Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Seymur Soruşur Yazılma Tarixi:11.07.2013 05:49:47

salam men sizden xayis edirem Merdanov Samir Semiseddin oglu Sabirabad qeydiyatli bu gun Bilecerdedir onun hara dusduyunu bize melumatlandirasiz.

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
rauf Soruşur Yazılma Tarixi:11.07.2013 05:48:07

menim adim birinci siyahida cixmadi.bilmek ist'yir'mki adim cixacaq yoxsa oktyabra qalacam..ADim-Rauf soyad-Vəliyev. atamin adi-Azər.doğuldugum tarix 1991.08.17.qeydiyyat yerim sumqayit

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
mugan Soruşur Yazılma Tarixi:11.07.2013 05:20:05

Salam esgerliyi qurtarib gelende herbi bileti nece gunden sonra almaq olar vayonkamatdan....?

Siz hərbi hissə tərəfindən verilmiş təyinat vərəqəsi, yaşayış yerindən arayış və hərbi biletinizlə birlikdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə şəxsən müraciət etməlisiniz və qısa müddət ərzində qeydiyyata götürüləcək və hərbi biletlə təmin ediləcəksiniz.
Xudaş Soruşur Yazılma Tarixi:10.07.2013 18:49:28

vayenlamatla baqli sikayetcin qaynar xett var?

Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Qaynar xətti" fəaliyyət göstərmir. Siz Xidmətin fəaliyyətinə dair müraciət, təklif və şikayətlərinizi info@seferberlik.gov.az elektron ünvanına göndərə və yaxud 493-39-96 nömrəsinə zəng vurmaqla çatdıra bilərsiz.
Vehdet Esedov Soruşur Yazılma Tarixi:10.07.2013 18:17:59

Ordubad rayonu niyə yoxdu göstərilən yerlər içərisində. öyrənə bilmirəm hara düşdüyümü.

Naxçıvan MR-da qeydiyyatda olan çağırış yaşlı vətəndaşlar həqiqi hərbi xidmət keçmək üçün Naxçıvan MR-nın ərazisində yerləşən hərbi hissələrə təyin olunurlar.
Orxan Soruşur Yazılma Tarixi:10.07.2013 13:16:37

Men telebeyem 4cu kurs ama kesrlerime gore universtitde oxumaliyam yay sesiyasini,dunen ayin 8i wamaxi vayonkomatina getdim komisyadan kecdim olardan (vereq,bilidiriw ve ya arayiw) istedimki universtitete aparim menim kesrim oldugunu tesdiqlesin.onlarsa mene sehv kagiz verdiler bir nov tesdiqlenme kimi seneddiki bu vetendaw 18.07.2013de esger gedir ve awagida qeyd ediblerki filan universitete teqdim olunur.. men ne etmeliyem mene komek edin :(

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
yusif Soruşur Yazılma Tarixi:10.07.2013 11:30:38

ayin 15i gedecem bizim siyahi ne vaxt bilinecek?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Fərrux Soruşur Yazılma Tarixi:10.07.2013 06:58:02

Salam. Özüm haqda məlumatları dəqiq yazdığım halda belə heç bir məlumat çıxmır. İdarənin də bu haqda məlumatı yoxdur. Bu vəziyyətdə necə öyrənə bilərəm hara düşdüyümü?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Rəşad Soruşur Yazılma Tarixi:10.07.2013 06:22:01

salam.Mən hərbi komisarlıq çağıran müddətdə qulağımın dibində çirk yığıldığı üçün gedə bilmədim.Rəis mənə səhər zəng eliyəndə dedim atam ayin 14-ü özü herbi hissəyə təhvil verəcək.Rəis dediki sənin yerini dəyişirik düşmüşdüm daxili qoşuna dıyişirlər Şəmkirə.Bunu rayon hərbi komisarlığı edə bilərmi?

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar rayon çağırış komissiyasının təyin etdiyi vaxtda Xidmət rəisinin müvafiq sərəncamı ilə təyin olunduqları hərbi hissələrə göndərilməlidirlər.
Yasin Soruşur Yazılma Tarixi:10.07.2013 03:29:53

Salam,oglum 04.07.2013 tarixinde herbi xidmete çağrılmışdir.Hara duşəcəyini nə vaxt öyrənə bilərik?

Oğlunuz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :13933