Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vaqif Soruşur Yazılma Tarixi:14.03.2014 13:01:27

Salam. Mən ehtiyatda olan baş leytenantam. 2004-cü ilin iyun ayından 2006-cı ilin yanvar ayına qədər Müdafiə Nazirliyinin Ağdam və Tər-Tər rayonlarında yerləşən “N” saylı hərbi hissələrində leytenant və baş leytenant hərbi rütbələrində hərbi xidmətdə olmuşam. Ümumi Xidmət (qulluq) stajım (təqvimlə və güzəştli dövr daxil olmaqla) barədə arayış almaq üçün hara və kimə müraciət etməliyəm?

Bildiririk ki, hərbi xidmət keçməniz barədə arayış alınması üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbəsinə və ya bölməsinə) müraciət etməlisiniz.
Araz Əlizadə Soruşur Yazılma Tarixi:14.03.2014 12:12:19

Salam mən Araz Əlizadə 1995.02.09 tarixində anadan olmuşam aprelin 2 sinə cağırış vəsiqəsi verilib. Hansı hərbi hissəyə düşdüyümü necə öyrənim

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elşad Soruşur Yazılma Tarixi:13.03.2014 18:14:43

Salam. Men 4cu kurs telebesiyem. Ve bu ilin iyulunda Herbi Xidmete Cagirilacam. Menim sualim ondan ibaretdir ki, men herbi xidmete zabit kimi xidmet ede bilerem... Yeni ali tehsilli oldugum ucun. xahis edirem sualima etrafli cavab yazasiniz...ve yaxud zabitlik mektebini oxumaliyam ya yox. cox xahiw edirem etrafli cavab yazin ki, menimcun hec bir qaranliq noqte qalmasin.. onceden tewekkurler...

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim-ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Hafiz Əhmədov Soruşur Yazılma Tarixi:13.03.2014 08:07:04

Salam. Anadan gəlmə Bir böyrək olan gənclər Hərbi Xidmətə yaralıdırmı?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizasi haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının tələblərinə əsasən anadangəlmə bir böyrəyi olan çağırışçılar "Dinc dövründə hərbi xidmətə yararsız, müharibə döründə məhdud yararlı" hesab edilirlər.
Cavid Soruşur Yazılma Tarixi:13.03.2014 05:02:34

Salam. İyul ayı üçün çağırış dövrünə görə tibbi yoxlanışdan nə zaman keçmək lazımdır?Zəhmət olmasa proseduru izah edərdiniz.

Bildiririk ki, 2014-cü ilin iyul çağırışına hazırlıq izlərinə may ayından etibarən başlanacaqdır.
Vusal Soruşur Yazılma Tarixi:12.03.2014 19:31:59

Aprelde herbi xidmete gededecek esgerlerin hara duseceyi ne vaxt bilinecek.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 mart 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Ceyhun Soruşur Yazılma Tarixi:12.03.2014 17:10:20

Mən Səfərli Ceyhun İlham oğlu 02.07.1996-cı il tarixində Lənkəran rayonu Kərgəlan kəndində anadan olmuşam. 01.09.2001- ci il tarixində Kərgəlan kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşam. 27.09.2010- cu il tarixdə 9 illik təhsil bazasından Bakı Texniki Kollecinə daxil olmuşam. Hal-hazırda həmin kollecin sonuncu kursunda oxuyuram. \n Texnikumdan verilən arayışa əsasən mən texnikumu 12.07.2014-cu il tarixində bitirirəm. 18 yaşım 02.07.2014-cu il tarixində tamam olacaq. Mən 2014-cu il iyul çağırışçısı hesab edilirəmmi? \n Mən bu ilki qəbul imtahanlarında sənədlərimi Polis Akademiyasına vermək istəyirəm. Qəbul imtahanları iyul ayında keçiriləcək. Lakin, mənə yaşım tamam olduğu üçün möhlət verilmir ki, mən imtahanlarda iştirak edim. Digər tərəfdən bu il orta məktəblərin 11-ci sinfini bitirənlərə qəbul imtahanında iştirak etmək üçün möhlət verilir. Bəs, mənə niyə qəbul imtahanında iştirak etmək üçün möhlət verilmir?\n Polis Akademiyasına Qəbul Qaydalarına əsasən 2014-cu il aprel və iyul çağırışçılar ora sənəd verə bilməzlər. Mən iyul çağırışından möhlət almağım haqqında arayışı ora təqdim etməliyəm. Sənəd qəbulu 01 mart-10 aprel tarixlərində bitir. Mən 2014-cu il iyul çağırışından möhlət almağım haqqında arayışı bu vaxt ərzində əldə edə bilərəmmi? \n Mən , mənə texnikumu 12.07.2014-cu il tarixində bitirməyim haqqında verilən arayışa və Sizin qəbul imtahanlarında iştirak etmək istəyənlərə verdiyiniz möhlətə əsasən, 2014-cu il iyul çağırışından möhlət ala bilərəmmi?\n Xahiş edirəm ki, bu sualarıma aydınlıq gətirəsiniz. \n Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm.\n\n Hörmətlə\n Ceyhun SƏFƏRLİ\n (070) 266 22 67\n (055) 385 75 57

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən orta ixtisas təhsil müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış (9 illik təhsil bazasından) 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.\nSiz oxuduğunuz təhsil müəssisəsini 12.07.2014-cü il tarixdə bitirdiyiniz üçün 2014-cü ili iyul çağırıçında qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Tural Soruşur Yazılma Tarixi:12.03.2014 15:54:05

mən Tural Qədimov Oruc oglu .qeydiyarda oldugum yer sabuncu rayonu zabrat qesebesi ev 2 mənzil 7.(1993.11.03 tevellud) harada xidmət edəcəyim yeri oyrənmək istəyirəm. Xahiş edirəm mənə hara düşdüyüm yeri bildirin.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Abdullah Soruşur Yazılma Tarixi:12.03.2014 09:47:16

Salam aleykum, menim sualim beledir. Xeberlerde deyildiki ehtiyyatda olan kicik zabitler toplanisa cagrilacaqlar. Bu toplanisa xidmet dovrunde xesaret almis ve elil olmus zabitlerede aiddir?yoxsa her kes qatilmalidir?

Bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsində nəzərdə tutulmuş hallarda keçiriləcək toplanışların müddətləri və vaxtı məlum olduqdan sonra, xidmət dövründə xəsarət almış və əlil olmuş ehtiyatda olan zabitlər toplanışlara cəlb olunub-olunmaması barədə məlumatlandırılacaqlar.
Resad Soruşur Yazılma Tarixi:12.03.2014 09:13:04

Salam men oyrenmek isdiyiremki herbide qalib islemek ucun herbi xidmeti bitirmek lazimdir esger ola ola qalib islemek olmaz ? Ve Xususi dovlet muhafize Xidmetine ise qebul ne cur aparilir? Tesekkur edirem.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz hərbi hissənin komandirinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891