Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Azad Soruşur Yazılma Tarixi:14.08.2023 23:07:23

Salam mən artıq neçənci dəfədir ki yazıram xaiş edirəm cavablandırasınız.Mən işə qəbulla bağlı müraciət etmişdim.Mənə cavab olaraq gəldi ki,siz imtahana çağırılacaqsınız.Bilmək istərdim imtahan nə vaxt olacaq?və imtahanda hansı tip suallar veriləcək?

Sizin, 30.07.2023-cü il, 01.08.2023-cü il, 06.08.2023-cü il, 07.08.2023-cü il, 08.08.2023-cü il, 09.08.2023-cü il, 14.08.2023-cü il tarixlərdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Xidmətə qəbul ilə bağlı imtahan mərhələsi barədə əlavə məlumat veriləcəkdir. Nəzərə almağınız xahiş olunur.
Sahib Soruşur Yazılma Tarixi:14.08.2023 21:24:01

Salam mənə hərbi xidmətə yararsız yazlıb problemim nədir öyrənə bilərəm əlavə müayinə məndə onurğa və artimeyyadan idi indi hansında problem var ?

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Qaradağ rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutuna və Sabunçu Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Müayinələrin nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Xidmətin Qaradağ rayon idarəsinə müraciət etməyiniz məqsədəuyğundur.  
Abuzər Soruşur Yazılma Tarixi:14.08.2023 16:00:19

Salam. Sualım özüm üçün deyil yaxın dostum üçündür. Yüngül epilepsiya xəstəliyi vardır və bu xəstəlik Epinex 500 dərmanı atan zaman heç bir epilepsiya halı müşahidə olunmur. Sualım odur ki, bu insan əsgərliyə gedə bilərmi? Yada gedə bilərsə orada dərmanının atılması üçün dərmanın atmasına şərait yaradılırmı? Öncədən təşəkkürlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 21-ci maddəsinin “b” bəndinin (tutmadan kənar vaxtda ruhi pozulmalar olmadan tək-tək və nadir epileptik tutmalar (qıcolmalarla və qıcolmalarsız) olduqda) I qrafasına əsasən “dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Çağırışçı müddətli həqiqi hərbi xidmətə çağırış zamanı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Hikmət Soruşur Yazılma Tarixi:14.08.2023 13:52:49

salam mənim gəlin ilin mayın 10u 18 yaşım tamam olur. yenidən DIM imtahanı verəcəm və qabiliyyət imtahanı iyun iyul avqust aylarında olur bunun üçün əsgərlikdən möhlət almaq olur?

Müraciətinizə cavab olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qanunvericiliyin tələblərinə uyğun olaraq, Siz 18 yaşınızın 10.05.2024-cü il tarixdə tamam olması ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu struktur bölməsi tərəfindən 2024-cü ilin iyul çağırışına cəlb olunacaqsınız. Nəzərə almağınız xahiş olunur.
Rövşən Soruşur Yazılma Tarixi:14.08.2023 13:06:06

Salam,3-cü səfərdi müraciət edirəm xahiş edirəm mənə cavab verin.Bərdə rayon hərbi komisarlıqın göndərişinə əsasən 19 iyun 2023 il tarixində Bakıda Tramatologiya İnstitunda ayağ altı düzlüyü səbəbindən tibbi yoxlanışdan keçmişəm 60 günə yaxındır ki nəticəm lə bağlı məlumat Bərdə rayon hərbi komisarlığına göndərilmir.Xahiş edirəm tibbi yoxlanışın nəticəsini ilə bağlı məni məlumatlandırasınız.

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışı zamanı qeydiyyatda olduğunuz Xidmətin Bərdə rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na əsasən rayon çağırış komissiyası tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq edildikdən sonra Siz hərbi biletlə təmin olunacaqsınız.
Elçin Soruşur Yazılma Tarixi:13.08.2023 22:22:49

Salam. Mən iyul çagrışçısıyam və xidmətə yararsizam bakida iki xestexanadan keçmisem Herbi bileti ne vaxt ala bilerem ??

