Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
MESHEDİ Soruşur Yazılma Tarixi:21.03.2014 11:54:28

Əgər hırbi xidmətdə olan əsgəri başqa h\\h köçürüblərsə onun yerini necə öyrənə bilərəm

Qeyd etdiyiniz məsələ ilə bağlı əsgərin xidmət edəcəyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Ilqar Soruşur Yazılma Tarixi:21.03.2014 09:41:44

Men 1992-ci ilde Qarabaq uqrunda geden doyuslerde istirak etmisem. Herbi biletimde ve Az. herbi seferberliy arxivinde de senedlerim oz testiqini tapir. Elimde lazimi senedler olduqu halda veteran vesiqesini hele de ala bilmirem.!

Bildiririk ki, "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşlara "Müharibə veteranı" adı və vəsiqəsi Azərbaycan Resöublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə Nazirlikləri, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətləri nəzdində yaradılmış veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaların rəyi ilə verilir.\nOdur ki, Sizə "Müharibə veteranı" adı və vəsiqəsi verilməsi məsələsinə baxılması üçün sənədlərinizin müvafiq komissiyaya göndərilməsinə köməklikgöstərilməsi ilə bağlı hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DÖvlət Xidmətinin yerli idarəsinə (şöbəsinə, bölməsinə) müraciət etməlisiniz.
Izzet Soruşur Yazılma Tarixi:21.03.2014 09:00:16

Salam. Menim gozle baqli problemim var. Gorme qabiliyyetim 62 faiz teskil edir. Esgerliye yararliyam?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin və funksiyalarının pozulma dərəcəsindən asılı olaraq aparılır.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
temuri Soruşur Yazılma Tarixi:20.03.2014 19:59:43

men hara dushmushem?\nmen herbi xidmete cagirilmisham

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
mubariz Soruşur Yazılma Tarixi:20.03.2014 10:18:28

salam men 2009-2010-cu il tarixde heqiqi herbi xidmet kecmisem ali tehsilliyem.silahli quvvelerde zabit kimi xidmet ede bileremmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.\n Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz haıda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Emin Soruşur Yazılma Tarixi:19.03.2014 19:10:34

Men 1985 ılın sentyabr ayında anadan olmuşam.Özum peşe lıtseyınde oxıyuram.Men aprel ayinda Dovlet imtahani vereceyem.Amma mene gonderis gelib aprel ayina.Bilmek isterdim men ne etmeliyem?

İlk peşə-ixtisas və orta ixtisas təhsil müəssisələrini 2014-cü ildə bitirən vətəndaşlar cari ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Fariz Soruşur Yazılma Tarixi:19.03.2014 11:24:46

Salam adim Fariz 22 yawim var konullu herbi xidmet cekmek ucun hara muraciet etmeliyem?

Bildiririk ki, çağırış günü üçün 18 yaşı tamam olmuş və heç bir möhlət hüququna malik olmayan vətəndaşlar qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.\nQeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Ramil Soruşur Yazılma Tarixi:19.03.2014 06:27:05

salam. men iyulda egerliye gedirem. men nece ede bilerem ki serhed qosunlarinda xidmet ede bilerem. ozumde Ali tehsilliyem. etrafli aydinliq getirerdiniz zehmet olmasa.

Bildiririk ki, çağırışçılar Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında xüsusi kompyuter proqramı vasitəsilə bölünürlər.
aqamammad Soruşur Yazılma Tarixi:18.03.2014 17:02:15

aprelin 5-i 18 yasim tamam olur.ne vaxt herbi xidmete yola dusecem.

18 yaşı 05 apreldə tamam olmuş vətəndaşlar 2014-cü ilin aprel ayının 5-dən sonra müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
QASIMOV-ARAZ Soruşur Yazılma Tarixi:18.03.2014 11:50:30

salam menim senetlerimde qarisiqdi yeni xesdeliknen elaqeder usaq vaxdinda sudurqa olub.dispanserde qeydiyyatda olanda valdeyim gedib menim senedime esebi diaqnozu qoydurub indi men neyneyim hec kime subut ede bilmirem xais edirem komek ederdiniz niqodnu cixmaq isdemirem

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəəyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi səndələrin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinə (şöbəsinə, bölməsinə) təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14891