Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Dağlar Soruşur Yazılma Tarixi:26.03.2014 08:20:17

Göyüşov Dağlar Mehman oğlu,Ağdam rayonu -08.08.1995 tarixində anadan olmuşam.Hansı hərbi hissədə qulluq edəcəyimi bilmək istəyirəm.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elçin Soruşur Yazılma Tarixi:25.03.2014 20:08:24

Sizden xahiş edirem men hara düşdüymü deyəsiz

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Imran Soruşur Yazılma Tarixi:25.03.2014 18:12:37

Elizade Imran ELI oglu 05.03.1996 hansi H/H ye dusmusem?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Tural Soruşur Yazılma Tarixi:25.03.2014 15:44:50

Salam , men xaricde tehsil aliram, men maqistraturaya qurtarib eskerlike getmeliyem yoxsa eskerlik den sonra tehsili devam etmeliyem ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.\nSiz Qanunla müəyyən olunmuş hərbi xidmət müddətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz.
fexri Soruşur Yazılma Tarixi:25.03.2014 14:47:57

salam. goz zeifliyi menfi 8 ve ya yuxari olan gencler herbi xidmete yararli hesab olunurlarmi? zeiflik minimum nece olmali ki yararli hesab olunasan? xais edirik cavablandirasiniz. tesekkur

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin və funksiyalarının pozulma dərəcəsindən asılı olaraq aparılır.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Tural Soruşur Yazılma Tarixi:25.03.2014 14:15:22

mən bilmək istəyirəmki, iyul ayinda herbi xidmətə çagırılış alacam. amma mən böyrəyimə görə müalicə olunuram. mən necə edə bilərəmki qanuni olaraq oktyabr ayina kimi mənə azadlıq hüququ verilsin

Siz qeydiyyatda olduğunuz idarə, şöbə və bölmənin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcək və 2014-cü ilin iyul çağırışı ərzində Sizə elan olunacaqdır.
elsən Soruşur Yazılma Tarixi:25.03.2014 14:11:29

Mən 22.01.1996 ci ilde anadan olmusam ve hansi bolgeye duseceyimi bilmek istiyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Orxan Soruşur Yazılma Tarixi:25.03.2014 12:20:53

Salam.Men omurluk 2 dereceli gozden elilem bir gozum tamam gormur bir gozumde -10-dur.1983 cu il tevelluduyem 2001 ci ilde herbiye yararsiz oldugum ucun yararsiz herbi bileti almisam amma buna baxmayaraq Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Semkir sobesi her uc ilden bir meni cagirir 10 -15 gun surundurmecilik edirler xahis edirem bu haqda mene bir cavab deyerdiz ve ya bir komeklik gosterin.evvelceden oz minnetdarligimi bil;dirirem

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Elcin Soruşur Yazılma Tarixi:25.03.2014 11:34:09

Seferberlik xidmetinde isleyen sexseler herbi qulluqcular sayilirmi?

Nəzərnizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləyən mülki işçilər hərbi qulluqçu sayılmırlar.
Namik Soruşur Yazılma Tarixi:25.03.2014 07:53:04

herbi xidmeti harada cekeceyimiz haqda melumatlar ne vaxt cixacaq?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897