Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şiraslan Soruşur Yazılma Tarixi:22.07.2020 11:35:15

Salam mənim 35 yaşım 28.12.2019-cü il tamam olub.Mən Səfərbərlik və Hərbi Xıdmətə Çağrış üzrə Dövlət Xidmətində hərbi xıdmətə qəbul imtahanlnda iştirak edə bilərəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla bağlı keçirilmiş müsabiqələrdə (28.07.2015-ci il, 19.04.2017-ci il və 19.09.2018-ci il tarixlərdə) zəif nəticələr göstərdiyinizə görə, Sizin keçiriləcək müsabiqələrdə təkrar iştirakınızı məqsədəuyğun hesab etmirik.
Nərmin Soruşur Yazılma Tarixi:22.07.2020 11:11:01

Salam. Qadınların hərbi qulluqçu olaraq işə qəbul olunması üçün nələr lazımdır? Və hara müraciət olunmalıdır? İntermeti araşdırdım bu barədə məlumat tapa bilmədim. Mümkünsə ətraflı başa salardınız. Təşəkkürlər

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verdikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olurlar.“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər.Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbinə uyğun olaraq xidmət keçmək istədiyiniz dövlət orqanının kadr aparatına müraciət etməyiniz tövsiyə olunur.
Eynulla Soruşur Yazılma Tarixi:22.07.2020 00:58:31

Salam men hərbi xidmətə olmuşam xidməti bitirdikdən sonra hərbi biletimde 68Ç-A3 xidmətə məhdud yararlı maddesini vurulduğunu gördüm bu madde nə deməkdir ? Ve mən bundan sonra hərbide ya başqa bir dövlət işlərində işləyə bilərəm xaiş edirəm bunu aydınlaşdırmaq.

Bildiririk ki, “Hər iki ayağın anadangəlmə yastıpəncəliyi II (ikinci) dərəcəli. Funksiya pozulması yoxdur” diaqnozu olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin 68 “ç” maddəsinin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3-cü maddəsində ətraflı məlumat əldə edə bilərsiniz.
Bayram Soruşur Yazılma Tarixi:21.07.2020 18:04:44

Salam menim xidmet edeceyim yer telefona gelen mesajda milli ordu elektron xidmetde daxili qosunlar gosterir milli orduda hansi herbi hisseye dusduymu nece oyrene bilerem

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Elmir Soruşur Yazılma Tarixi:21.07.2020 17:06:04

Salam. Mən hal-hazırda magistr təhsilinin 1-ci kursunu bitirmişəm, 2-ci kursa keçmişəm, xidmətdə olmamışam. Mən təhsilimi dondurub könüllü olaraq xidmətə getmək istəyirəm, qeydiyyatda olduğum şöbəyə yaxınlaşıb müraciət etdim, aparmadılar. Mənə dedilər əgər sən təhsilini dondursan ancaq yanvarda gedə bilərsən. İndi mən istəyirəm oktyabrda xidmətə gedi. Bunun üçün nə lazımdı? Hara müraciət etməliyəm? Hansı sənədləri toplamaq lazımdı? Oktyabr ayında xidmətə yollanmaq üçün.

Bildiririk ki, magistratura təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. Əlavə olaraq bildiririk ki, qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Asif Soruşur Yazılma Tarixi:21.07.2020 12:42:49

Salam. Sayta giriş üçün parolumu və email ünvanımı uyğunlaşdıra bilmirəm. Çox güman ki, hər ikisini də unutmuşam. Yardım etməyinizi xahiş edirəm. Təkrar qeydiyyat mümkün olmur. Təşəkkür edirəm.

Sizin yenidən qeydiyyatdan keçə bilərsiniz. 
Əli Soruşur Yazılma Tarixi:21.07.2020 11:15:44

Salam. Mənim 18 yaşım aprel ayının 22-də tamam olubdur. Lakin mən orduya könüllü olaraq yazılmaq istədim , amma kecə bilmədim göstərildiki 18 yaşın tamam olmayıb.bunun səbəbi nədir?

Salam. Zəhmət olmasa şəxsiyyət vəsiqəsinin FİN kodu, nömrəsi,ad,soyad, ata adınızı göndərin yoxlayaq.
Əli Soruşur Yazılma Tarixi:21.07.2020 03:07:53

Neçə gündür sual yazmışam hələdə cavab verməmisniz. Mən keçən ayın (iyunun) səhf etmirəmsə 12-si gözümdəki problemlə bağlı yoxlanışdan keçdim Z.Əlyevdan. Bu qədər gözləmək olar? Kamisarığa müraciət etdim dedilər hərbi hospitala getdikdən sonra bilinəcək yararlı olub olmamağın. Mən indi oktiyabr çağırışına cəlb olunacam? Əslində iyulda getməliydim sadəcə gecikmə oldu nədənsə. Əgər tam yararsız hesab olunsam əsgərliyə könüllü gedə bilərəmmi? Çünki eynəklə xidmət etməyimdə hec bir problem yoxdur mənim fikrimcə. Zəhmət olmasa sualımı qısa bir zamanda cavablandırın.

Bir daha bildiririk ki,  barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız.
musa Soruşur Yazılma Tarixi:21.07.2020 02:07:35

Salam. Mənim 19 yaşım tamam olub. Universiteni yarımçıq qoymuşam ama mənə çağırış gəlmiyib nə vaxt gələcəyini bilmək istəyirdim və Universitedən bu ilin Fevral ayında çıxmışam Birdə bunu qeyd edimki İyul çağırışında hərbi xidmətə getmək istəyirəm və vainkomata getmədən çağırışın gəlməsini istəyirəm bunun üçün nə etməliyəm ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.             Odur ki, Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə gəlməyiniz zəruridir.
Balabəy Soruşur Yazılma Tarixi:20.07.2020 23:09:11

Salam Bilmey istəyirdim ki dövlət serhet xidməti hansı rayonlardadir herbi xidmetimi hansı rayonda kecirdecem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü xüsusi kompüter proqramı vasitəsi ilə aparıldıqdan sonra onlar təyin olunduqları qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin edilirlər.
Cədvəldə sətir sayı :13933