Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Seman Soruşur Yazılma Tarixi:13.09.2020 11:36:27

Salam, mən Bakı Mühəndislik Universitetində 2-ci kursda bakalavr üzrə Mühasibat oxuyuram. 2023-cü ildə bitirəcəm. Sonra isə xarici universitetlərə yenidən bakalavr və daha sonra isə magistrı da xaricdə oxumağı planlaşdırıram. Bilmək istədiyim odur ki, mən hansı halda hərbi xidmətə çağırılmış oluram? Bakalavra müraciət edəndə , yoxsa magistra müraciət edəndə ? Yoxsa bunların hər ikisini bitirəndən sonra ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət yalnız bir dəfə verilir.
Lalə Soruşur Yazılma Tarixi:12.09.2020 15:29:04

Salam mən Cavadova Lalə Lənkaran rayonundanam təhsilliyəm . BIlmək isdəyirəmki müddətdən artiq həqiqi hərbi xidmətdə Gizir kimi işləyə bilərəm vakant yerin olub olmadigini nece oyrənə hara müraciət edə bilərəm.. Təşəkkurlər

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Azər Soruşur Yazılma Tarixi:11.09.2020 16:13:17

Salam mene zeng elediler ve getdim vayonkamata lakin hansi bolgeye duseceyimi demediler

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 sentyabr tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər.
Rüfət Soruşur Yazılma Tarixi:10.09.2020 14:34:38

Salam Mən Azərbaycan Dövlət İqtisad Üniversitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrantı Əsədov Rüfət Səyavuş oğlu bu ilin iyun ayında öz istəyimlə üniversitetdən xaric oldum lakin , qeydiyyatda olduğum hərbi komissarlığa ( Gəncə şəh.Nizami ray. Hərbi komisarlığı ) baş vurdum ki , məni hərbi xidmətə yola salsınlar. Ancaq hərbi komissarlıq məndən xaric olmağıma dair ünivrsitetdən rəsmi sənəd istədilər. Üniversitet ilə əlaqə saxladım belə bir sənədi verə bilmədiklərini mənə bildirdilər. Belə olan halda mən nə vaxt xidmətə gedəcəm ( hal hazırda üniversitetdən azadam)

Məlumat üçün bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qeyd etdiyiniz məsələ ilə əlaqədar bildiririk ki, Siz oxuduğunuz təhsil müəssisəsindən xaric olunmağınız barədə sənədi  Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər.
Əlvan Soruşur Yazılma Tarixi:10.09.2020 01:06:22

Salam.Mən bu ilin iyul ayında hərbi xidmətə çağırıldım.02.07.2020 tarixində Quba rayon komisarlığından hərbi xidmətə yola salındım. TTM də yoxlanış zamanı onurğa stünumda əyrilik aşkarlandığına görə mən geri qaytarıldım.10.07.2020 tarixində yenidən komisarlığdan hərbi xitmətə yola salındım. Bu səfər məni TTM dən Travmatologiya ınstitutuna yoxlanış üçün göndərdilər.Yoxlanış zamanı onurğa sütunumda 16 dərəcə çərçivəsində əyrilik olduğunu və yararsız olduğumu bildirdilər.Ondan sonra isə mənə heç bir məlumat verilmədi.Zəhmət olmazsa məni bu barədə məlumatlandırın.Diqqətinizə görə təşəkkürümü bildirirəm.

Bildiririk ki, Xidmətin Quba rayon şöbəsi tərəfindən barənizdə qəbul edilmiş qərarın təsdiq olunması üçün Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağınız nəzərdə tutulmuşdur. Mərkəzi hərbi həkim komissiyasında nəzarət qaydasında tibbi şəhadətləndirildikdən  sonra barənizdə müvafiq qərar qəbul ediləcəkdir. 
Elnur Soruşur Yazılma Tarixi:09.09.2020 15:39:32

Yazıb sizdən xahiş edirəm yoxlanışdan keçmişəm hələm cavabı gəlməyib xahiş edirəm araşdırın 2019 ci il iyul ayından getməli idim həqiqi hərbi xidmətə

Bildiririk ki, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Nurlan Soruşur Yazılma Tarixi:09.09.2020 10:08:55

Salam mən 2020 oktyabr çağırışçısıyam hərbi xidmətə düşdüyüm yeri bilmək istəyirəm zəhmət olmasa yazarsız

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 sentyabr tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər.
Röyal Soruşur Yazılma Tarixi:07.09.2020 15:59:57

Salam mən ehtiyyatda olan zabitəm.Rütbəm leytenantdır.Orta məktəbdə dərs deyə bilmək üçün nə edə bilərəm.Gənclərin Çağırışa qədərki hərbi hazırlığı üzrə

Bildiririk ki, Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə vakant yerlərə təklif olunan namizədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq struktur bölməsinin (idarəsinin, şöbəsinin) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə təqdimatına əsasən barələrində Xidmət tərəfindən müvafiq rəy verildikdən sonra təhsil müəssisəsinin direktoru tərəfindən vəzifəyə təyin olunurlar.
Ülvi Soruşur Yazılma Tarixi:05.09.2020 17:34:06

Salam, mən bu ilin iyul ayında hərbi xidmətə getmək üçün yoxlanışa çağırıldım,daha sonra hərbi komisarlıq məni 1 saylı əsəb xəstəxanasına yoxlanışa göndərdi.Həmin yoxlanışdan sonra isə yararlı olub olmamağım haqqında mənə heçbir məlumat verilmədi,zəhmət olmasa bu barədə məni məlumatlandırın,qabaqcadan təşəkkürlər.

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Binəqədi rayon idarəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Nurlan Soruşur Yazılma Tarixi:05.09.2020 14:45:33

Salam mən 2020 il oktyabr çağırışçısıyam mənim diz qapağımda təxmini 1 saat hərəkət etdikcə çox kəskin ağrılar baş verir bunu müayinədə də dedim komisyadan keçəndə sizcə yararlıyam yoxsa yox

Məlum olmuşdur ki, 2020-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Siz qeydiyyatda olduğunuz Xidmətin Şəmkir rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar akademik Z.Məmmədov adına Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz Müayinə nəticəsində təyin edilmiş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Cədvəldə sətir sayı :13933