Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əli Soruşur Yazılma Tarixi:01.08.2023 16:45:56

Salam. Məndə Amiloid A (Revmatizma) xəstəliyim var. Normal göstəricilərin 0 - 6.4 aralığında olmasına baxmayaraq, mənim göstəricim 427 -dir. Hərbi xidmətə yararlı hesab olunurammı? Limit neçədir bu xəstəlik üçün?

İlkin aktiv revmatizm keçirmiş və "Xəstəliklər cədvəli"nin I qrafası üzrə şəhadətləndirilən şəxslər "Xəstəliklər cədvəli"nin 48-ci maddəsi üzrə, tibb müəssisəsindən çıxarıldıqdan sonra 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Sonralara, ürəyin və digər orqanlarının zədələnməsi əlamətləri olmadıqda, onlar bu maddənin "ç" bəndi üzrə şəhadətləndirirlər.
Siz müddətli həqiqi hərbi xidmətə çağırış zamanl qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəli"nin  I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
İlkin Soruşur Yazılma Tarixi:01.08.2023 12:33:56

Salam , Hər vaxtınız xeyir . Mən bilmək istərdim ki, boy 1.65 , Çəki 54KQ olan biri Hərbi xidmətə yararlı sayılırmı?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.      
Ceyhun Soruşur Yazılma Tarixi:01.08.2023 08:48:50

Salam. ZƏHMƏT OLMASA, CAVAB VERƏRDİNİZ. Bir dəfə yazdım, cavab verilmədi. Mən SHXÇDX Masallı rayon şöbəsinin göndərişi ilə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında kifoz-skalioz diaqnozu ilə yoxlanışdan keçmişəm. Həmin yoxlanışın nəticəsini öyrənmək istəyirəm.

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışı zamanı qeydiyyatda olduğunuz Xidmətin Masallı rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq edildikdən sonra Siz hərbi biletlə təmin olunacaqsınız.
Eltun Soruşur Yazılma Tarixi:01.08.2023 07:19:02

Salam her vaxtınız xeyir. məni öd kisəsinin çıxarılması ilə bağlı cərrahi əməliyyat keçirmişəm və beynimdə hipofiz hissəsində 5.5 mm ölçüsündə mikro adenoma var,bununla bağlı mütəmadi olaraq müalicə alıram. bilmək istəyərdim ki, yazdığım göstəricilərə əsasən mən hərbiyə yararlıyam?

Bildiririk ki, “Öd kisəsinin cərrahi yolla çıxarılması-xolesistektomiya əməliyyatı. Hipofizin adenoması” olan çağırışçılar Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Siz qeydiyyatda olduğunuz Xidmətin Bərdə rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun qərar qəbul ediləcəkdir.
Əvəz Soruşur Yazılma Tarixi:31.07.2023 23:44:24

Salam, bilmək istəyirdim ki, mən xidmətə yararlıyam yoxsa yox, çünki gözüm -9dur.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34-cü maddəsinin I qrafasının tələblərinə əsasən hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər yaxıngörməsi olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Səid Soruşur Yazılma Tarixi:31.07.2023 15:12:03

Salam. Hərbi xidmətimə möhlət verildiyindən mən subbakalavr olaraq ali təhsil ala bilmək üçün erizəmdən blokun goturulməməsi səbəbilə müraciət etmiş, kömək istəmişdim. Məsələ bugün həllini tapdı və uğurla ərizəmi təsdiqləyə bildim. Problemin həllində köməklik göstərdiyinizə görə təşəkkür edirəm.

Müraciətinizlə əlaqədar bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb edilmiş, hərbi həkim komissiyasında tibbi müayinədən keçirilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar Sabunçu Tibb Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsində müayinə olunduqdan sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “a” bəndinin l qrafasına görə “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmisiniz.        Rayon çağırış komissiyası tərəfindən barənizdə qəbul edilmiş qərara əsasən  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  23.0.2-ci maddəsinin tələblərinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmisiniz.           Nəzərə almağınızı xahiş edirik.
Murad Soruşur Yazılma Tarixi:31.07.2023 12:33:45

