Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samir Soruşur Yazılma Tarixi:11.07.2013 13:20:06

salam, kredit-baloniya sistemli ali tehsil muessisesinde tehsil aliram. ali tehsil muessisesine daxil olarken mene verilmish heqiqi herbi xidmetden 4 il mohlet huququ basha chatib. Lakin tehsilimi basha vura bilmemishem. bu barede ali tehsil muessisesinden arayish alib muvafiq rayon komissarligina teqdim etmishem. sual: ali tehsilimi basha vurmadigima dair ali tehsil muessisesinden aldigim arayisha esasen, mene elave mohlet huququ verilmelidir?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Orxan Soruşur Yazılma Tarixi:11.07.2013 13:17:57

Mənim qardaşım hərbi komisarlığdan qeydiyyatdan keçib və hərbiyə yararlı elan olunub.ayin 28i əsgər getməlidi amma hal-hazırda yatag xəstəsidi,həkimlərin rəyinə görə bir müddət müalicə almalıdı.Biz ne etmeliyik?

Qardaşınız, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
zahir Soruşur Yazılma Tarixi:11.07.2013 12:48:39

Mən lənkəran qeydiyyatındayam.Çağırışçıyam amma hələdə yerim bəlli döyür, mənə dedilər ki, 2-ci siyahı gəlsə ola bilər. Bilmək isdəyirəm 2-ci siyahı nə vaxt gələcək.

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız
samir Soruşur Yazılma Tarixi:11.07.2013 11:32:40

salam . Men iyunun 28 i qeydiyyatdan kecmisem , hara dusduyum hele yazilmayib ,qeydiyyatda oldugum yerde dediler ki , ayin 10 u , 11 i cixacag internetde .Amma cixmadi melumat verin zehmet olmasa.

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız
Emin Soruşur Yazılma Tarixi:11.07.2013 10:41:58

men ali tehsilliyem dovlet isinde [Azeriqazda,Azersuda,Neft sirketind] islemek ucun mutleq esgerliye getmeliyem birdeki mende 3 yasima kimi sudurga olub amma 3 yasimdan beri yeni 18 ildi olmur bu xestelik amma yene d evainkamat aparmir men getmek isteyirem

Siz qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməninçağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəksir.
Sevda Soruşur Yazılma Tarixi:11.07.2013 10:21:35

salam,qardasim Allahverdiyev Ferid Eziz oglu hara dusub?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
zaur Soruşur Yazılma Tarixi:11.07.2013 10:15:39

men herbi xitmete caqirilmisam ancaq bilmirem hara dusmusem nede melumat verilmir axtaris sisteminde adm cixmir

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Tural Soruşur Yazılma Tarixi:11.07.2013 09:41:44

salam.menim qohumum iyulun 15-ne caqiriw gelib anacaq hara duwmeyi haqda melumat elde ede bilmirik.qeydiyyatda olduqu idare wobe de bimir

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
SALEH Soruşur Yazılma Tarixi:11.07.2013 06:08:08

MEN HERBI XIDMETE QAYITMAG UCUN HARA MURACIYET EDIM? RUTBEM LEYTENANT.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Zabitlərin həqiqi hərbi xidmətinə- hərbi xidmətdə olmaqın son yaş həddinə çatmamış ehtiyyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularvə ehtiyyatda olan hərbi vəzifəlilər. Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, zabit kimi hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiz.
Məmmədov Yusif Sirac oğlu Soruşur Yazılma Tarixi:11.07.2013 06:02:58

Oğlum, 1991-ci il təvəllüdlü Məmmədli Tamerlan Yusif oğlu bakalavr dərəcəsi aldıqdan sonra Səfərbərlik xidmətinin Şəki şöbəsinə müraciət etmiş, 25.07.2013 tarixli çağırış vərəqəsi almışdır. Vətənə xidmət etmək borcumuzdur və 2014-cü ildə planlarımızı nəzərə alaraq, xahiş edirik oğlumuzu mütləq orduya xidmətə dəvət edəsiniz, yəni növbəti çağırışa saxlamayasınız. Bunun üçün nə etmək lazımdır.\nQeyd: Tamerlanın görmə qabiliyyəti zəif olsa da (-4,-5)kompüter bilikləri yaxşıdır.\nCavab üçün vaxt ayırdığınız üçün təşəkkür edirik.\n\nHörmətlə,\nMəmmədov Yusif Sirac oğlu, valideyn

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Cədvəldə sətir sayı :13933