Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
vusal Soruşur Yazılma Tarixi:25.01.2014 15:12:36

səyyad quliyev seymur oglu agdam rayon tarix 25.01.1996 yaziram elektron xidmetde cavab gelmir hansi h.h ə dusub

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Resad Soruşur Yazılma Tarixi:25.01.2014 05:23:17

salam mudafiye naziri cenab Zakir Hesenov yeni serencamina gore herbide uyqunsu olan insanalr yeniden herbiye gede biler bunun ucun muraciyetimiz kime olmalidi?

Bildiririk ki, yenidən hərbi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Medafiə Nazirliyinə müraciət etməlisiniz.
Nermin Soruşur Yazılma Tarixi:24.01.2014 20:10:31

Salam,men her iki qardasim esgerliydedir bilmek istiyerdim bu atpravkanin and icmesi ne vaxtdi

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət etdiyi hərbi hissənin komandanlığına müraciıt etməyiniz tövsiyə olunur.
rafael Soruşur Yazılma Tarixi:23.01.2014 20:00:03

Rzazade rafael elcin oglu 1996 ci il tevelludu wexs nece sayli herbi hisseye duwub

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
ibrahim Soruşur Yazılma Tarixi:23.01.2014 19:55:43

100 nomreli herbi hisse harada yerlewir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:23.01.2014 19:34:09

Salam mənim xidmət edəcəyim yer 212 göstərilir. Bu haradır.

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Elmar Soruşur Yazılma Tarixi:23.01.2014 17:52:58

Salam.Magistraturaya daxil olanlar ucun herbi xidmete cekir ve ya yox? cekirse muddeti deyerdiz.cox sagolun

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.\nAli təhsilli çağırışçılar üçün həqiqi hərbi müddəti 1 ildir.
əşrəf Soruşur Yazılma Tarixi:23.01.2014 15:39:07

diyirsuzki oz haqqimda melumatlari sef yaziram ona gore cixmir buyur siz daxil edin Abdullayev Əşrəf Pirəhməd (təvəllüd) 1995.11.30 Yasamal.

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
qasimov.araz Soruşur Yazılma Tarixi:23.01.2014 09:17:14

salam men bilmek isdeyirem rik cenab prezidentimiz 2013-ci il fevral ayinda seramcan imzalanmisdi azerbaycanda.Azərbaycanda sağlamlığında problem olan çağırışçıların dəqiq müayinəsinin aparılması üçün müasir mərkəz yaradılacaq.2013-ci il dekabr 26-sinda herbi komissiyadan kecdim yene yararli cixsam herbi xidmete yararli cixacam mende sudurqa olduqum ucun qalmisam indi ise hec bir xesdeliyim yoxumdu zehmet olmasa bu barede melumat vererdiniz cox saqolun

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
elgun Soruşur Yazılma Tarixi:22.01.2014 18:39:30

salam men IMANOV ELGUN TERLEN CELILABAD RAYONU HAMAR QISLAQ KENDINDE ANADAN OLMUSAM EGER MUMKUNSE HARA DUSMEYIM BARESINDE OYRENMEK ISTERDIM SIZDEN!

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14891