Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samir Soruşur Yazılma Tarixi:18.03.2014 10:58:21

Salam konullu herbi xidmet var bizde?

Bildiririk ki, çağırış günü üçün 18 yaşı tamam olmuş və heç bir möhlət hüququna malik olmayan vətəndaşlar qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
elaga Soruşur Yazılma Tarixi:18.03.2014 10:05:31

men cavadzade elaga 1996 ci il 20 martda anadan olmuwam hara duwduyumu oyrenmey istirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 mart 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Fariz Soruşur Yazılma Tarixi:18.03.2014 08:48:55

Salam menm sol gozumde prablem olub ona gore herbi xidmetden qalmiwam ve 2 ci defe cagrilanda hekimler yoxlamadan eyni weyi yazdilar ve 3 il yene qaldim ama indi ise gozum yaxsi gorur 2 gozum cox yaxsi gorur bawqa hecbirde prablemim yoxdu buna gore men herbi xidmete getmek isdiyirem bunun ucun mene komeklik ederdiniz cox xaiw edirem onceden twk edirem

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibbb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırışü zrə Dövlət Xidmətinin rayon idarəsinə (şöbəsinə, bölməsinə) təqdim edildiyi halda mümkündür.
ismayil Soruşur Yazılma Tarixi:17.03.2014 21:30:34

salam men ucundu kurs oxuyuram pese mektebinde imtahan da verdik biz havax gedeceyik deqiq qerar bilmek istiyirem mart imtahan oldu cavab gozleyirem

İlk peşə-ixtisas və orta ixtisas təhsil müəssisələrini 2014-cü ildə bitirən vətəndaşlar cari ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
orxan Soruşur Yazılma Tarixi:17.03.2014 18:50:38

salam men evin tek ogluyam atamida itirmisem anamda xesdedi meni aprelin 2si aparillar bele qanun olar hec bir olkede bele qanun yoxdu aparsinlar diye bilersiz deynim bes men??

Bildiririk ki, "Hərbi vəzifə v əhərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1 maddəsinə əsasən yalnız başqa övladı olmayan I qrup əlil atası və ya anası olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Ruslan Soruşur Yazılma Tarixi:16.03.2014 12:49:37

Peşə liseyində oxuyuram.İyulda əsgər gedəcəm. Lakin Universtetə qəbul olmaq istəyirəm. Mənə möhlət verilə bilər? Verilərsə bunun üçün hansı sənədlər və nələr lazımdır.Çox xahiş edirəm sualımı cavablandırasınız.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Ceyhun Soruşur Yazılma Tarixi:16.03.2014 10:42:00

Men 02.07.1996-ci ilde anadan olmusam. 18 yasim iyul ayinda tamam olur, hal-hazirda BTK-nin (9-illik) sonuncu kursunda oxuyuram. Texnikumdan verilen arayisa esasen men texnikumu 12.07.2014-ci il tarixde bitirirem. Mene bu ilki univesitetlere qebul imtahanlarinda istirak etmek, ixtisas secimi,qebul oldugum universitetde qeydiyyatdan kecmek ucun iyul cagirisindan mohlet verilecekmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Hikmet Soruşur Yazılma Tarixi:15.03.2014 19:10:12

Salam 1 ay bunnan qabaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətine isle elaqeder tercumei hal gondermisdim.Menimle eyni vaxtda is ucun sened gonderen yoldasa cavab gelib, mene cavab gelmiyib.Bu mesele ile elaqedar kimnen ve hardan melumat oyrene bilerem?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.\nBu barədə Sizə 13.02.2014-cü il tarixdə 755 nömrəli məktubla cavab verilmişdir.
t Soruşur Yazılma Tarixi:15.03.2014 18:29:15

Salam bilmek isterdim Tagiyev Abbas Mehebbet oglu hansi herbi hisseye dusub .

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elvin Soruşur Yazılma Tarixi:14.03.2014 20:09:00

Xahish edirem suallarima cavab bildiresiz,artiq bu 3 cudur yaziram,men Suraxani rayonuna qeydiyyatam,ve mene oranin vainkomatindan napravleniya vermirler,burunda olan problemime gore nefes ala bilmirem,amma onlar saglam yaziblar ve meni bu halimnan aprel ayinin 19 unda aparacaqlarini bildirirler,men ne ede bileremki mene napravleniyami versinler ?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14891