Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Həsən Soruşur Yazılma Tarixi:17.08.2023 21:48:56

Salam vayonkomat avtoskala suruculuk ucun ne vaxt cagiris verecek artiq ustunden2 il kecib men helede gozleyirem ki cagiris verecekler

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron post ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 oktyabr tarixli 333 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydasına əsasən xüsusi hərbi ixtisaslar üzrə hazırlığa aşağıdakı vətəndaşlar сəlb edilirlər: - müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququna malik olmayan müddətli həqiqi hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişi cinsli vətəndaşlar; - növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən müddətli həqiqi hərbi xidmətə yararlı olan çağırışçılar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə (xüsusi hərbi ixtisaslar) hər il iki tədris mərhələsində (fevral və sentyabr aylarında başlamaqla) vətəndaşların hazırlığı həyata keçirilir. Odur ki, Sizin xüsusi hərbi ixtisaslar üzrə hazırlığa növbəti komplektləşdirməyə cəlb edilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq barənizdə qərar qəbul olunması üçün qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölməsinə aidiyyəti üzrə göstəriş verilmişdir. Həmçinin Sizin də əlavə məlumat əldə etmək üçün Xidmətin qeydiyyatda olduğunuz yerli struktur bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Həsən Soruşur Yazılma Tarixi:17.08.2023 18:53:37

Salam menim 15 yasim olanda vayinkomata qeydiyyat ucun getdik qeydiyyatdan avtoskala kecdim dediler sizle elaqe saxlayacaqlar artiq 2 ildir gozleyirem ,Atam 1 ci veten muharibesi 2 ci qrup qazisidir ozu de avtoskala uzre qeydiyyat verib. Hal hazirda 17 yasim var lakin men hele de avtoskala telimine cagirmayiblar vayinkomata yaxinlasdim melumat ucun nomre verdiler elaqe saxladim dedi cagiris verilmeyib gelende size melumat verilecek dedi. Zehmet olmasa menim bu isime tecili baxilsin mende vaxt qalmayib artiq .

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron post ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 oktyabr tarixli 333 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydasına əsasən xüsusi hərbi ixtisaslar üzrə hazırlığa aşağıdakı vətəndaşlar сəlb edilirlər: - müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququna malik olmayan müddətli həqiqi hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişi cinsli vətəndaşlar; - növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən müddətli həqiqi hərbi xidmətə yararlı olan çağırışçılar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə (xüsusi hərbi ixtisaslar) hər il iki tədris mərhələsində (fevral və sentyabr aylarında başlamaqla) vətəndaşların hazırlığı həyata keçirilir. Odur ki, Sizin xüsusi hərbi ixtisaslar üzrə hazırlığa növbəti komplektləşdirməyə cəlb edilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq barənizdə qərar qəbul olunması üçün qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölməsinə aidiyyəti üzrə göstəriş verilmişdir. Həmçinin Sizin də əlavə məlumat əldə etmək üçün Xidmətin qeydiyyatda olduğunuz yerli struktur bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Əmir Soruşur Yazılma Tarixi:17.08.2023 15:40:45

Salam. Dostum keçən ay tərxis olundu. Hazırda təkrar ali təhsil almaq istəyir. Universitetdən arayış alıb Hərbi Komissarlığa verməlidirmi? Əyani təhsil aldığı müddətdə səfərbərlik elan olunarsa, çağrıla bilərmi? Öncədən təşəkkürlər.

Bildiririk ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən təkrar ali təhsil (əyani) alan vətəndaşlara səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi hal-hazırda nəzərdə tutulmamışdır.          Əlavə olaraq bildiririk ki, təhsil müəssisəsindən ali təhsil almağınız haqqında arayışı (Forma-10) hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölməsinə təqdim etdiyiniz halda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 46.1.7-ci maddəsinə əsasən, (əyani təhsilalma forması üzrə - təhsil müddətində) toplanışlar keçməkdən azad ediləcəksiniz.    
Vüsal Soruşur Yazılma Tarixi:17.08.2023 11:23:11

Salam,mən 2022 iyul çağırışçısıyam ayağım yastıpəncəli olduğu üçün 1ildir ki hərbi xidmətə gedə bilmirəm və iki dəfə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda komisiyyada qeydiyyatdan keçmişəm amma mənə hərbi xidmətə yararlı və ya yararsız olmağımla bağlı məlumat verilməyib.Təxmini olaraq cavabım nə vaxt gələcək?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarəsi, şöbəsi, bölməsi) göstərilməlidir.  
Hüseyin Soruşur Yazılma Tarixi:17.08.2023 00:13:04

Hərbi xidmətə hansı xesdelik təxris olmuşam onu bilmek isdiyrem

Müəyyən edilmişdir ki, 2021-ci ilin oktyabr çağırışı zamanı Siz Xidmətin Ağdam rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və rayon hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilərək Dövlət Sərhəd Xidmətinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Hərbi xidmət dövründə səhhətiniz ilə bağlı Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına müayinəyə göndərilmisiniz. Müayinə zamanı təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin II qrafasının tələblərinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmiş və 18.04.2022-ci il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmısınız. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” və “Ümumi xəstəlikdir” kimi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq üç il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir. Pensiya təminatı sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur.  
Tural Soruşur Yazılma Tarixi:16.08.2023 23:28:55

Salam məndə 1 ci dərəcəli döş və belimdə sağa əyrilik var mən hərbi xidmətə yararlıyam?

Bildiririk ki, I (birinci) dərəcə skoliozu olan çağırışçılar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin (Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa)) “ç” (funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) bəndinin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Siz qeydiyyatda olduğunuz Xidmətin Qaradağ rayon idarəsi tərəfindən 2023-cü ilin oktyabr çağırışına cəlb ediləcək, çağırış komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.    
Rəhman Soruşur Yazılma Tarixi:16.08.2023 22:34:30

Salam mən Serdarov Rəhman Nəmət oglu .öd divarinda 3mm polip izlenilib , Gozumde zeyifdi Herbi xidmete yararliyam?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 10 “b” maddəsinin I qrafasının tələblərinə əsasən “Öd kisəsinin polipi” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.      
Rəhman Soruşur Yazılma Tarixi:16.08.2023 22:34:13

Rəhman Soruşur Yazılma Tarixi:16.08.2023 22:32:38

Rəsul Soruşur Yazılma Tarixi:16.08.2023 21:21:04

Salam.Bilmek isterdimki SHXCDX nin hansisa rayon şöbesinde isleyen mülkü işci aile veziyeti ile elaqedar başqa rayona kőçerse o iş yerini deyişe bilermi?? Olarsa hansisa senedler ve şertler barede melumat almaq isterdim.Önceden teşekkür edirem.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş 16.08.2023-cü il tarixli müraciətinizə baxılmışdır. Bildiririk ki, mürciətinizdə qeyd etdiyiniz məsələyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına əsasən işəgötürənlə işçi arasında bağlanılmış əmək müqaviləsi əsasında konkret hala görə baxılır.
Cədvəldə sətir sayı :14897