Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
seymur Soruşur Yazılma Tarixi:15.01.2014 08:18:46

nesirov saleh tohid oglunu hara duwduyunu elektron xidmetde yazilmir

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Seltenet Soruşur Yazılma Tarixi:15.01.2014 07:35:00

Salam. Zehmet olmasa herbi xidmete cagiris nece yasa kimidir? Men bilen 35 yasa kimidir. Duzdur ya yox? Evvelceden tesekkur edirem

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddısinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasənda ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Elmin Soruşur Yazılma Tarixi:15.01.2014 07:18:07

Salam bilmek isderdim ki,ise qebulla bagli sened verenler ne vaxt imtahana cagrilacaqlar

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların müsabiqəyə dəvət olunmaları xronoloji ardıcıllıqla (ərizələrin daxil olma ardıcıllığı) həyata keçirilir.
Araz Yaquboglu Soruşur Yazılma Tarixi:14.01.2014 15:26:30

Salam. Sayt çox əladır. Xüsusən şəhidlərlə bağlı olan bölməniz. Mən şəhidlər haqqında məlumatlarla çox maraqlanır və tədqiq də edirəm. Lazım olduqca sizə düzəlişlərlə bağlı müraciət edəcəm. Siz mənə e-mailinizi versəniz dəqiqləşdirilmiş məlumatlar göndərə bilərəm.\nMəsələn: Şəhidlər linkində Bərdə üzrə olan şəhidlərdə sizin yazdığınız "Qədirova Qulam Əsgər oğlu" ifadəsi əslində belə olmalıdır. "Qədirov Qulam Əkbər oğlu". nəzərə alsanız şad olardım.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsində "Şəhid" kimi qeydiyyatda keçən Qədirov Qulam Əkbər oğlu barədə məlumatlar dəqiqləşdirildikdən sonra Xidmətin saytında yerləşdirilmişdir.\nEyni zamanda nəzərinizə çatdırırıq ki, şəhidlər barədə məlumatlarda hər hansı texniki səhvlər aşkar edildikdə Xidmətin saytına müraciət edə bilərsiniz.
Tebriz Soruşur Yazılma Tarixi:14.01.2014 09:04:02

salam men 1994 tevelludem adim gulmaliyev tebriz gunduz oglu bilmek isdiyirem hara dusmusem??? mumkunse cavab gozluyurem.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Tebriz Soruşur Yazılma Tarixi:14.01.2014 08:56:54

salam men bilmey isdiyirem hara dusmusem? 19 yasim var

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Mahmud Soruşur Yazılma Tarixi:14.01.2014 07:39:12

Salamlar. Milli qəhrəmanlar, veteranlar və şəhidlərimizin adlarının əbədiləşdirilməsində göstərdiyiniz xidmətlərə görə Sizlərə ailəmiz adından dərin təşəkkürümüzü bildirirəm. Eyni zamanda bildirirəm ki, mənim qardaşım Şəhid Yusifov Camaləddin İslam oğlu (Tovuz) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 mart 2013-cü il tarixli 2790 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə (ölümündən sonra) təltif edilmişdir. Bilmək istəyirəm ki, tərtib etdiyiniz siyahının "Qeyd" bölməsində bu təltif barəsində məlumat göstərilməlidirmi? Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsində "Şəhid" kimi qeydiyyatda keçən Yusifov Cəmaləddin İslam oğluna Azərbaycan Respublikası Prezidentinin 12.03.2013-cü il tarixli 2790 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə (ölümündən sonra) təltif edilməsi barədə məlumat dəqiqləşdirildikdən sonra Xidmətin saytında yerləşdirilmişdir.
Mahir Soruşur Yazılma Tarixi:13.01.2014 17:02:18

Mən 2011-ci ilin avqust ayında 12il xidmət etdikden sonra Xidmet kecme əsasnaməsinin 156(a) bəndi ilə təxris olmuşam.Yenidən hərbi xidmətə qayıda bilərəmmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);\n - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla)\n - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.\n Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
eleddın Soruşur Yazılma Tarixi:13.01.2014 16:51:12

men bilmek isdiyirem hara dusmusem bir az tez cavab gelse yaxci olar vacibdi

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Adem Soruşur Yazılma Tarixi:13.01.2014 16:37:30

Menim 18 Yawim mart aynida tamam olacaq herbi xitmete gede bilerem

Bildiririk ki, 18 yaşı 2014-cü ilin mart ayında tamam olan çağırışçılar, 2014-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
Cədvəldə sətir sayı :14897