Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ilkin Soruşur Yazılma Tarixi:01.10.2013 05:05:44

ilkin ezizov afet oglu harda quluq edecek?

Çağırışçı haqda məlumatları dəqiq,azərbaycan dilində Xidmətin saytının "Hərbi xidmət" bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.\n
meherrem Soruşur Yazılma Tarixi:01.10.2013 04:57:50

men ozum haqda deqiq naziram ,ancax mellumat gelmir

Çağırışçı haqda məlumatları dəqiq,azərbaycan dilində Xidmətin saytının "Hərbi xidmət" bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.\n
Mirkanan Soruşur Yazılma Tarixi:01.10.2013 04:51:21

Salam ,,hansi herbi hisseye dusduyumu ne vaxt oyreneceyik,,,siyahi ne vaxt cixacaq..sag olun

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr 20103-cü il tarixdən, saat 17:30-dan etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə bilərsiniz.\n
ELGUN Soruşur Yazılma Tarixi:01.10.2013 04:27:39

SALAM XAIW EDIREM MENE CAVAB YAZIN MEN 950 SAYLI HERBI HISSEYE DUWMUWEM DEYE BILERSIZ O HERBI HISSE HARDA YERLESIR

950 saylı hərbi hissə Bakı şəhərində yerləşir.
Elvin Soruşur Yazılma Tarixi:01.10.2013 04:11:33

Men bilmek isterdim men xaricde magistra qebul olsam men herbi xidmetden azad olunuranmi 2il ve ya 3illik

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir
Əliyev Ağabala Soruşur Yazılma Tarixi:01.10.2013 03:51:33

Salam.əmim oğluna 4 oktyabr tarixinə həqiqi hərbi xidmətə çağırış gəlib.onun haraya duşməsini bilmək istəyərdik.haqqinda olan məlumatlari qeyd etdim qoşun növu gəldi 051.051 bilmək istətirəm harada yerləşir

051 saylı hərbi hissə Bərdə şəhərində yerləşir.
Vüqar Soruşur Yazılma Tarixi:01.10.2013 02:05:32

sizdən xahis ediremki,Alışzadə Ülvü Niyaz oğlunun hansı hərbi düşməsi haqqında məlumat verərdiniz.

Çağırışçı haqda məlumatları dəqiq,azərbaycan dilində Xidmətin saytının "Hərbi xidmət" bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.\n\n
veli Soruşur Yazılma Tarixi:01.10.2013 01:50:45

mene oktyabrin 2ne cagris gelib amma men hara dusduyumu bilmirem.ortaya hec bir mellumat cixmayib

Çağırışçı haqda məlumatları dəqiq,azərbaycan dilində Xidmətin saytının "Hərbi xidmət" bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.\n\n
Ərşad Çopsiyev Soruşur Yazılma Tarixi:01.10.2013 00:21:59

hara dusmusem ? uje ayin 1 i oldu hele cavab vermirsiz. guya 30 da bilinecekdi sizin dediyinize gore. herkez sizden cavab gozdeyir

Çağırışçı haqda məlumatları dəqiq,azərbaycan dilində Xidmətin saytının "Hərbi xidmət" bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.\n\n
umud Soruşur Yazılma Tarixi:30.09.2013 23:53:27

193 nomreli herbi hisse hardadir

193 saylı hərbi hissə Şəmkir şəhərində yerləşir.
Cədvəldə sətir sayı :14804