Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tərlan Soruşur Yazılma Tarixi:06.03.2014 15:46:27

Salam mən 28.02.1996 təvəllüdəm. 2013 cü ildə məktəbi bitirib ali məktəbə imtahan verdim. lakin, imtahandan kəsildim.Bu ilde imtahan vermək istəyirem,amma yerli herbi komisarliq ( vayonkomat ) mənə cagirişa möhlət hüququ haqda arayişi vermir. Mənim hüququm varmi həmin arayişi alam və imtahan verəm ?

Bildiririk ki, 2013-cü ildə orta ümumtəhsil məktəblərini bitirərək, həmin ildə sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edən, lakin heç bir təhsil müəəsisəsinə qəbul olunmayan çağırışçılara, ikinci dəfə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Namazov Elvin Sayyad Soruşur Yazılma Tarixi:06.03.2014 14:26:43

Man Namazov Elvin 1996 ci il Fuzuli rayon Boyuk Bahmanli kandinda anadan olmuwam.mani harbi xidmata cagiriblar indi bilmak istayiram hara duwmuwam..

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Ilqar Soruşur Yazılma Tarixi:05.03.2014 20:03:29

Salam. Memmedov Ilqar Vuqar oglu 23.04.2014-cu il tarixinde herbi xidmete gedecek.Gence seherindeki herbi komisarliginda qeydiyyatdadi.Hansi herbi hissede hebi xidmetini cekekecek?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
ilkin Soruşur Yazılma Tarixi:05.03.2014 14:48:44

salam.ali tehsil aliram ixtisasim muhasibatdi hansi sebebden herbi xidmete getmesem universiteti bitirende ise gire bilerem?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" AZərbaycan Respublikası Qanununun 3.2-maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı 35 yaşınadək hər bir kişi cinsli vətəndaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunverciliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməlidirlər.
kenan Soruşur Yazılma Tarixi:05.03.2014 13:07:55

aprelde gedeceyem hara duwduyumu hansi saytdan oyrene bilerem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
ARAZ Soruşur Yazılma Tarixi:05.03.2014 13:06:07

SALAM MENDE QIC OLMA ILE BAGLI SUALIM VAR ZEHMET OLMASA MELUMAT VERERDINIZ.3-5 YASINA QEDER KECIRMISEM 6 YASIMDA DAYANIBDI VE INDI ISE HECBIR BEYIN DAXILI TEZYIQ YOXDU.HERBI KOMISSIYADAN KECMISEM BU AYDA SAYDIQDA BUNNAN 3-DEFE OLUR EYNI NETICENI YARARLI GOSDERSE HERBI XIDMETE GEDE BILEREM

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
novruz Soruşur Yazılma Tarixi:05.03.2014 10:49:38

salam.Men baki seherinde qeydiyyatdayam.Men xususi dovlet muhavize xidmetde herbi xidmet ede bilerem

Bildiririk ki, çağırışçılar Silahlı Qüvvələrində və qanunverciliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompyuter proqramı vasitəsilə bölünürlər.
SAMIR Soruşur Yazılma Tarixi:05.03.2014 09:06:57

TTM HARDADIR

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi Müdafiə Nazirliyinin tabeçiliyində olduğu üçün, qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
elnur Soruşur Yazılma Tarixi:05.03.2014 07:17:42

universiteti bitirenden sonra TTM-e getmek ucun hara muraciet etmek lazimdir

Qedy etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
allahverdi Soruşur Yazılma Tarixi:05.03.2014 06:18:22

salam men universitetin 4-cu kurs telebesiyem herbi xidmete leytenant kimi getmek ucun SHXCD -e arayisi ne vaxta qeder vere bilerem xatirladim ki men iyul prizvi olacam

Bildiririk ki, Azərbaycan Respublikası Nüdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Cədvəldə sətir sayı :14891