur Yazılma Tarixi:03.02.2014 11:48:53

Mәnim belimde qrija var. Ìndi mәn әsgәrlik üçün yararlI sayILIram? yoxsa yararsIz?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qəbul olunacaqdır.
Əşrəf Məmədxanli Soruşur Yazılma Tarixi:02.02.2014 13:55:26

Mən Məmədxanli Əşrəf 1996 ci-ildə fevralin 1 Zərdab rayonun Pərvanli kəndində anandan olmuşam sualim sizə odurki bilmək istiyerdim hansi hərbi bölgəsinə duşmuşəm ?

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 mart 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərsiniz.
Orxan Soruşur Yazılma Tarixi:01.02.2014 11:19:34

SALAM mən xaricdə magistr dövlət sifarişi əsasında qəbul olsam mənə mohlət verilir.onceden teşekkurler

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Bu səbəbdən Sizə hərbi xidmətə çağırışdan ikinci dəfə möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14891