Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ŞƏMİSTAN Soruşur Yazılma Tarixi:23.03.2014 12:56:14

Salam men Universiteti bu il yayda bitib hərbi xidmətə gedəcəm və mən hərbi xidmətimi zabit kimi çəkmək istiyirəm mən bildiyimə görə bu yalnız Müdafiə Nazirliyində mümkündür amma başqa qoşun növlərində bu mümkün deyil əgər mən Müdafiə Nazirliyinə deyil başqa qoşun növünə düşsəm nə etməliyəm və yaxutda Müdafiə Nazirliyinə düşmək üçün əvvəlcədən ərizə yazmalıyam? Xaiş edirəm bu barədə mənə kömək edəsiniz

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Fariz Soruşur Yazılma Tarixi:23.03.2014 11:49:40

Sala, bizde konullu herbi xidmet var?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil ola bilərlər.
behlul Soruşur Yazılma Tarixi:23.03.2014 08:06:50

men aprelin 3 u herbi xidmete gedecem hansi bolgeye dusduyumu oyrene bilerem ?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Rovsan Soruşur Yazılma Tarixi:22.03.2014 16:11:21

meni aprelin 1 e cagiriblar herbi xdmete bilmey isteyiremki hara dusecem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
R Soruşur Yazılma Tarixi:22.03.2014 15:15:50

Avqust ayında 2-ci qrup imtahanı olacaq. Əgər imtahanda müvəfəq olmasam nə vaxt hərbi xidmətə çağrılacam?

Bildiririk ki, Siz ali təhsil müəssisələrinə daxil olmadığınız halda 2014-cü ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaqsınız.
natiq Soruşur Yazılma Tarixi:22.03.2014 11:51:18

193 nomreli herbi hisse harada yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Vusal Soruşur Yazılma Tarixi:22.03.2014 11:29:12

Salam.Qardasim Sukurlu Gunduzun hansi bolgeye dusmesini bilmek isteyirdim adi Sukurlu Gunduz Rafiq ogludur.Tevelludu 31 mart 1996 ci ildir

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Hasil Soruşur Yazılma Tarixi:22.03.2014 09:56:45

TEHMEZOV HASIL MUBARIZ oglunun hara duwmesini oyrenmek isteyirem ...

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Rufet Soruşur Yazılma Tarixi:22.03.2014 08:29:36

salam. Men esitmisem ki, seferberlik idaresinin nezninde snayper kuslari teskil olunur. Bu dogrudusa men nece istirak ede bilerem? \nCox sagolun

Bildiririk ki, ləğv edilmiş KHVTİC-də fəaliyyət göstərmiş qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kursu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətdə yeni formada təşkil olunur. Kursun başlanması, keçirilməsi və qəbul qaydaları haqqında ətraflı məlumatları "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 99 ünvanında yerləşən İcra Orqanından əldə edə bilərsiniz.
MESHEDİ Soruşur Yazılma Tarixi:21.03.2014 11:54:28

Əgər hırbi xidmətdə olan əsgəri başqa h\\h köçürüblərsə onun yerini necə öyrənə bilərəm

Qeyd etdiyiniz məsələ ilə bağlı əsgərin xidmət edəcəyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :14890