Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ənvər Soruşur Yazılma Tarixi:13.07.2020 13:50:23

Salam mən könüllü olaraq cəbhəyə getmək istəyirəm. Xahiş edirəm nəzərə alın. Biz vətənin bu anında əlimizdə silah alıb əsgərlərimizin yanında dayanmaq istəyirik.

Portala daxil olan müraciətinizə baxılmışdır.  Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.  Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə hərbi vəzifəlilər çağırış vərəqəsinə əsasən Хidmətin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Bu səbəbdən səfərbərlik elan olunarsa hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə gəlməyiniz tövsiyə olunur.
Zaminəli Soruşur Yazılma Tarixi:13.07.2020 13:48:49

Salam.mən Hərbi Həkim Ekspertizisiyasından keçdim. Məndə Şiddətli göz quruluğu vardı.yoxlanışdan sonra göndərdilər evə sənə Xəbər verəcəklər dedi.indi mən yararlı sayılıram ya yararsız?

 Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Sabirabad rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “3 (üç) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz. Möhlət hüququ bitdikdən sonra təkrar tibbi müayinəyə cəlb olunaraq, barənizdə yekun qərar qəbul ediləcəkdir.
Yusif Soruşur Yazılma Tarixi:13.07.2020 13:12:47

Salam. Mən müddətli həqiqi hərbi xidmət keçmək üçün Fövqəladə Hallar Nazirliyinə təyin edilmişəm. Ancaq vaynkomatdan mənə Milli Ordunun hərbi hissələrindən birində xidmət edəcəyim bildirildi. Bu mümkündürmü?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü xüsusi kompüter proqramı vasitəsi ilə aparıldıqdan sonra onlar təyin olunduqları qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin edilirlər. Əlavə olaraq bildiririk ki, Siz müddətli həqiqi xidmət keçmək üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə təyin edilmisiniz.
ELÇİN Soruşur Yazılma Tarixi:13.07.2020 13:09:19

Salam men iyul cagiscisiyam menim usaq vaxdi biraz prabelemim olum 3.5 yaslarimda sudurqam olub muliceynen kecib hall hazirda hec bir prablemim yoxdu meni imisli rayonu vaynkamitnan bakiya yoxlanisa apardilar ve yoxlanişlardan kecdim mene dedlerki 10 gune AKT in cavabi gelecek ve bugun ayin 13 dur helede cavab yoxdur bilmek isdiyiremki axrinci atpravqaya qeder cavab gelecek ya yox ve men yararli sayiliram?

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin İmişli rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı akademik 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” qeydiyyatda olduğunuz İmişli rayon şöbəsinə daxil olduqdan sonra, Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Əli Soruşur Yazılma Tarixi:13.07.2020 12:18:48

Sual yazmışdım sizə. Zəhmət olmasa bir cavab verin.

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız.
Fədail Soruşur Yazılma Tarixi:13.07.2020 11:11:20

Salam Mən İyul Ayının 18inə Çağırış Almışam Amma Hansı Qoşun Növünə Düşdüyüm Haqqında Məlumat Yoxdur Nədə Sms Gəlməyib Narahat Olmağa Dəyər Ya Yaxın Vaxta Məlumat Veriləcək?

 Bildiririk ki, 2020-ci ilin iyul çağırışçıları 29.06.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.  Bundan əlavə vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 30 iyun tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdirilmişdir.Çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər.
 Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur. Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat isə 22-25 iyul tarixindən etibarən sms vasitəsilə veriləcəkdir.
Nurlan Soruşur Yazılma Tarixi:12.07.2020 20:50:40

Men bilesuvar rayonundanam hal hazirda isimle bagli bakida yawayiram.bu aci gunumuzde duwmenle savasmaq ucun konullu olaraq seferberlik pecatini herbi biletine vurub her an doyuse hazir olmaq istiyirem

Portala daxil olan müraciətinizə baxılmışdır.  Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.  Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə hərbi vəzifəlilər çağırış vərəqəsinə əsasən Хidmətin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Bu səbəbdən səfərbərlik elan olunarsa hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə gəlməyiniz tövsiyə olunur.
Nəsir Soruşur Yazılma Tarixi:12.07.2020 20:34:53

Salam. 1.Bilmək istəyirəm ki hərbi xidmətə yararlı sayılmaq üçün minimum fiziki göstəricilər(boy, çəki) necədir. 2. Əlaqəli bir çox qanun maddəsini oxumuşam ancaq bununla bağlı hər hansı qrafa ya da göstəriciyə rast gəlməmişəm. Belə bir qrafa və ya məlumatlandırıcı material varmı?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Azər Soruşur Yazılma Tarixi:12.07.2020 17:15:49

Salam mən könüllü ön cəbhədə xidmət eləmək istəyirəm bir də mən yeni nəsil şəxsiyyət vəsiqəmlə niyə sual yaza bilmirəm

Portala daxil olan müraciətinizə baxılmışdır.  Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.  Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə hərbi vəzifəlilər çağırış vərəqəsinə əsasən Хidmətin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Bu səbəbdən səfərbərlik elan olunarsa hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə gəlməyiniz tövsiyə olunur.
Qalib Soruşur Yazılma Tarixi:12.07.2020 14:46:47

Salam. Mən sizə sual vermişdim. Xahiş edirəm cavab verin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan, 19.1.2-ci maddəsinə əsasən himayəsində 3 və daha çox uşaq olan, 19.1.5-ci maddəsinə əsasən isə himayəsində 18 yaşınadək və yaxud 1-ci qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmayan çağırışçılara verilir.
Cədvəldə sətir sayı :13933