Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ələsgər Fətullayev Soruşur Yazılma Tarixi:03.03.2014 15:56:57

Salam men ailenin tek usaqiyam esitdiyime gore tek usaqlari on cebhede deyil arxa cebhede herbi xidmet edirler?xahis edirem sualimi cavablandirasiniz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır.
vusal Soruşur Yazılma Tarixi:03.03.2014 10:37:24

Salam mənim 18.02.2014 tarixli sualıma cavab olaraq bildirmisiz ki "siz tibbi müayinədən tam keçmədiyizə görə Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Şağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı ərizənizin baxılmasına xitam verilmişdir". Bunu men bilirem. Men bilmek isterdim ki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yenidən işə qəbul üçün nə etməliyəm? Xahiş edirəm cavablandırardınız. Əvvəlcədən təşəkkürlər.

Müraciətinizdə qeyd etdiyiniz məsələyə aydınlıq gətirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur.
ILKIN Soruşur Yazılma Tarixi:02.03.2014 23:47:06

Salam.Cekiye gore meni esgerlikden saxlayiblar, ama Herbi bilet vermirler.duz 1il 9 aydir ki.2 aydan bir men vyankamata gedib yoxlanishdan kecirem.Konullu esger getmek ucun neynemeliyem kime muraciet ede bilerem mene deyesiniz\n??

Bildiririk ki, müddətli həqqi hərbi xidmət keçmək üçün hərbi hissələrə, yalnız tibbi şıhadətləndirilməsi, öyrənilməsi başa çatdırılaraq hərbi xidmətə yararlı sayılmış çağırışçılar təyin olunurlar.
natiq Soruşur Yazılma Tarixi:02.03.2014 20:37:58

menim 36 yasim var eytiyatda olan zabitem,bilmek isteyiremki,yeniden herbi xidmete qayida bileremmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.\n Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, zabit kimi hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
natiq Soruşur Yazılma Tarixi:02.03.2014 20:32:00

salam 2002-2004 ci illerde herbi xidmetde bir zabit kimi olmusam leytenantam indi ise 2014cu ildir bilmek isteyirem ki eytiyatda olan muddetde rutbe yukselirmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması nəzərdə tutulmuşdur.\nQanunun 47-ci maddəsinə əsasən, toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə "Hərbi xidmətkeçmə haqqında" Əsanamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.\nKeçiriləcək toplanışların vaxtı və müddəti barədə toplanışlara cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər məlumatlandırılacaqlar.
Mehemmed Soruşur Yazılma Tarixi:02.03.2014 18:43:00

Salam.Men,Seferberlik ve Herbi Xidmete cagiris uzre Dovlet xidmetine ,ise duzelmek ucun sened teqdim etmisem xais edirem Meni melumatlandirasiz cagiris xidmetine alinan Aftobuslar hacan paylanacaq cox sagolun?

Nəzərinizə çatdırırıq ki, verdiyiniz sualın cavabı xidməti xarakteri daşıdığı üçün açıqlanmır.
Elşad Soruşur Yazılma Tarixi:02.03.2014 15:58:39

aprel prizivnin cagris muddeti nevaxta qederdi ve mart ayinin necesinen vankomata cagrilir

Bildiririk ki, 2014-cü ilin aprel çağırışına hazırlıq işlərinə 06.02.2014-cü il tarixdən etibarən başlanılmışdır.
ibrahim Soruşur Yazılma Tarixi:02.03.2014 06:41:54

Salam mən pavıska qəlib Yevlax rayonundanam aprelin 3 HƏRBİ XİDMƏTƏ GEDİRƏM Amma indidən öyrənmək olar hara düşdüymü???

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 mart 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
nahid Soruşur Yazılma Tarixi:02.03.2014 05:16:29

hərbi bileti itirdikdə onu təkrar necə almaq olar? cəriməsi varmı? varsa nə qədərdi?

Bildiririk ki, itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə hərbi vəzifəlilərə yeni hərbi biletlərin verilməsi əvvəlki hərbi biletlərin itirilməsi və ya korlanması səbəbləri araşdırıldıqdan sonra verilir.\nYeni hərbi biletlə təmin edilməniz üçün Siz sənədlərinizlə (şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə 2 ədəd şəkil və ərizə) hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarəsinə (şöbəsinə və ya bölməsinə) müraciət etməlisiniz.\nBundan sonra Xidmətin yerli idarəsi )şöbəsi və ya bölməsi) tərəfindən BİN-nin yerli orqanına itirilmiş hərbi biletinizin aşkar olunub-olunmaması barədə soröu göndəriləcək. Cavab alındıqdan və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən barənizdə (xəbərdarlıq və ya on manatdan on beş manatadək miqdarında cərimə edilməklə) qərar qəbul edildikdən sonra, Siz qısa müddət ərzində hərbi biletlə təmin olunacaqsınız.
Aytən Soruşur Yazılma Tarixi:01.03.2014 14:47:54

Salam.Sizdə vakant yerlər olur?Olursa necə müraciət etmək olar?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur. \nƏrizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Cədvəldə sətir sayı :14891