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışı zamanı Siz Xidmətin Sabirabad rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar Milli Hematologiya və Transfuziologiya Mərkəzinə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Sabirabad rayon şöbəsinə daxil olduqdan sonra, müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir
Mətləb Soruşur Yazılma Tarixi:13.08.2023 01:44:53

Salam. Hər vaxtınız xeyir. Xaricdə doktora bitirən şəxs ölkəmizdə hərbi qulluqdan azad olunur? Olunursa hansı sənədlər təqdim olunur? Təşəkkür edirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş təkrar müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinin tələblərinə görə, xarici ölkələrdə doktoranturada əyani təhsilalma formasında təhsil alan çağırışçılar müvafiq təhsilini bitirənədək (doktorantura səviyyəsi üzrə təhsil aldığı müddətdə) müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malikdir. Bununla bağlı həmin çağırışçılara rayon (şəhər) çağırış komissiyası tərəfindən möhlət verilməsi üçün onların xarici ölkələrin təhsil müəssisələrində təhsil almalarını sübut edən, apostil olunduqdan sonra tərcümə və notarial qaydada təsdiq olunan arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və ya bölməsinə təqdim etmələri tələb olunur. Həmçinin qeyd edirik ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq, doktorantura səviyyəsində təhsilini başa vurmuş bütün şəxslər deyil, həmin səviyyəni müvəffəqiyyətlə bitirərək, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almış vətəndaşlar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Bununla əlaqədar müvafiq elmi dərəcəsi olan vətəndaşların “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.1-ci maddəsi ilə Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi üçün həmin çağırışçıların xarici ölkələrdə verilmiş fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələrinin Azərbaycan Respublikasının ərazisində müvafiq elm sahəsində fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələrinə ekvivalent sayılması və ölkəmizin ərazisində hüquqi qüvvəyə malik olmasının təsdiq edilməsi məqsədilə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş elmi dərəcə verən sənədin (diplomun yaxud başqa bir şəhadətnamənin) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında nostrifikasiyadan və ya təkrar attestasiyadan keçirilməsi və Xidmətin aidiyyəti yerli struktur bölməsinə təqdim etmələri tələb olunur.  
İbrahim Soruşur Yazılma Tarixi:13.08.2023 00:00:24

Salam. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul üçün yaş, boy, çəki, ali təhsil nəzərə alınır?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş 13.08.2023-cü il tarixli müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar özünüz haqqında ətraflı məlumat verməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Kazım Soruşur Yazılma Tarixi:12.08.2023 14:18:52

Salam , Mən İlyaszadə Kazım Mehman oğlu . Mən İyul çağırışı zamanı gözümdə olan problemlə bağlı Zərifə Əliyeva adına Göz xəstəxanasəna göndərilmişdim . Haqqımda Həqiqi Hərbi xidmətə yararsız olduğum haqda qərar qəbul edilməsinə baxmayaraq mənim hərbi biletim mənə verilməyib. Zəhmət olmasa bu haqda mənə məlumat verilsin ş Hərbi biletim mənə lazımdır çünki Universitetimə və işə girmək verməliyəm ş

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Sabunçu rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinələrin nəticəsinə əsasən rayon çağırış komissiyası tərəfindən Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra Siz hərbi biletlə təmin olunacaqsınız.
MƏHƏMMƏD Soruşur Yazılma Tarixi:11.08.2023 21:54:45

Salam MƏNİ SENTYABRIN 4 TƏLİMƏ ÇAĞRIBLAR SEVİNİRƏMKİ DÖVLƏTİM MƏNİ TƏLİMƏ ÇAĞIRIR VƏ GEDMƏYƏ HAZIRAM 4 Ü ORDA OLACAM HEÇBİR PROBLEMİM YOXDU SAĞLAMAM VƏ KÖNÜLÜ GEDİRƏM SADƏCƏ QIRAĞDA BAŞDAN KİMSƏ MÜDAXİLƏ EDƏR XƏSTƏSİ VAR EVDƏ BEIƏ BİRDƏN APARMAZDAN XAİŞ EDİRƏM MƏNİ TƏLİMƏ APARIN 4 ÜNƏ PAVESQA YAZILIB VƏ MƏNİ TƏLİMLƏRƏ APARMAĞINIZI XAİŞ EDİRƏM BİRDƏ İŞ YERİMƏ BANKLARA ARAYIŞ GÖNDƏRMƏLƏRİNİ SİZDƏN XAİŞ EDİRƏM SÜRÜCÜLÜK VƏSİQƏM İXTİSASIM VAR

Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.        Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci bəndinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.        Sizin, hərbi təlim toplanışlarına cəlb olunmağınıza zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə çağırılacaqsınız.  
Cədvəldə sətir sayı :14897