Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Rəvan Soruşur Yazılma Tarixi:24.09.2020 18:28:49

Salam Aleykum.Əsgərlikdə Namaz qılmaq icazəlidirmi və qılan üçün nələr gözləyir

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, hərbi qulluqçuların dini əqidə azadlığına təminat verilir. Dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir.
Fidan Soruşur Yazılma Tarixi:24.09.2020 17:22:53

Salam. Qızları Ali Hərbi Məktəbə qəbul edirler?

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytında (https://mod.gov.az/az/news/herbi-qulluqcu-hazirlayan-xususi-teyinatli-tehsil-muessiselerine-qebul-qaydalari-video-29946.htmlHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2020/2021-ci tədris ili üçün kursant qəbulu qaydalarına əsasən, cari ildə ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr 2020-ci ilə qədər 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçu və hərbi vəzifəlilər qəbul edilirlər. Əlavə məlumat almaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Elnur Soruşur Yazılma Tarixi:24.09.2020 16:58:25

Salam mən 11 illik orta məktəb təhsilindən Kollecə qəbul olmuşam. Lakin mənim gözümdə olan xəstəliyə görə tibbi möhlət hüququ verilib. Hal hazırda Kolleci bitirib Univeristetə qəbul oldum mənə 4 illik təhsildən möhlət hüqüqu düşürmü ?

Sizin müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi barədə müraciətinizə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır.         Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.  
Rövşən Soruşur Yazılma Tarixi:24.09.2020 13:42:13

Salam Mən Müsümzadə Rövşən Telman Oğlu Mən Əsgərliyə Getmekdən Ötrü İyul Ayında Bütün Yoxlanışlardan Keçmişəm Mənə Xəbər Verdiler Ki Sentiyabırda Xeber Bilinecek Helede Mene Melumat Gəlməyib Mən Bilmək İsdiyirdim Ki Əsgərliyə Yararlı Hesab Edilmişəm Yoxsa Yox Mənə Bu Haqda Bir Melumat Vererdiz Zehmet Olmasa

Bildiririk ki, Sizin barənizdə yekun qərarın qəbul edilməsi üçün şəxsi işiniz Xidmətin Füzuli rayon şöbəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunub. Şəhadətləndirilmənin nəticəsinə uyğun olaraq, Sizin müddətli həqiqi hərbi xidmətə  yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin Xəstəliklər cədvəlinin I qrafasının tələblərinə əsasən qanunamüvafiq qərar qəbul ediləcəkdir.
MURAD Soruşur Yazılma Tarixi:24.09.2020 11:35:42

Salam mən könüllü səkildə hərbi xidmətə yollanmaq istəyirəm.xais edirem muracietime baxassiz

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service).        
Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Mirkamal Soruşur Yazılma Tarixi:24.09.2020 11:15:42

Men herbi kamisarliqa yaxinlasiram deirler ozumuz zeng edeceyik deyirem ki men getmek isteyirem deir sen nrht olma ozum zeng eliyecem

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:24.09.2020 10:33:14

Salam 2019 aprelde təxris olmuşam mən. İndi eşidiyim məlumatlara görə səfərbərlik təlimləri başlayıb. Ama mənə heç bir zəng gəlməyib. Könüllü keçdim qeydiyyatdan keçmişəm ama yenədə zəng gəlmir.Ağdam rayon vaenkamatı ne vaxt zəng edəcək mənə? Və yaxud necə əlaqe saxlıya bilərəm?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:24.09.2020 10:32:08

kamran Soruşur Yazılma Tarixi:24.09.2020 00:26:20

salam hervaxtiniz xeyir demek menim ozum 2017 ci ilde eytiyyatda cixmis cavusam Halbuki indi ki vaxtda Cenab Ali Baş Komandanin Emri ile Respublikamizda telimlere baslanilir amma bu haqda mene ne zeng nedeki cagris senedi daxil olmayib yeni mende bu veten ucun kicik komandir olaraq telimlerde istirakat etmeliydim telimde ter tokmeyen doyusde qalib ola bilmez meni telimlere cagirilmama sebebim nedir ?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:23.09.2020 23:58:43

Salam mən Ehtiyyata buraxılmış Esger Talıblı. Mən bərbi xidmətimi 2019apreldə başa vurmuşam. İndi isə səfərbərlik olunub aldıgım məlumata görə. Məndə orduda könüllü döyüşmək istəyirəm. Şəhidlərimiz üçün vətən üçün savaşmaq boynumuzun borcudur.Şəhid dayım var mənim gözümün önündedir her gün. Gözümde qisas hissi var. Könüllü keçmişəm ancaq zəng gəlməyib. Sizdən xaiş edirəmki mənidə aparın təlimlərdə məndə olmaq istəyirəm. Çox ama çox xaiş edirəm.

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :13933