Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aqil Soruşur Yazılma Tarixi:17.02.2014 04:49:48

Salam.Mən 2008-ci ildə TTM-nin Ehtiyat Zabit Hazırlığı kursunu bitirib Silahlı Qüvvələrin 708 saylı hərbi hissəsinə leytenant hərbi rütbəsi ilə taqım komandiri vəzifəsinə təyin olunmuşam.9 ay sonra 1-ci OK komandirinin sərəncamı ilə eyni vəzifəyə 703 saylı hərbi hissəyə təyin olunmuşam.2010-cu ilin aprel ayında müqaviləmin bitməsi səbəbilə ordu sıralarından tərxis edilmişəm.2011-ci ilin mart ayında oz istəyimlə yenidən ordu sıralarına qayıtmışam.Əmrim 777 saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə verildi.7 ay sonra öz istəyimlə təyinatım 191 saylı hərbi hissəyə verildi.7 ay yolsuz postda (50 şərti adlı) xidmət etdikdən sonra mənə CM-nin 331.3-cü maddəsi ilə cinayət işi açildi.Gəncə Hərbi Məhkəməsi mənə 1 il cəza verdi.Cəza müddətimin 6-cı ayında müsbət keyfiyyətlərimi nəzərə alaraq geri qalan 6 ayımı mənə bağışladılar.Azadlığa çixdiqdan sonra heç bir cinayət işi törətməmişəm.Hal hazırda işləyirəm.Ehtiyatda olan zabitəm (leytenant).SHXÇDX-nə işə qəbul ola bilərəmmi,

Hörmətli İstifadəçi Tezliklə Sualınıza Cavab Yazılacaq
Aqil Soruşur Yazılma Tarixi:16.02.2014 22:58:40

Salam.Men 2008-city ilde Azerbaycan Universitetinin Beynelxalq Elaqeler fakultesini bitirmisem.He in il TTM-nine ehtiyat zabit hazirligi kursunu bitirmishem very lieutenant herbi rutbesi ile 708 sayli herbi his eye tagim komandiri vezifesine teyin olunmusam.9 any Sonora 703 sayli herbi his eye eyni rut be ile beraber vezifeye teyin olunmusam.2010-cu ilde muqavilemin bitmesi ile elaqedar ordu siralarindan terxis olunmusam.2011-city ilin mart ayinda o, isteyimle yeniden ordu siralarina daxil olmusam.777 sayli herbi hissede 6 ay tagim komandiri vezifesinde isledikden sonra oz isteyimle 191 sayli herbi his seye teyinat almisam.7 ay yolsuz postda xidmet etmisem(50 postunda) 2013-cu ilin iyun ayinin 29 da 331.3 maddesiyle hebs olunmusam.1 il hebs cezasi almisam.Cezamin yarisini cekdikden sonra musbet keyfiyyetlerime gore azad edilmisem.Rutbemden mehrum edilmemisem.Ehtiyyatda plan zabitem.Yeniden konullu olaraq ordu siralarina qayida bileremmi?

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində təkrar həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Elgun Soruşur Yazılma Tarixi:16.02.2014 16:18:53

Salam . Sizin xidmete vakansiya ne vaxt elan olunur. Ve bunun ucun hansi ixtisaslar teleb olunur xahis edirik melumat veresiniz.

Nəzərinizə çatdırırıq ki, verdiyiniz sualın cavabı xidməti məlumat xarakteri daşıdığı üçün açıqlanmır.
Pərviz Soruşur Yazılma Tarixi:16.02.2014 15:17:30

Xidmətə dövlət qulluğu üzrə işə qəbul mümkündürmü? Ali hüquq təhsilliyəm.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar barənizdə atraflı məlumat verilməklə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Talib Soruşur Yazılma Tarixi:15.02.2014 21:53:41

Salam Aleykum qadan alim Menim 18 Yasim Tamamdir Bakida Anda Olmusam Meni Niye Esker Aparmirsiz Baki oZ iSTEYIMLE Getmek Isteyirem Esker

2014-cü ilin aprel çağırışına hazırlıq işlərinin başlanmasını nəzərə alaraq, qısa müddət ərzində Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
togrul Soruşur Yazılma Tarixi:15.02.2014 18:30:49

salam,men 11ci sinifde oxuyuram, aprelde 18 yasim tamam olur.ali mektebe qebul imtahaninda istirak etmek ucun sened vermek isteyirem, imtahan iyuldadi.bilmek isteyirem imtahanacan meni herbi xidmete cagiracaqlar?imtahanacan cagrilmamasi ucun herbi komisarliqa hansi arayisi teqdim etmeliyem?sag olun

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərinin 11-ci sinifini bitirən çağırışçılar elektron ərizənin kserosürətini Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etməklə, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak edə bilərlər.
Mehman İsmailov Soruşur Yazılma Tarixi:15.02.2014 17:30:32

Salam! Saytda yerləşdirilən şəhidlərimizin ölüm tarixi, şəhid olduğu yer, və hərbi hissənin nömrəsi niyə göstərilməyib?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində şəhidlərimiz barədə olan bütün məlumatlar (hərbi hissənin nömrəsi istisna olmaqla) Xidmətin saytında Veteranlar və Şəhidlər bölümündə yerkləşdirilmişdir.
Elşad Soruşur Yazılma Tarixi:14.02.2014 20:33:58

Salam. Men bu il ali mektebi bitirdikdən sonra herbi xidmətə yollanmalıyam. Lakin mənim gözlərimdə problem yeni zəiflik var. Sağ gözüm -7,sol gözüm isə -3 dür. bilmək istərəmki mən hərbi xidmətə yararlı sayılıram ya yox. Əvvəlcədən təçəkkür edirəm.

Xəstəliyinizlə bağlı tibbi şəhadətləndirilməniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Yərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 34 maddəsinin I qrafasının tələblərinə əsasən keçiriləcəkdir.
Telman Soruşur Yazılma Tarixi:14.02.2014 17:29:00

Salam.Mən hərbi xidməti keçmişəm burada işləmək istəyirəm. bura nece müraciyət edə bilərəm

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
İqrar Soruşur Yazılma Tarixi:14.02.2014 09:55:06

Salam. Mən 9 sinifdə oxuduğum zaman məni yoxlanışa aparmayıblar. Mənim çağırışa getmə müddətim otkiyabirda tamam olub. Mən bilmişəmki, artığ 3 çağırış müddəti qalmışam. Bununla bağlı nə kimi cəza və ya cərimə var? Ətraflı hansı məcəllədə bu haqda məlumat var?

Bildiririk ki, ilkin hərbi qeydiyyata alınma üçün üzürsüz səbəblər olmadan Xidmətin yerli idarə, şöbə və bölməsinə gəlməməsinə görə vətəndaşlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 350-ci maddəsinə əsasən xəbərdar edilir və ya üç manatdan beş manatadək miqdarda cərimə edilir.
Cədvəldə sətir sayı :14891