Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Qənaət Soruşur Yazılma Tarixi:23.09.2020 20:59:23

Salam, Mənə ailə vəziyyətimlə bağlı (1-ci və 2-ci qrup əlil valideynlər) çağırışdan möhlət verilmişdir. Bilmək istəyirəm ki, Mən çağırışa möhlətdən imtina edə bilərəmmi?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən, çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.Möhlət hüququndan imtina qanunvericlikdə nəzərdə tutulmamış, lakin möhlət hüququnu itirmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
Pərvin Soruşur Yazılma Tarixi:23.09.2020 18:02:45

Mən könüllü olaraq qeydiyyatdan keçmişəm 2014-cu ildə kiçik çavuş rütbəsi ile təxris olmuşam xidmətdə olduğum Hərbi hissədə öz ixtisasım üzrə ən yaxşılardan idim niyə məni cagirmiyiblar təlimə?

Salam. Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli rayon (şəhər) idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Ramil Soruşur Yazılma Tarixi:23.09.2020 10:58:51

Salam mən onlain könüllü yazilmisam heç bir xəbər gəlməyib mənə kimə və hara müraciət edim

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Mətləb Soruşur Yazılma Tarixi:23.09.2020 09:45:07

Salam mənim altı ay möhlət nəvaxt bitirdi? Və nəvaxt hərbiyə gedəcəm?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Seymur Soruşur Yazılma Tarixi:23.09.2020 08:20:12

Mənim qardaşımın himayəsində üç azyaşlı uşaq var. Lakin hərbri təlim toplanışına cəlb edilib. Bildiyimə görə Qanuna əsasən toplanış keçməkdən azada olunmalıdır. Xahiş edirəm münasibət bildirəsiniz.

Portala daxil olan müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Bildiririk ki, səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət aşağıdakı vətəndaşlara verilir: - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə; - səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə 6 ay müddətinədək; - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara.
Famiq Soruşur Yazılma Tarixi:22.09.2020 22:45:38

Salam.Bagislayin narahat edirem.Men ehtiyyatda olan zabitem sulh dovurune yarsiz, muharibe mehdud yarliyam meni zabitlerin toplanisina cagiracaqlar?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 46.1.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar toplanışdan azad edilirlər.
Yusif Soruşur Yazılma Tarixi:22.09.2020 22:02:21

salam mən 2018ci il aprel təxrisiyəm. mənimlə yaşıd bəzi yoldaşlarımı aparıblar yalnız mənə nə bildiriş nədə zəng gəli əlavə olaraq könüllü olaraq qeydiyyatdan keçmişəm. Qubadlı rayon səfərbərliyində qeydiyyatdayam. mənə çağırışın gəlib gəlməməsini necə aydınlaşdıra bilərəm ?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Vüqar Soruşur Yazılma Tarixi:22.09.2020 20:43:21

Salam. Hərbi səfərbərliyə könüllü gedəndə iş yerindən çıxmaq lazımdır? Ya necə? Öncədən təşəkkür.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Səfərbərlik zamanı çağırılmış hərbi vəzifəlilər daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar səfərbərliklə çağırıldığı gündən qayıdan günədək təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz.
Tacəddin Soruşur Yazılma Tarixi:22.09.2020 19:42:37

Salam mən Zeynallı.Tacəddin. Volodya oğlu size yazib bildirmekde sebebim budur ki, men 2020-ci il hal hazırda 11-ci sinife kecirem ancaq menim yaşım 01.09.2000 -ci ilem ale vezyyetime göre 2 il mektebe gec getmişəm Şəmkir rayon Səfərbərlik komisyası mənə Oktyabrın 1-nə cağırışcıyam düzdür 21- ci maddeye göre men herbiye getmeliyem ancaq men buqeder oxumusam beş menim tesilim nece olacaq ve mene deyiler gelenen sora tesiline davam ede bilersen menim imkanım yoxdu tezden hazirlasmaqa sizden xais edirem hara muraciyyet ede bilerem bu haqda xais edirem mene bir komeklik ederdiz öncəlikden təşəkkürümü bildirirəm.

Orta ümumtəhsil məktəbində təhsilinizi davam etdirməyiniz üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanan eyniməzmunlu müraciətlərinizə baxılmışdır. Müəyyən edilmişdir ki, 01.09.2020-ci il təvəllüdlü Zeynalov Tacəddin Volodya oğlu Xidmətin Şəmkir rayon şöbəsində ilkin hərbi qeydiyyatdadır və 01.09.2020-ci il tarixdə 20 yaşı tamam olduğu üçün ümumi əsaslarla 2020-ci ilin oktyabr çağırışına cəlb olunmuşdur. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən ümumi təhsil müəssisələrində tam orta təhsil alan 20 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Əminulla Soruşur Yazılma Tarixi:22.09.2020 19:40:49

Salam. Bilmek isteyiremki xesteliyə görə istefaya buraxılmış şəxs sülh və yaxud indiki səfərbərlik ərəfəsində səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə müraciət edərsə onun yenindən şəhadətləndirililməyi üçün MHKH-a və hərbi həkim komissiyasına göndərilə bilərmi?

Portala daxil olan müraciətinizlə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :13933