Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
famil Soruşur Yazılma Tarixi:02.01.2014 20:12:00

Sərhəd qoşunlarında xidmət edib 6 aydan sonra sərhəd qoşunlarının akademiyasına sənəd verib müvafiq qaydada qəbil olmaq olarmı.Bu proses umumiyyətlə necədir.

Qeyd etdiyiniz məsələ ilə bağlı Sərhəd Qoşunlarına müraciət etməyiniz tövsiyə olunur.
Əhmədov İlqar Soruşur Yazılma Tarixi:02.01.2014 19:54:09

Mən 1995-ci ildə doğulmuşam.Xətai rayonunda qeydiyyatdan keçib,hərbi xidmətə çağırılmışam.Bilmək istərdim ki,hansı bölgədə hərbi hissəyə düşmüşəm?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Anar Həsənov Soruşur Yazılma Tarixi:02.01.2014 19:31:15

DSX nə deməkdir?

Dövlət Sərhəd Xidməti
anar hesenov Soruşur Yazılma Tarixi:02.01.2014 19:21:35

xalam oğlu Əhmədov İlqar 1995 təvəlludundədir. 10.01.2014 tarixində hərbi xidmətə çağırılıb,Xətai rayonunda qeydiyyatdan keçib.Bilmek isteyirem haraya düşüb?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
sahil Soruşur Yazılma Tarixi:02.01.2014 18:55:57

100 nomreli herbi hisse azerbaycanin hansi rayonunda yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
aga Soruşur Yazılma Tarixi:02.01.2014 18:09:35

051 sayli herbi hisse hansi bolgede yerlewir?

051 saylı hərbi hissə Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissədir və Bərdə rayonunda yerləşir.
Əli Soruşur Yazılma Tarixi:02.01.2014 17:57:22

Salam əleykum.514 saylı post haqqında məlumat öyrənmək istərdim.Yəni hansı nazirliyə tabedi harada yerləşir.Elekron xidmətler bölümündən ancaq postun nömrəsini oyrənə bildim.Zəhmət olmasa cavablandırasınız

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
resul Soruşur Yazılma Tarixi:02.01.2014 17:47:01

salam men soltaneliyev resul famil oglu baki seh nizami rayonunnan yanvarin 3 2014 cu il herbi xidmete cagirilmiwam. bilmek isteyirem herbi xidmeti harda kecireceyem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
FUAD Soruşur Yazılma Tarixi:02.01.2014 15:44:03

MEN AYVAZOV FUAD 1995-CI IL YANVARIN 3 HERBI XIDMETE GEDIREM HARA DUWDUYMU BILMEY ISTEYIREM

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
sərxan Soruşur Yazılma Tarixi:02.01.2014 14:38:09

salam.. men Miriyev Sərxan İlham oğlu 11.12.1991-ci il tevelludlu Binəqədi RHK-dan hansı hərbi hissəyə düşəcəyimi bilmək istəyirəm..

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14891