Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
MMM Soruşur Yazılma Tarixi:11.01.2014 14:50:31

"elektron xidmətlər" bölməsində şəxsi məlumatı daxil edirəm amma orda menim haqda məlumat çıxmır necə öyrənə bilərəm hara düşdüyümü?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
samir Soruşur Yazılma Tarixi:11.01.2014 13:42:42

Salam,mən ehtiyatda olan Zabitəm.Peşəkar hərbiçi olmuşam.AAHM bitirmişəm.158.a bəndi ilə ehtiyata buraxılmışam.Hara müraciət edirəm məni dövlət xidmətinə qəbul etmirlər.Deyirlər ki,məhkum olmusan.Sizədə müraciət etmişəm sizlərdə qəbul etməmisiniz.Yaxşı mən nə edim? 5 il hərbi təhsil,8il xidmətim və əziyyətim.Bəs bunlar nə olsun?Məndə bu ölkənin zabiti olmuşamda.Sabah müharibə başlasa onda necə məni xidmətə qəbulum məqsədəuyğun sayılacaq?Məhkəmə Hüquq şurasına müraciət etmişəm,onlar isə deyiblərki,ixtisasınıza uyğun olaraq dövlət orqanlarına müraciət edə bilərsiniz.Xahiş edirəm mənə kömək edin Sizdə işə düzəlim.Teraris olmamışamki?Sadəcə olaraq səhf eləmişəm əsgərə şillə vurmuşam.Mən bu cəzamın bədəlini ödəmişəmdə.Elə insanlar var ki,məndən pis cinayətlər eləyib,amma bu dəqiqə də vəzifələrdədilər.Qanunlar ancaq KASIBLARÇÜNDÜR?Diqqətnizə görə sağ olun.

Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz müraciətə baxılmışdır.Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Namiq Soruşur Yazılma Tarixi:11.01.2014 13:19:56

Salam men ali telsilliyem bu ayin 13e herbi xidmete cagirisim gelibdi men herbi xidmetimi leytinant kimi basa vurmaq isteyirem bunun ucun neynemeliyem?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
araz Soruşur Yazılma Tarixi:11.01.2014 11:26:11

salam mene ordu uzre ixtisasli kadir hazirliq telimine qatilmaq isdeyirem hansi senetler lazimdir

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
qudret Soruşur Yazılma Tarixi:11.01.2014 07:10:16

men ehtiyyata olan zabitem.26 04 2013 cu ilde cenab genralin kecirdiyi mandat imtahandan kesilmiwdim.men bilmek isterdim yeniden senetlerimi sizin quruma vere bileremmi

Nəzərinizə çatdırırıq ki, 26.04.2013-cü il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
nicad Soruşur Yazılma Tarixi:10.01.2014 22:18:14

men 176 sm boyla Daxili Qosunlarin Xususi Teyinatli Destesine duse bilerem? onceden tesekkuler.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin sağlamlıq vəziyyətinə dair tələblər cədvəli nəzərə alınmaqla Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr arasında bölünürlər.
Balaqadas Soruşur Yazılma Tarixi:10.01.2014 19:32:20

514 nomreli herbi hisse hardadi?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Rajab Soruşur Yazılma Tarixi:10.01.2014 19:17:05

Salam.Mən 20 illə yaxın RHK-da işləmişəm və hal-hazırda hərbi təqaüdçüyəm.Mən SHXÇDX-nin şöbələrindən birində xüsusi növ dövlət qulluqçu kimi işləyə bilərəm?

Nəzərinizə çatdırırıq ki, vətəndaşların dövlət qulluğuna işə qəbulu "Dövlət qulluğu haqqında" AZərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Dilqem Soruşur Yazılma Tarixi:10.01.2014 16:53:02

hansi herbi hisseye dusduyumu nece oyrene bilerem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Vasif Soruşur Yazılma Tarixi:10.01.2014 11:38:55

Salam.Men Hacıyev Vasif Əziz oğlu işə qəbulla əlaqədar olaraq 08.11.2013 cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mərkəzi aparatına gələrək müraciət etmişəm.Müraciətim zamanı ərizə və anket formasını doldurmuş,digər vacib sənədləri təhvil vermişəm. Bilmək isterdimki müraciətimə baxılibmı,və yaxud mənə bu barədə nə vaxt məlumat veriləcək?

Bildiririk ki, işə qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir.\nMüsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14891