Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
metanet zeynalova Soruşur Yazılma Tarixi:12.07.2013 15:14:50

menim oglumun adi cixmayib saytda ali mektebi yenice bitirib ve gedeceyini gozleyirik sebeb belli deyil

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
fazil həsənzadə Soruşur Yazılma Tarixi:12.07.2013 15:14:12

Mən magistraturaya qəbul olmuşam.əgər zabit kimi,yəni 1 il 9 ay xidmət etmək istəsəm magistraturadan hər hansı problem olmayacaq?yoxsa o yer yalnız 1 illik mənə saxlanılır?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Siz qanunla müəyyən olunmuş müddətli həqiqi həqiqi hərbi xidmətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz.
Murad Soruşur Yazılma Tarixi:12.07.2013 14:54:43

Dəyərli Xidmət Əməkdaşları!\nMənim qardaşım Bakı Dövlət Universitetinin hüquq fakultəsinin 4-cü kurs tələbəsidir. Sonuncu imtahandan kəsildiyi üçün dövlət imtahanına buraxılmayıb və bununla bağlı olaraq ali təhsilini başa vura bilməyib. 25 İyul tarixi üçün həqiqi hərbi xidmətə çağırılıb. Öyrənmək istərdim ki, ali təhsilini başa vura bilməsi üçün həqiqi hərbi xidmətdən müvəqqəti möhlət ala bilərmi? Əlavə olaraq bildirmək istəyirəm ki, onun görmə qabiliyyəti -5,5 astiqmatdır. Müvəqqəti möhlət ala bilməsi üçün bu amilin hər-hansı bir təsiri varmı?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Bu səbəbdən qardaşınıza hərbi xidmətə çağırışdan ikinci dəfə möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd etdiyiniz digər məsələ ilə bağlı tibbi şəhadətləndirilmənin nəticəsindən asılı olaraq, qardaşınız barəsində rayon (şəhər) çağırış komissiyasında qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Araz Soruşur Yazılma Tarixi:12.07.2013 14:09:52

salam. men heqiqi herbi xidmet uzre hara dusduyumu oyrenmek isteyirem. sayt uzre oyrene bilmedim. ad: Araz\nsoyad: Kazımov\nata adı: Qədim\ndoğum tarixi: 10.05.1993\nqeydiyyat: İmişli

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
elvin Soruşur Yazılma Tarixi:12.07.2013 12:19:13

salam men may ayinda anadan olmuwam 19quzu 18kiz yawim tamam olur amaki meni aprelde diyiler gedeceksen men isteyerdimki bu aptirapka gedem xaiw edirem sualimi cavablandirasiz

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
ulkər Soruşur Yazılma Tarixi:12.07.2013 12:01:39

Salam,menim qardasim iyunun 28 de qeydiyyatdan kecib ancaq cagirisi gelmeyib.Bu ne ilə baglıdır?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Vehdet Soruşur Yazılma Tarixi:11.07.2013 17:44:05

Naxçıvanda hansı hərbi hissəyə düşdüyünü necə öyrənə bilərik?

Qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasında yerləşən 5-ci Ordu Korpusunun komandanlığına müraciət etməyiniz tövsiyyə olunur.
Mehdi Soruşur Yazılma Tarixi:11.07.2013 16:05:26

Məni iyulun 28-i hərbi xidmətə çaxırıblar.Məni aparmaya bilərlər?Mən getmək istəyirəm.

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Rauf Mustafayev Soruşur Yazılma Tarixi:11.07.2013 13:37:00

Oğlum komissarlıqda müayyinədən keçib və hərbi qulluğa yararlı hesab edilib,elə bu yaxınlarda qorxudan sarılığ xəstəliyinə tutulub müalicə alır.men ne etmeliyem?

Xəstəliyinizi təsdiq edən sənədi qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə təqdim etdikdə, barənizdə rayon (şəhər) çağırış komissiyasında qanunamüvafiq qərar qəbul ediləcəkdir.
vahid Soruşur Yazılma Tarixi:11.07.2013 13:25:08

evin tek oqlu atasi yox esger aparilir ya yox

Bildiririk ki mövcud qanunvericilikdə ailənin tək övladının həqiqi hərbi xidmətə göndərilməməsi nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :13933