Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Azer Soruşur Yazılma Tarixi:14.02.2014 09:38:16

Salam.Mən mühəndislik ixtisası üzrə oxuyuram ve yaxınlarda məzun olacam.Bilmək istərdim ki, mən əsgər getdiyimdə adi əsgər olacam yoxsa hansısa rütbə veriləcək?Və birdə bilmək isterdim ki, əsgərliyimi Müdafiə sənayesi nazirliyində mühəndis-əsgər kimi çəkə bilərəmmi? Təşəkkürlər!

Bildiririk ki, vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü zamanı yalnız xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış sürücü və aşbaz mütəxəssislərdən istifadə olunması nəzərdə tutulmuşdur.
Cefar Soruşur Yazılma Tarixi:13.02.2014 16:00:39

Salam xai$ edirem deyasiniz mana deyibler tehsil nazirliyine oglumun diplomu ucun harbixidmetin geyydiyati haginda arayi$ men onu haradan almaliyam?cox sag olun

Bildiririk ki, müddətli həqiqi hərbi xidməthərbi qulluqçuları bitirdikləri ali təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini yaxud təhsil haqqında arayışı xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Zeynal Soruşur Yazılma Tarixi:13.02.2014 14:27:57

Men 1998.12.25 teveludem... Men yoxlanisa mutleq getmeliyem ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-maddəsinə əsasən, hər il yanva mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
Senan Soruşur Yazılma Tarixi:13.02.2014 14:14:42

Salam.Men Baki seher bineqedi rayonunda propiskayam.Amma Masalli rayonunda anadan olmusam men onu bilmek isterdimki men herbi xidmetde harda qulluq edecem? bu haqda mene me;lumat vererdiniz cox sagolun

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar. \nƏks ərazi prinsipi dedikdə çağırışçının anadan olduğu yer, valideynlərinin yaşadığı ünvan və qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin yerləşdiyi ünvandan qanunla müəyyən olunmuş uzaqlıqda yerləşən hərbi hissədə xidmət keçməsi nəzərdə tutulur.
Nureddin Soruşur Yazılma Tarixi:13.02.2014 11:47:57

menim adım Quliyev Nureddindi 1995 ci ildenem peşe lisseyinde oxuyuram menim cagırış vereqem ne vaxt gelecek

Cari ildə ilk peşə-ixtisas təhsili müəssisələrini bitirən vətəndaşlar 2014-cü ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəkdirlər.
Elvin Soruşur Yazılma Tarixi:13.02.2014 09:27:51

esgerliye hara dusmeyimi nece oyrene bilerem

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı şəxsi məlumatları daxil etməklə, 31 mart 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərsiniz.
elvin Soruşur Yazılma Tarixi:13.02.2014 06:37:37

salam men tovuz rayon duz qiriqli kendindenem 1996.02.06si 18yawim tamam oldu bu herbi kamsyaya yoxlamaq ucun vankamata kend kendmi cagrlar yoxsa hamyi birmi cagrlar cunku alakol kend uwaqlarni cagrblar ama mene hec 1r melmat verlmeyib twk

2014-cü ilin aprel çağırışına hazırlıq işləri 06.02.2014-cü il tarixdən etibarən başlanmışdır.
kamran Soruşur Yazılma Tarixi:12.02.2014 18:03:09

mən iyunda tibbi komissiyadan keçdim lakin miqrsiya xidmetinnən arayış verilmədiyi üçün aparılmadım. yenidən tibbi komissiyua keçməyə ehtiyac var?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Kenan Soruşur Yazılma Tarixi:12.02.2014 16:41:45

Salam menim fevralin 21 ad gunumdur.Men bu gun herbi komisarligdan kecmisem. Menim hara dusduyumu oyrene bilerem

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı şəxsi məlumatları daxil etməklə, 31 mart 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərsiniz.
Azər Soruşur Yazılma Tarixi:12.02.2014 15:38:10

Salam.Mən "Hepatit B" virusunun daşıyıcısıyam.Hərbi xidmətə yararlı olub olmadığımı bilmək istəyirəm.Əvvəlcədən təşəkkürlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Hepatit B" virusunun daşıyıcısı həqiqi hərbi xidmətkeçmədən azad edilmir.
Cədvəldə sətir sayı :14891