Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Turqut Soruşur Yazılma Tarixi:22.09.2023 21:24:20

Salam, Mehdizadə Turqut Nofər oğlu 15.04.2001, Oğuz rayon. Hərbi xidməti harada qulluq edə biləcəyimi bilmək istəyirdim.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz əlavə tibbi müayinəyə göndərildiyiniz akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibbi müayinə nəticələrinizə və daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda qeyd olunmuş diaqnoza uyğun olaraq, Oğuz rayon çağırış komissiyasının hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsi ilə tibbi şəhadətləndirildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul olunacaqdır. Odur ki, Sizin ətraflı məlumat əldə etməyiniz üçün aidiyyəti üzrə Xidmətin qeydiyyatda olduğunuz Oğuz rayon bölməsinə müraciət etməyinizi xahiş edirik.
Rasim Soruşur Yazılma Tarixi:22.09.2023 19:46:18

Salam , men oktyabrda vetene olan borcumu yerine yetirmeye gedecem. Size sualım olacağ, men voenkomatda yoxlanışda olanda menim adımı bəzi yerlərə uyğun görmüşdülər boy və fiziki hazırlığıma görə. Bilmək istiyərdim men hara düşdüyümü ne vaxt öyrənə bilərəm, sebrsizliknen xidmətə yollanmağ istiyirem artığ. Birdə diplomu hərbi xidməttə olduğumuz vaxt, neçenci aya kimi təslim etməliyik? Xaiş edirem cavablandırasız, təşəkkür edirem.

Bildiririk ki, Siz 2023-cü ilin oktyabr çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların Silahlı Qüvvələr üzrə bölgüsü əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təyin olunmusunuz. Məlumat üçün qeyd edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi hissələr üzrə təyinatı onların antropometrik göstəriciləri (boy, çəki) və hərbi hissələr üzrə xidmətkeçmənin tələbləri nəzərə alınmaqla aparılır. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının və Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi üçün çağırışçıların seçimi isə yuxarıda göstərilən dövlət orqanlarından təyin olunmuş səlahiyyətli nümayəndələr tərəfindən xidmətkeçmənin tələblərinə cavab verən vətəndaşların sırasından aparılır. Digər sualınızla əlaqədar bildiririk ki, ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 1 il müddətinə həqiqi hərbi xidmət keçmək üçün təhsil haqqında sənədin – diplomun surətini xidmət müddətində (xidmət müddətinin sonunu gözləmədən) hərbi hissəyə təqdim etməlidirlər.
ibrahim Soruşur Yazılma Tarixi:21.09.2023 21:23:15

Salam men olkede deyilem ve iyul ayinin cagiriscisi idim indi ise sentyabr ayidir ve doktratura ucun qebul gozleyirem men axtarisa verilecem olkemde qebul senedin teqdim edene kimi yoxsa nece olacaq prosedurlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura səviyyəsində təhsil almağınızla əlaqədar verilmiş möhlət müddəti bitdikdən sonra 2023-cü ilin iyul çağırışına cəlb olunmuş, lakin qanunvericiliyin tələblərini pozaraq, müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınmısınız. Müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunmağınız üçün barənizdə ölkə daxilində müvafiq dövlət orqanları ilə birgə axtarış tədbirləri aparılmış və adınız “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilərək, dövlət sərhədindən sərbəst hərəkətiniz məhdudlaşdırılmışdır. Nəzərinizə çatdırırıq ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Məlum olduğu kimi, təhsil almaq hər bir vətəndaşın hüququdur, cəmiyyət və şəxslər tərəfindən vətəndaşın hüquqlarının təmin edilməsi üçün şərait yaradılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsinə uyğun olaraq, hüquqlar və azadlıqlar hər kəsin məsuliyyətini və vəzifələrini də əhatə etdiyi üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan (və ya verilmiş möhlət müddəti bitən) və qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar müvafiq dövlət orqanı tərəfindən tələb olunan vaxtda hərbi qeydiyyat yerinə gəlməlidirlər.
İlkin Soruşur Yazılma Tarixi:21.09.2023 14:51:58

salam men oktyabr priziviyem, hansi bolgeye dushduyum barede helede melumat gonderilmeyib sayt uzerindede yoxladim yoxdu, ne zaman melumat teqdim edilecekdir?

