Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tamerlan Soruşur Yazılma Tarixi:09.07.2013 20:50:56

salam menim adim cixmadi burda ola biler ki meni oktyabrda aparsinlar?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Serxan Soruşur Yazılma Tarixi:09.07.2013 18:26:57

Men 212 ci korpus Fizuli 706 nomreli herbi hisseye dusmusem buraya gederken esger ozu ile hansi levazimatlari goturmelidir

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət etdikləri hərbi hissə tərəfindən bütün növ əşya və ərzaqla təmin olunurlar.
elxan Soruşur Yazılma Tarixi:09.07.2013 15:18:08

salam menim hansı herbi hisseye düşdüyüm bilinmir burda. yazir Axtarış Zamanı Bu Məlumatlara Uyğun Gələn İnsan Tapılmadı. vaynkamatada getdim orda da bilinmir. mənə dedilər ki 2ci atprafqada bilinecek. bu dogrudu?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
tamerlan Soruşur Yazılma Tarixi:09.07.2013 14:10:26

Salam men bu atpravka getmeliydim herbi xidmete,amma adim cixmadi.Ola biler ki meni bu atpravka yox gelen atpravka aparsinlar

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
natiq Soruşur Yazılma Tarixi:09.07.2013 12:26:12

mən azərbaycanlıyam cütə vətəndaşlığının var bəzi problemlərdən ötəri türkiyede əsgərlik etməm lazımdır məmləkətə döndüyümdə təkrar əsgərlik yaparmıyım türkiyede etdiyim əsgərlik etibarlı olurmu azarbaycan üçün?????

Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1 hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidirlər.
dilqem Soruşur Yazılma Tarixi:09.07.2013 11:21:26

men iki terefli vetandaşam azerbaycan türkiye..işlerimden dolayı türkiyede esgerliye getmek isdiyirem onun üçün neynemeliyem?????????

Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1 hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidirlər.
aydin Soruşur Yazılma Tarixi:09.07.2013 10:40:43

salam aydin sevindik oglu 1994.07.03 bilmek olarmi men hara dusmusem.

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
heyder Soruşur Yazılma Tarixi:09.07.2013 09:50:05

salam men dq ya dusmusem amma hansi rayona dustuymu deqiq bilmirem sadece dq ya dusduyummelumati veribler hardan oyrene bilerem deqiq yermi

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Əli Soruşur Yazılma Tarixi:09.07.2013 09:25:26

Salam,cagiriwcinin duwduyu herbi birlewmenin arxasinda hec bir herbi hissenin nomresi yazilmiyibsa bu o demekdirki hemin herbi birlewmenin ozune duwub?onceden tewekkur edirem

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Elvar Soruşur Yazılma Tarixi:09.07.2013 07:19:37

Salam, men DSX-ya dusmusem, ali tehsilliyem. bilmek isteyirdim dsx-da leytenant kimi xidmet etmek mumkundu? zehmet olmasa etrafli melumat verin

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :13933