Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Azad Soruşur Yazılma Tarixi:07.08.2023 19:51:04

Salam mən işə qəbulla bağlı müraciət etmişdim.Mənə cavab olaraq gəldi ki,imtahana çağırılacaqsınız.Bilmək istərdim imtahan nə vaxt olacaq? İmtahanda hansı suallar veriləcək? Xaiş edirəm cavablandırasınız.Öncədən təşəkürlər

Sizin, 30.07.2023-cü il, 01.08.2023-cü il, 06.08.2023-cü il, 07.08.2023-cü il, 08.08.2023-cü il, 09.08.2023-cü il, 14.08.2023-cü il tarixlərdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Xidmətə qəbul ilə bağlı imtahan mərhələsi barədə əlavə məlumat veriləcəkdir. Nəzərə almağınız xahiş olunur.
Seman Soruşur Yazılma Tarixi:07.08.2023 00:05:18

Salam, bildiyim qədəri ilə ölkə daxilində doktrantura təhsili alanlar hərbi xidmətdən azad olurlar. Bəs bu xarici ölkədə doktrantura təhili alınarsa da keçərlidirmi ? Bu zaman hərbi xidmətdən azad olunurmu ?

Müraciətinizlə əlaqədar bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Sadiq Soruşur Yazılma Tarixi:06.08.2023 19:33:17

Salam sizi narahat edirəm ki Mən Bayramov Sadiq Mirhüseyn oğlu tezenden əsgərliyə getmək istəyirəm Azərbaycan respublikası Dövlətə tezenden xidmət etmək arzusundayam inanıram ki məni təzədən yenə hərbi xidmətə cagirarsiniz çox xahiş edirəm ki gözləyirəm sizin cagirisinizi əlaqə nömrəm 070 7595753

Daxil olan müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.1-ci bəndinə əsasən, müvafiq dövlət orqanlarında həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. Odur ki, aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğundur.  
Aqşin Soruşur Yazılma Tarixi:06.08.2023 18:24:01

Salam , hər vaxtınız xeyir . Mən Oktyabr çağırışında inşallah çağırılacam herbi xidməte ? Çünki iyul çağırışında qrija səbəbindən geri qaytarılmışdım , Əməliyat məqsədi ilə . Zehmet olmasa cavablandırın

Müəyyən edilmişdir, 2023-cü ilin iyul çağırışı zamanı Siz Xidmətin Tərtər rayon şöbəsinin çağırış komissiyasında tibbi baxışdan (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələri) keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilərək 11.07.2023-cü il tarixdə təyin olunduğunuz Daxili Qoşunların hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Daxili Qoşunların hərbi həkim komissiyasında tibbi baxış zamanı “Soltərəfli qasıq yırtığı. Göbək yırtığı” diaqnozu ilə Siz hərbi hissədən geri qaytarılmısınız. Səhhətiniz ilə əlaqədar 12.07.2023-cü il tarixdə Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndiriləcək və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Səlim Soruşur Yazılma Tarixi:06.08.2023 11:25:04

Salam. Neçə gündür ki , artıq sualımı yazmışam. Niyə cavab verilmir?

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışı zamanı Siz qeydiyyatda olduğunuz Xidmətin Siyəzən rayon bölməsinin çağırış komissiyası tərəfindən müayinələrdən (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələr)  keçirilmiş və 06.07.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi "Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı"na əsasən barənizdə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  I qrafasına uyğun 6 (altı) ay müddətinə "hərbi xidmətə müvəqqəti yarasızdır" qərarı qəbul edilmişdir.Rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq edildikdən sonra Sizə bu barədə məlumat veriləcəkdir.
Azad Soruşur Yazılma Tarixi:06.08.2023 10:27:26

Salam Abdulov Azad Azər oğlu işə qəbulla bağlı müraciət etmişdim.Mənə cavab olaraq gəldi ki siz imtahana çağrılacaqsınız.Bilmək istərdim imtahan nə vaxt olacaq? İmtahan vaxtını mənə necə xəbər edəcəklər? İmtahan necə olacaq? Hansı suallar veriləcək? Xaiş edirəm cavablandırasınız.Öncədən təşəkkürlər.

Sizin, 30.07.2023-cü il, 01.08.2023-cü il, 06.08.2023-cü il, 07.08.2023-cü il, 08.08.2023-cü il, 09.08.2023-cü il, 14.08.2023-cü il tarixlərdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Xidmətə qəbul ilə bağlı imtahan mərhələsi barədə əlavə məlumat veriləcəkdir. Nəzərə almağınız xahiş olunur.
Cavid Soruşur Yazılma Tarixi:04.08.2023 21:39:54

Salam men Agdas rayon qeydiyyatindayam. Qeza kecirtdim sag bileyim ve dirsek qirildi dirseye mil taxilib Men herbiye gede bilerem ?

Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Ağsu rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun qərar qəbul ediləcəkdir.  
Cavid Soruşur Yazılma Tarixi:04.08.2023 21:39:03

Səlim Soruşur Yazılma Tarixi:04.08.2023 16:50:18

Salam, mən Siyəzən rayon çağırışçısıyam. Zəhmət olmazsa mənə hərbi komissiyasının qərarını, hərbi xidmətə yararlı və ya yarasız olmağımı bildirəsiniz.

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışı zamanı Siz qeydiyyatda olduğunuz Xidmətin Siyəzən rayon bölməsinin çağırış komissiyası tərəfindən müayinələrdən (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələr)  keçirilmiş və 06.07.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi "Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı"na əsasən barənizdə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  I qrafasına uyğun 6 (altı) ay müddətinə "hərbi xidmətə müvəqqəti yarasızdır" qərarı qəbul edilmişdir.Rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq edildikdən sonra Sizə bu barədə məlumat veriləcəkdir.
Pərviz Soruşur Yazılma Tarixi:04.08.2023 16:35:44

Salam mən komisyanın qerarını bilmək istəyirdim. Hərbi xidmət keçmək üçün yararlıyam yoxsa yox? Xahiş edirəm cavablandırardınız.

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışı zamanı Siz Xidmətin Abşeron rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələri) keçirilmiş və səhhətiniz ilə əlaqədar Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Siz 12.04.2023-cü il tarixdə rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.  
Cədvəldə sətir sayı :14897