Bildiririk ki, Siz 2023-cü ilin oktyabr çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların Silahlı Qüvvələr üzrə bölgüsü əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarına təyin olunmusunuz.  
İlkin Soruşur Yazılma Tarixi:21.09.2023 14:19:38

salam. mən oktyabr priziviyem. hansi erazide xidmet edeceyim barde ne zaman melumat gonderilecekdir mene.?

Bildiririk ki, Siz 2023-cü ilin oktyabr çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların Silahlı Qüvvələr üzrə bölgüsü əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarına təyin olunmusunuz.  
İlkin Soruşur Yazılma Tarixi:21.09.2023 14:19:31

salam. mən oktyabr priziviyem. hansi erazide xidmet edeceyim barde ne zaman melumat gonderilecekdir mene.?

Bildiririk ki, Siz 2023-cü ilin oktyabr çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların Silahlı Qüvvələr üzrə bölgüsü əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarına təyin olunmusunuz.  
LƏTİF Soruşur Yazılma Tarixi:21.09.2023 13:38:41

Düşduyum casdi nece bile bilerem

Bildiririk ki, Siz 2023-cü ilin oktyabr çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların Silahlı Qüvvələr üzrə bölgüsü əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Ordusuna (Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinə) təyin olunmusunuz.    
Temirlan Soruşur Yazılma Tarixi:20.09.2023 04:05:44

Her vaxtiniz xeyir.Konkret bir sualim var. Hal hazirla 21 yashim var.4 kurs telebesiyem. 14 yashima aile bashcisini itirmishem, ve evin tek ovladiyam.Men herbi xidmete yararliyam?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Azərbaycan Turizm və Menecment Universitetində təhsil almağınızla əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən 01.07.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna maliksiniz. Bildiririk ki, Sizin hərbi xidmətə yararlı olub - olmamağınıza dair qərar təhsilinizi davam etdirmək üçün verilmiş möhlət müddəti bitdikdən sonra - 2024-cü ilin iyul çağırışında Xətai rayon çağırış komissiyası tərəfindən qəbul olunacaqdır. Əlavə olaraq qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının qanunvericiliyində ailənin tək övladı olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Ürfət Soruşur Yazılma Tarixi:19.09.2023 18:18:57

Salam. Mənim hansı qoşuna düşdüyüm, və yaxud, hansı bölgəyə düşdüyüm yer. ne vaxt bilinecek?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Xətai rayon idarəsi tərəfindən tibbi şəhadətləndirilmiş, öyrənilmiş, sağlamlıq və ailə vəziyyətinizdə, eləcə də təhsilinizi davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən xüsusat aşkar edilməmiş və Xətai rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab olunmusunuz. Sizin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur. Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 2023-cü il 20-25 oktyabr tarixlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında  yerləşdiriləcəkdir. Bununla yanaşı, çağırışçılar hərbi hissələrə təyin olunmaları barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
Elcan Soruşur Yazılma Tarixi:19.09.2023 01:07:04

Salam mən 2021 ci ildə xidmətə gəldim 2022 ci ildə xidməti bitiridim sentyabr döyüşündə oldum adımıza medal yazıldı ancaq vayenni biletə heçnə yazılmayıb bununla bağlı nə edə bilərəm

Bildiririk ki, hər hansı bir medalınız olduğu təqdirdə, hərbi biletinizdə müvafiq qeydlərin aparılması üçün hərbi qeyddiyyatda olduğunuz Xidmətin aidiyyəti struktur bölməsinə müraciət ertməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :14891