Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nemət Soruşur Yazılma Tarixi:24.08.2023 16:50:51

Salam , mən 2023 cu il iyul ayına kimi dövlətdən sosial müavinət alırdım eliliklə bağlı ,son yoxlanışda ise tibbi müayinədən keçmişəm ve sağlamlıgimla bağlı problem yoxdur,hərbi komissarlığa da hərbi xidmət üçün müraciət etmişəm , lakin menim çağırış üzrə vaxtim 2024 cu il oktyabr ayına düşür .Mən ise hərbi xidmətə bu il getmek isdeyirem ,bu mümkündürmi ?Zəhmət olmasa ətraflı məlumat verərdiz.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Masallı rayon şöbəsinə təqdim edildiyi halda mümkündür. Əlavə olaraq bildiririk ki, Sizin növbəti təkrar tibbi şəhadətləndirilməniz 21.09.2023-cü il tarixdə nəzərdə tutulmuşdur.
Yalçın Soruşur Yazılma Tarixi:24.08.2023 08:39:43

Salam. Məni iyul ayında hərbi xidmətə getmək üçün yoxlanışdan keçməyə Sabunçu xəstəxanası və 5 nömrəli xəstəxanaya yoxlanış üçün göndərdilər və mənə hərbi xidmətə yararlı olub olmadıqım barədə məlumat gəlmədi, və hələdə xəbər yoxdur, zəhmət olmasa hərbi xidmətə yararlı olub olmadıqım haqqında məlumat verərdiniz

Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Nərimanov rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və əlavə olaraq səhhətiniz ilə bağlı 12.05.2023-cü il tarixdə Nərimanov Tibb Mərkəzinə, Sabunçu Tibb Mərkəzinə müayinələrə göndərilmisiniz. Müayinələr nəticəsində təyin olunmuş diaqnozlara müvafiq olaraq, rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə əsasən barənizdə müvafiq olaraq qərar qəbul ediləcəkdir.  
Həsən Soruşur Yazılma Tarixi:23.08.2023 20:14:40

Salam. Men 1 hefte once muayinelerden kecmisem. Amma deqiq cavab deyilmeyib. Zehmet olmazsa melumat vererdiz men herbi xidmete yararliyam ya yox?

Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə bağlı 29.08.2023-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” Xidmətin Suraxanı rayon idarəsinə daxil olduqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Nahid Soruşur Yazılma Tarixi:23.08.2023 12:12:44

Iyul cagrıscısı olmusam amma helede xeber yoxdu

Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.
Bildiririk ki, Sizin hərbi xidmətə yararsızlığınıza dair Xaçmaz rayon çağırış komissiyası tərəfindən verilmiş qərara Xidmətin Mərkəzi hərbi həkim komissiyasında müvafiq qaydada baxıldıqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul olunacaqdır.
Bildirirk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə görə, çağırışa cəlb olunan vətəndaşların tibbi müayinəsinin nəticələrinə uyğun olaraq, onların hərbi xidmətə münasibətinə dair ( yararlığı və ya yararasızlığı) yekun qərarlar rayon (şəhər) çağırış komissiyası tərəfindən qəbul olunduğu üçün Sizin aidiyyəti üzrə Xidm\tin qeydiyyatda olduğunuz Xaçmaz rayon şöbəsinə müraciət etməyiniz xahiş olunur.
Pərviz Soruşur Yazılma Tarixi:22.08.2023 22:08:03

Salam artiq necenci defedirki yaziram zehmet olmasa deye bilersiniz herbi xidmete yararliyam yoxsa yox?

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışı zamanı Siz Xidmətin Abşeron rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələri) keçirilmiş və səhhətiniz ilə əlaqədar Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Siz 12.04.2023-cü il tarixdə rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.  
Aqilə Soruşur Yazılma Tarixi:22.08.2023 20:28:59

Salam, hərbi həkimlər hansısa şəraitdə ölkədən xaricə çıxa bilir mi? Çıxa bilirsə hansı səbəblərlə çıxır?

Nəzərinizə çatdırırıq ki, hazırda 3 il xidmət etmiş əməkdaşlara mövcud şəraitdən və gediləcəyi ölkədən asılı olaraq Xidmət rəisi tərəfindən xarici ölkələrə getməyə icazə verilir. 
Elnur Soruşur Yazılma Tarixi:22.08.2023 14:21:16

Salam,men 15.07.2023 tarxində təxris olmuşam ve təyinat vərəqəmi itirmişəm hara müraciət etməliyəm?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır.         Məlum olmuşdur ki, qeyd etdiyiniz məsələ ilə bağlı 17.07.2023-cü il tarixdə ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə müraciət etmisiniz.         Müraciətinizə əsasən Xidmətin Kürdəmir rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2051 nömrəli hərbi hissəsinə müvafiq sorğu göndərilmişdir. Göndərilmiş sorğuya cavab alındıqdan sonra Xidmətin Kürdəmir rayon şöbəsi tərəfindən qanunamüvafiq tədbirlər görüləcək.
Pərviz Soruşur Yazılma Tarixi:22.08.2023 10:18:06

Salam.Talesimiyya daşıyıcısı əsgər gedirmi?

Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozla şəhadətləndirilən çağırışçılar “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.
Sahib Soruşur Yazılma Tarixi:22.08.2023 03:57:12

Salam məndə problemim nədir bilmək isdəyirəm yararsız hesab edilmisiz cvb yazılmışdı burda amma hələki bizə bir məlumat verilmiyib iyul çağrışçıyam artıq avqustdu dəqiq bir məlumat yoxdur hələdə

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Qaradağ rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutuna və Sabunçu Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Müayinələrin nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Xidmətin Qaradağ rayon idarəsinə müraciət etməyiniz məqsədəuyğundur.  
TURAL Soruşur Yazılma Tarixi:22.08.2023 02:23:21

Salam.Hərbi biletimi nə zaman alacam?

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Sabunçu rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar 20.06.2023-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, 30.06.2023-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Müayinələrin nəticəsinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.  
Cədvəldə sətir sayı :14891