Salam mənim skolyozum var onurğamda 2 yerdə əyri var 12 dərəcə. 5 dərəcə yararlıyam herbiye?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 64-70-ci maddələrinin I qrafasının tələblərinə əsasən orqanın hərəki, vegetativ-trofiki pozulmalarının dərəcəsindən və davamlı ağrı sindromu ilə müşayiət olub-olmamasından asılı olaraq aparılır. II mərhələ gövdənin daha ifadə olunmuş asimmetriyası, onun bir qədər yana əyilməsi, əyrilik qövsünün qabarıq tərəfində əzələ yastığının aydın təyin edilməsi, fəqərələrin torsiyası və kiçik pazabənzər deformasiyası, əyilmə bucağının 11-25 dərəcə arasında olması ilə xarakterizə olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II (ikinci) dərəcə skoliozu olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Azad Soruşur Yazılma Tarixi:30.07.2023 23:36:09

Salam mən işə qəbul üçün müraciət etmişdim və mənə cavab gəldi ki siz imtahana çağrılacaqsınız.Bilmək istərdim imtahan nə vaxt olacaq və necə hazırlaşmalıyam.Yəni nə tip suallar olacaq.Bu barədə məlumat almaq istərdim.

Sizin, 30.07.2023-cü il, 01.08.2023-cü il, 06.08.2023-cü il, 07.08.2023-cü il, 08.08.2023-cü il, 09.08.2023-cü il, 14.08.2023-cü il tarixlərdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Xidmətə qəbul ilə bağlı imtahan mərhələsi barədə əlavə məlumat veriləcəkdir. Nəzərə almağınız xahiş olunur.
Elbəy Soruşur Yazılma Tarixi:30.07.2023 16:07:39

Salam. Mənə hərbi bilet veriləcək? veriləcəksə nə vaxt?

Müraciətinizlə əlaqədar bildiririk ki, Sizin barənizdə Elmi - Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi müayinə nəticələrinizə uyğun olaraq Gəncə şəhəri Nizami rayon çağırış komissiyası tərəfindən 2023-cü ilin oktyabr çağırışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən qanunamüvafiq qərar qəbul olunacaqdır. Əlavə olaraq bildiririk ki, vətəndaşlar çağırış komissiyasının qərarı ilə “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılaraq, çağırışdan azad edilib ehtiyata keçirildiyi halda, hərbi biletlə təmin olunurlar.
Aqşin Soruşur Yazılma Tarixi:30.07.2023 12:25:38

İkili vətəndasligi olan şəxs hal hazirda vatəndaşi olduğu yasadigi ölkədə əsgər qismində xidmət etmişsə,o,Azərbaycan Ordusunda da mütləq hərbi xidmət keçməlidirmi?Faktiki olaraq,Türkiyədə təhsil aldigina görə vətəndas 20 yaşina qədər hərbi xidmətdən möhlət huququna malikdir.Həmin vətəndaş 20 yasi tamam olduqda Turkiyə qanunlarina uygun olaraq,Turkiyə Silahli Quvvələrində əsgər qismində xidmətə cəlb olunarsa,yenidən Azərbaycan Ordusunda da xidmət keçməlidir ya yox?Sualimi cavablandirdiginiz üçün əvvəlcədən teşəkkür edirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, müvafiq qaydada müəyyən olunmuş hallar istisna olmaqla, tanınmır. Bununla əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Əlavə olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.5-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Beləliklə, əgər Azərbaycan Respublikasının vətəndaşı olan şəxs sonradan hər hansı xarici dövlətin (həmçinin Türkiyə Respublikasının) vətəndaşlığını qəbul etmişsə və həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə hələ də xitam verilməmişsə, o halda vətəndaş xarici dövlətdə çağırışa cəlb olunmasından (müddətli həqiqi hərbi xidmət keçməsindən və ya çağırışdan azad edilməsindən) asılı olmayaraq, Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqdır. Digər halda, hər hansı xarici dövlətin vətəndaşı olmuş şəxs Azərbaycan Respublikasının vətəndaşlığını sonradan qəbul etmişsə, onun əvvəllər vətəndaşı olduğu xarici ölkədə müddətli həqiqi hərbi xidmət keçməsi (və ya çağırışdan azad edilməsi) nəzərə alınacaq və həmin şəxs Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunacaqdır.  
Cədvəldə sətir sayı :14897